Mövzunun adı



Yüklə 35,96 Kb.
səhifə2/12
tarix24.12.2023
ölçüsü35,96 Kb.
#160147
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   12
UNEC 1698706448.pptx

Rus dilində əbədiyyat

  • Н. Д. Десяева «Академическая коммуникация» Москва 2019
  • Е. Б. Деревянкин «Деловое общение» Екатеринбург 2015
  • О. А. Казакова, А. Н. Серебренникова, Э. М. Филиппова «Деловая коммуникация» Тюмень 2013
  • А.Я. Большунов, Н.И. Кисилева, Г.И. Марченко и др. «Деловая коммуникация» Москва, 2018
  • Э.А. Науменко «Деловые коммуникации» (учебное пособие) Тюмень 2013,
  • И.А. Журавлева «Деловые коммуникации» (учебное пособие) Иркутск 2016,
  • А.М. Сосновская «Деловая коммуникация и переговоры» Санкт-Петербург 2011

İşgüzar yazışmalar işgüzar həyatın tərkib hissəsi kimi

  • Bildiyimiz kimi, müasir dövrdə beynəlxalq iqtisadi əlaqələrin artdığı bir şəraitdə bu əlaqələri tənzimləmək üçün işgüzar yazışmalara, korrespondensiyaya ehtiyac duyulur. Bu onunla əlaqədardır ki, istənilən işgüzar danışıq öz yazılı təsdiqini tapmalıdır. İş sferası insan fəaliyyətinin vacib sahələrindən biridir. Məhz iş sənədlərinin, yazışmaların köməyilə rəsmi, xidməti əlaqələr, əməkdaşlıq əlaqələri yaranır, müəssisələr, təşkilatlar, dövlətlər arasında münasibətlər tənzimlənir, həmçinin insanlar arasında şəxsi əlaqələr qaydaya salınır.

İşgüzar üslubun xüsusiyyətləri, ona xas xarakterik cəhətləri, stilistik normaları işgüzar münasibətlərin inkişaf etdiyi vəziyyətə uyğun formalaşmışdır. Bu şərtlər aşağıdakılardır:


təşkilatların informasiya əlaqələrinin xarakter və məzmunu kifayət qədər nizamlanmışdır;
işgüzar ünsiyyətin predmeti kimi təşkilatın fəaliyyəti çıxış edir;
idarəetmə sənədləri əksər vaxt konkret insana ünvanlanır;
təşkilatın fəaliyyəti zamanı meydana gələn və yazılı ifadəyə ehtiyacı olan situasiyaların əksəriyyəti təkrarlanan, eynitipli situasiyalara aiddir.

İnformasiya mübadiləsinin effektiv olması üçün işgüzar sferada informasiya bir sıra xüsusiyyətlərə malik olmalıdır:


İlk növbədə rəsmi olmalıdır. Bu xüsusiyyət münasibətlərin işgüzar əsasda olduğunu, qeyri-şəxsi xarakter daşıdığını, tərəflər arasında müəyyən məsafənin olduğunu göstərir.
Ünvanlı olmalıdır. Belə ki, işgüzar məktub hər zaman konkret şəxsə, səlahiyyətli nümayəndəyə, təşkilata və ya qrupa ünvanlanır.
Aktual olmalıdır. Sənəd hazırki zaman kəsiyində effektiv qərar qəbul etmək üçün lazımi məlumatları əks etməlidir.
Obyektiv və faktlara əsaslanmış olmalıdır.
  • Məzmunun neytral tonu rəsmi işgüzar ünsiyyətin normasıdır. O, özünü mətnin ciddi xarakterində göstərir. Neytral ton mətnlərdə ekspressiv və emosional dil vasitələrinin (danışıq leksikası və nida), məcazi mənada anlaşıla bilən ifadəli söz və vasitələrin istifadəsinin qarşısını alır. Məktubun mətnində əks olunan informasiya öz xarakterinə görə rəsmidir. Bu səbəbdən də sənədlərdə şəxsi, subyektiv fikirlər minimuma endirilməlidir. Sənədlərin dilindən emosional çalara malik olan sözlər (müqayisə dərəcəsinin suffiksləri, nidalar) çıxarılır.
  • Lakin rəsmi sənədlərin emosionallıqdan məhrum olduğunu düşünmək düzgün olmaz.
  • Məzmunun sadəliyi, sadə geniş cümlələrin üstünlüyü işgüzar sənədlərin əsas əlamətlərindəndir. İşgüzar üslubun əsas cəhəti sadə geniş cümlələrin, təktərkibli və ya cüttərkibli cümlələrin istifadəsindən ibarətdir.

Yüklə 35,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə