ğıdakı məsələlərdə özünü daha çox biruzə
verir. Biblioqrafik fəaliyyət proseslərinin ye-
rinə yetirilməsində əmək məhsuldarlığını artır-
ır, biblioqrafik fəaliyyətin keyfiyyətini yüksəl-
dir, biblioqrafik məhsul və xidmətlərin yeni
növləri yaradılır. Bu halda mexanikləşdirmə
və avtomatlaşdırma biblioqrafik fəaliyyət sfe-
rasını zənginləşdirir. Müasir texnikanın dü-
şünülmüş və səmərəli tətbiqi həm iqtisadi,
həm sosial, həm də təşkilatçılıq baxımdan
yüksək nəticələr əldə edilməsinə imkan verir
ki, bu da müasir biblioqrafiyanın inkişafı
üçün vacib şərtlərdən biridir.
Biblioqrafik proseslərin avtomatlaşdırıl-
ması prosesi vasitələrini iki qrupa bölmək
olar:
1.Biblioqrafik informasiyanın hazırlan-
ması;
2.Biblioqrafik axtarış.
Birincidə avtomatlaşdırılmış iş rejiminin
hazırlanması nəzərdə tutulur. Bu kompüterdən,
informasiyanın həyata keçirilməsi üçün
disklərdən ibarət olur. Biblioqrafik
informasiya kompüter yaddaşından disklərə
köçürülüb saxlanıla bilər. Həmçinin o is-
tənilən vaxt müxtəlif uzaq məsafələrə ötürülə
bilər. Bütün biblioqrafik sənədlər biblioqrafik
məlumat resursunu yaradır.
İkinci - biblioqrafik axtarış avtomat-
laşdırılmış rejimdə maşın yaddaşında mövcud
olan biblioqrafik informasiya massivi və
axtarışa müvafiq proqramın olması vacibdir.
Bu axtarış iki variantda həyata keçirilir:
-
Birinci variant – yiğcam. Bunun üçün
biblioqrafik informasiya massivinin olması
vacibdir (elektron kataloqları, biblioqrafik
sənədlər, məqalələr).
-
İkinci variant – şəbəkə axtarışı. Yəni
avtomatlaşdırılmış iş yeri, kitabxana daxili,
kitabxanalaearası və yaxud sahələrarası
şəbəkəyə və ya beynəlxalq İnternetə qoşula
bilər.
İnternet - biblioqrafik axtarışı iki rejim-
də aparmağa imkan verir:
Birinci - real vaxt ərzində birbaşa
cavab;
İkinci isə cavabı gözləməklə bir
müddətdən sonra.
Avtomatlaşdırılmış axtarışın nəticəsi for-
malaşdırılmış elementlərin düzgün tərtibindən
çox asılıdır (biblioqrafik təsvir, təsnifat sistemi,
predmet rubrikası, indeks və açar sözlər).
Kompüterləşdirilmiş biblioqrafik informa-
siya bazalarının (başqa sözlə elektron kataloqun)
səmərəliliyinə təsir edən amillərdən biri də
biblioqrafik yazıların tərtibinə dair standart
formatın olmasıdır.Həmin formata verilən
tələblərin normativ sənəd səviyyəsində olması
kitabxanalara və biblioqrafik fəaliyyətlə məşğul
olan digər müəssisələrə öz biblioqrafik məh-
sullarını mübadilə etməyə və eləcə də digər
kitabxana və informasiya orqanlarından aldıqları
biblioqrafik informasiyadan istifadə etməyə
imkan verir.
Biblioqrafik informasiya bazasının yük-
sək səmərəliliyinə səbəb olan əsas amil hər hansı
bir sənədin cəmi bir dəfə biblioqrafik işlənərək
bazayadaxil edilməsi və sonradan qeyri-məhdud
dəfə həmin yazının ən müxtəlif məqsədlərilə
istifadə edilməsinin mümkünlüyüdür. Bu həm
əməyə, həm də maddi-texniki resusrslara qənaət
edir, işin səmərəliliyini artırır. Biblioqrafik
informasiya bazasındakı biblioqrafik yazılara
biblioqrafik təsvir, təsnifat indeksi, müxtəlif
şifrələrlə yanaşı, sənədin məzmununu əks etdirən
açar sözlər və predmet rubrikaları da daxil edilir.
Biblioqrafik informasiya bazasına infor-
masiyanın bir dəfə daxil edilməsi vasitəsi ilə
yaradılan informasiya massivi sonradan istənilən
dəfə istifadə edilə bilər.
Ədəbiyyat
1.Əliyev
Z.H.,
Məmmədov
Ə.M.
Biblioqrafik işin kompüterləşdirilməsinin nəzəri
və praktiki əhəmiyyəti // Kitabxanaşünaslıq və
biblioqrafiya.-1998.-№2.-S.63-69.
2.
Xələfov
A.A.,Qurbanov
A.İ.
Kitabxanaların komtüterləşdirilməsinin əsasları:
Dərslik.-B.,BUN.-2007.-200s.
3.Xələfov A.A., Hüseynova A.S. Elektron
kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı
Universitetinin Xəbərləri (humanitar elmlər
seriyası).- 2004.-№4.-S.288-290.
4. Vəzirova R.Ə. Elektron biblioqrafik
məlumat bazası SBA-nın əsas tərkib hissəsidir
//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri
və təcrübi jurnal.-B.:BUN.,2007.-№2.-S.76-86.
15.
Respublika kitabxanalarında elektron
kataloqların axtarış sistemi kimi üstünlükləri
İnformasiya-texnologiyalarının kitabxana-
biblioqrafiya proseslərinə tətbiqi mövzusu izah
edilərkən kitabxanaların biblioqrafik fəaliyyət-
ində avtomatlaşdırılmış sistemlərin istifadəsi
məsələsi ön plana keçməlidir. Kitabxanaların
biblioqrafik informasiya fəaliyyətində elektron
kataloqların yaradılması şəraiti, Respublika kit-
abxanalarında İnternet şəbəkələr sistemi vasi-
təsilə informasiya mənbələrinin axtarılmasının
üstünlükləri, dünya informasiya nailiyyətlərinin
mənimsənilməsi və tələbatçılara çatdırılması
barədə ətraflı məlumat vermək lazımdır.
Müasir dövrdə cəmiyyətin həyatına infor-
masiya texnologiyalarının daxil olması, infor-
masiya cəmiyyətinin yaradılması yolunda gö-
rülən bütün işlər respublikamızda kitabxana
işinin elektron sistemə keçirilməsini sürətlən-
dirdi. Bu sahəıdə görülən bütün tədbirlər, kitab-
xana işinin təşkili, idarə edilməsi, infrmasiya
xidmətində formalaşmış iş üsullarına, kitabxana
fondlarının komplektləşdirilməsinə, informasiya
texnologiyalarının tətbiq edilməsinin geniş-
ləndirilməsi kitabxana işinin əsas istiqamət-
lərinə çevrilmişdir.
Respublikamızda fəaliyyət göstərən kit-
abxanaların fəaliyyət proseslərini şərtləndirən
amillərə elektron informasiya vasitələrindən
istifadə edtmək kimi vacib proseslər daxil
olmuşdur. Bu prosesləri həyata keçirməkdə
məqsəd, müasir informasiya–texnologiyalarından
istifadə etməklə, ənənəvi fəaliyyət proseslərinin
keyfiyyətini yüksəltmək, elektron kataloq və
İnternet vasitəsilə biblioqrafik informasiya
xidmətini həyata keçirmək, elektron məlumat
bazaları yaratmaqdır.
Respublikamızın elm və mədəniyyət
məbədgahı hesab edilən M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasınada informasiya-
kommunikasiya texnologiyalarının tətbiqinə
909-cı illərin ortalarından başlanılmışdır.
Kitabvxanada 1998-ci ildə Soros Fondunun və
Avrasiya Fondunun qrantları əsasında İnternet
zalın açılması ilə ilk addımlar atılmışdır.
2000-ci ildə isə yenə həmin ictimai
təşkilatların qrant vəsaiti hesabına Milli Kitab-
xanada ilk Tədris Mərkəzi təşkil olunmuşdur. Bu
mərkəzdə ilk dəfə olaraq respublikamızın
kitabxana işçiləri üçün kompyuter təlimi və
İnternetdə
axtarış
aparmaq
vərdişlərinin
aşılanması üzrə treninqlər təşkil olunmuşdur.
2002-ci ildə Avrasiya Fondu tərəfindən
elan olunmuş qrant əsasında Milli Kitabxana
“Maşınla oxunan elektron kataloq” adlı layihə
təqdim edərək qalib gəlmişdir. Azərbaycan Milli
Kitabvxanasında 2003-cü ilin yanvarından el-
ektron kataloqun tərtibinə start verilmiş və
elektron kataloq beynəlxalq maşınla oxunan
MARS – 21 formatında işlənilmişdi. İnformasiya
cəmiyyəti quruculuğu dövrünün tələblərinə
müvafiq olaraq 2006-cı ildən etibarən Milli
Kitabxanada - “Elektron informasiya xidməti”,
“Kitabxana-biblioqrafiya proseslərinin avtomat-
laşdırılması və informasiya texnologiyaları”,
“Elektron resursların yaradılması”, “Analitik
elektron məlumat bazasının yaradılması” və s.
şöbələr fəaliyyətə başlamışdır.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında
elektron kartaloqun yaradılmasına və proses-
lərin kompyuterləşdirilməsinə 2002-ci ildə “Kit-
abxana proseslərinin avtomatlaşdırılması” şöbə-
sinin fəaliyyətə başlaması ilə addım atmışdır.
2005-ci ildən MEK-nın rəhbərliyi ilə iş proses-
lərinin avtomatlaşdırılmasını Rusiya istehsalı
olan “İRBİS-64” avtomatlaşdırılmış kitabxana-
informasiya sistemi vasitəsilə reallaşdırır.
2003-cü ildən fəaliyyətə başlayan Azər-
baycan Respublikası Prezidentinin İşlər İdarəsi
Kitabxanasında İRBİS-64 AKİS-nin köməyi ilə
elektron kataloqun yaradılmasına başlanılmış və
oxuculara məsafədən xidmət texnologiyası tətbiq
edilmişdir.Hal-hazırda Prezident Kitabxanasında
İRBİS-64 AKİS-nin “Komplektləşdirici”, “Ka-
taloqlaşdırıcı”,
“oxucu”,
“Kitab
verilişi”,
“İnzibatçı” AİY-ləri tətbiq edilir. Kitabxanaya
daxil olan hər bir çap məhsulu elektron kataloqa
daxil edilir. Kitabxanada sistemin veb modulu
da tətbiq edilir ki, bu da kitabxananın elektron
kataloquna uzaq məsafədən daxil olmaq üçün
proqram xidmətidir. Kitabxananın elektron
kataloqunda axtarış aparmaq üçün axtarışın 3
növü vardır: standart, tam və genişləndirilmiş.
Standart axtarış növündə açar söz, müəllif
və ya sərlövhə üzrə axtarış aparmaq olar. Tam
axtarış zamanı açar söz, müəllif, sərlövhə, nəşr
növü, nəşr ili, nəşriyyat üzrə axtarış aparmaq
olar. Genişləndirilmiş axtarış növündə də açar
söz, müəllif, sərlövhə, nəşr növü, nəşr ili, nəş-
riyyat, İSBN və s. üzrə axtarış aparmaq olar
Ədəbiyyat
1.
Azərbaycan Milli Elmlər Akademiyasının
web-saytı:www.csl-az.com.
2.
.Xələfov A.A., Hüseynova A.S. Elektron
kataloqun əhəmiyyəti və təşkili prinsipləri //Bakı
Universitetinin Xəbərləri (humanitar elmlər
seriyası).- 2004.-№4.-S.288-290.
3.
Vəzirova R.Ə. Elektron biblioqrafik
məlumat bazası SBA-nın əsas tərkib hissəsidir
//Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri
və təcrübi jurnal.-B.:BUN.,2007.-№2.-S.76-86.
4.
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının web-saytı:
www.csl-az.com
.
5.
Мотрененко И.Л. Традиционные и
электронные каталоги: дифференцированный
подход// Библиография.- 2001.- №2.-С.59-67.
6.
Никитин
П.И.
Информационно-
поисковые системы.-М., 2002.-76с.
7.
Степанов И.К. Библиографичес-
-кий поиск в Интернете // Библиография.-
1998., № 1.
MÜNDƏRİCAT
Giriş.....................................................................3
Tövsiyə olunan ədəbiyyat...................................7
1.Evristika
anlayışı, biblioqrafik evristika
haqqında............................................................10
2.Müasir dövrdə biblioqrafik evristikanın
əhəmiyyəti.........................................................13
3. Biblioqrafik evristikanın nəzəri
məsələləri..........................................................17
4. İnformasiya axtarışının məqsəd və
növləri...............................................................21
5. İnformasiya axtarışının
metodları...........................................................25
6. İnformasiya axtarışı prosesinə qoyulan
ümumi tələblər..................................................29
7. İnformasiya axtarışında kitabxana –
biblioqrafiya biliyinin vacibliyi........................32
8. Kitabxananın soraq-biblioqrafik nəşrlər fondu
biblioqrafik informasiya
axtarışında........................................................35
9. Kitabxananın soraq-biblioqrafik nəşrlər
fondu
biblioqrafik
informasiya
axtarışında.........................................................41
10.Dövlət biblioqrafik göstəriciləri informasiya
axtarış
sistemində.........................................................46
11. Biblioqrafiyanın biblioqrafiyası informasiya
axtarışı sistemində.............................................50
12. İnformasiya – kommunikasiya
texnologiyalarının biblioqrafik fəaliyyət
proseslərinə tətbiqi...........................................52
13. Elektron kataloq - SBA-nın tərkib hissəsi
kimi fərqli cəhətləri...........................................56
14. Elektron biblioqrafik məlumat bazası axtarış
mənbəyi kimi....................................................58
15. Respublika kitabxanalarında elektron
kataloqların axtarış sistemi kimi
üstünlükləri.......................................................63
Tərtib edən: p.f.d Sima İsmayılova
Elmi redaktor: dos N.İ. İsmayılov
İxtisas redaktoru: N.İ.Nəbiyeva
Rəyçilər: p.f.d .X.T. Ağayeva
b.m Ə.M.Məmmədov
Biblioqrafik evristika
Metodik vəsait
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
KİTABXANAÇILIQ-İNFORMASİYA FAKÜLTƏSİ
BİBLİOQRAFİYAŞÜNASLIQ KAFEDRASI
050215-Kitabxanaçılıq və informasiya
ixtisası üzrə bakalavriat təhsil səviyyəsi üçün
“Biblioqrafik evristika” fənninə dair
METODİK VƏSAİT
Bakı 2015
Dostları ilə paylaş: |