Mövzunun adı



Yüklə 35,96 Kb.
səhifə3/12
tarix24.12.2023
ölçüsü35,96 Kb.
#160147
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1698706448.pptx

    Bu səhifədəki naviqasiya:
  • Məktub

Epistolyar üslub


Yunanca – epistole, latınca – epistola sözləri “məktub” deməkdir. Amma epistolyar üslub təkcə məktubları əhatə etmir. Epistolyar üslub ən mübahisəli üslubdur. Çünki həm bu üslubu müstəqil üslub hesab etməyənlər vardır. Hər iki tərəf öz arqumentini əsaslandırmağa çalışır.

SUAL

  • Epistolyar üsluba hansı yazı nümunələri daxildir?

Bu məsələ ətrafında da yekdil fikir yoxdur. Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola “yazıb göndərmə, iki tərəf arasındakı yazışma” deməkdir, onda epistolyar üslubu mübahisəli hesab etməyə ehtiyac yoxdur.

  • Bu məsələ ətrafında da yekdil fikir yoxdur. Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola “yazıb göndərmə, iki tərəf arasındakı yazışma” deməkdir, onda epistolyar üslubu mübahisəli hesab etməyə ehtiyac yoxdur.
  • Bundan əlavə, nəzərə almaq lazımdır ki, epistolyar üslubda korrespondent (yazan) və adresat (alan) olur. Buna görə də, təkcə məktublar deyil, nəsihətnamələri, öyüdnamələri, dəvətnamələri, çağırış tipli yazıları da epistolyar üsluba aid etmək olar.

Məktub


Əməli yazıların ən geniş yayılmış növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox təsadüf edilir. “Məktub” sözü ərəb mənşəli olub, KTB kökündən (yazı) əmələ gəlmişdir. Bu sözün faili – katib (yazan), məfülü isə məktubdur (yazılmış şey, yazılmış kağız).
Məktub yazışmanın ən qədim növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə məktubun yazılma vaxtı və yeri olur. O, monoloji daxili, yazılı nitq formasında olur. Məktubda onun məzmunundan asılı olaraq, habelə yazışanların münasibətindən asılı olaraq müxtəlif söz və söz birləşmələrindən istifadə olunur.
Əgər məktub yazan və məktub alan arasında səmimi münasibət varsa, burada əzizim, dostum, qardaşım, əziz bacım və s. kimi söz və söz birləşmələri işlənəcəkdir. Əksinə, qeyri-səmimi münasibət qeyri-səmimi sözlərlə, xoşagəlməz ifadələrlə ifadə ediləcək.
  • Məktubu bir məsələyə əsasən tərtib etmək məqsədəuyğundur. Eyni anda təşkilata bir neçə məsələ üzrə müraciət etməyə ehtiyac varsa, onda hər məsələ üçün ayrı məktub tərtib etmək daha düzgün olardı. Ənənəvi dil formulları ilə yanaşı, məktubun mətnində alınma söz və birləşmələrə də rast gəlmək olar. Onların bir hissəsi tanınır, bir hissəsi daha az işlənir.

Məzmun və mənasına görə məktublar ayrılırlar:
-instruktiv məktublar;
-zəmanətverici məktublar;
-informativ məktublar;
-müşayiət məktubları;
-təşəkkür məktubları;
-təbrik məktubları;
-reklam xarakterli məktublar.
-xahiş, sorğu, cavab, dəvət və s. məktublar

Yüklə 35,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə