Mövzunun adı



Yüklə 35,96 Kb.
səhifə7/12
tarix24.12.2023
ölçüsü35,96 Kb.
#160147
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1698706448.pptx

Xəbərdarlıq məktubu
“DƏMİR EMALI” Açıq Səhmdar Cəmiyyəti
Hər biri 15 manat olmaqla 600000 ədəd səhmlərin paylanması haqda səhmdarlarını xəbərdar edir.
Səhmdarlar Cəmiyyətdəki səhmlərinə uyğun miqdarda bu qiymətli kağızların əldə edilməsi üçün əsas hüquqa sahibdirlər. Səhmdar səhmlərin əldə edilməsi haqda Cəmiyyətə səhmdarın adı və yerləşməsi, əldə edilən səhmlərin sayı və ödənişi barədə yazılı ərizə şəklində göndərilmə yolu ilə öz müstəsna hüququnu tam və ya qismən həyata keçirmək hüququna malikdir. Belə ərizələr əlavə olaraq səsə qoyulan səhmlərin paylanması tarixinin başlandığından öncəki bir gündən gec olmayaraq Cəmiyyətə göndərilməlidir.

Təklif məktubu
Regional nəqliyyatdaşımada idarəetmə sisteminin hazırlanması birgə layihəsinin proqram təminatı üzrə keçən il başlanmış mütəxəssislərin cəlb etdirilməsi işlərinin davam etdirilməsini təklif edirik.
Bu layihələrin həyata keçirilməsində “Macrosoft”, “Moon Microsystems” və “Pear” kimi şirkətlər iştirak edirlər.

Reklam məktubu
Hörmətli cənablar!
Ş.Şamil küç., ev 19 ünvanında (“Hər şey təmir üçündür”)
“FOTO ALƏMİ” yeni fotostudiya açılmışdır
(tel.: 452-77-88)
Yüksək səviyyədə ixtisaslaşmış fotoqraflar sizə öz xidmətlərini təklif edirlər:
Bədii fotoportretlərin hazırlanması;
Ailə tədbirləri, toy mərasimlərinin və s. fotoşəkillərinin çəkilməsi;
Fayans, keramika və s.-də fotoşəkillərin hazırlanması;
Studiya çeşidləri:
Fotoaparatlar və əlavə aksesuarlar;
Fotoşəkillər üçün çərçivələr.
 
Sizi öz studiyamızda gözləyirik!

TƏLİQƏ

  • Rəsmi məktubların geniş işlənən növlərindən biri də təliqədir. «Təliqə» ərəb sözü olub, müəyyən məsələ haqqında hazırlanmış rəsmi məktub mənasını ehtiva edir. Təliqə adətən, rəhbər, idarəetmə orqanlarından onlara aidiyyatı olan təşkilatların ünvanına göndərilir.
  •  Nümunə
  • Sumqayıt Şəhər Təhsil Şöbəsinin
  • müdiri cənab Vidadi Bağırova
  •  
  • Sizin 23 mart 2018-ci il tarixli 312 saylı məktubunuza cavab olaraq bildiririk ki, fakültənin qiyabi şöbə üzrə IV kurs tələbəsi Nazilə Nəsir qızı Quliyeva xəstə olduğu üçün qış sessiyasında iştirak edə bilməmiş, təkrarən IV kursda saxlanılmışdır. O, hazırda həmin kursda oxuyur.
  • Nazilə Nəsir qızı Quliyeva yaxşı oxumaqla bərabər, fakültənin ictimai işlərində də yaxından iştirak edir.
  • Filologiya fakültəsinin dekanı: Aslan Bayramov
  • 30.03.2018
  •  

Yüklə 35,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə