Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə2/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

Məktəb pedaqogikası üzrə qazanılmış biliklər, bu sahədəki tədqiqatların nəticələri inkişaf və yaş psixologiyası üzrə aparılan psixoloji işə əsaslı təsir göstərir. İnkişaf və yaş psixologiyası orqanizmin inkişafı, yetkinləşməsi, qocalması və ahıllıq məsələlərini öyrənən yaş biologiyası, antofiziologiya elmləri ilə sıx əlaqə saxlayır.

İnsan bədəninin, onun struktur-dinamik təşkili, bədən quruluşu tiplərinin bütövlüyü və bu kimi təlimlərdən bəhs edən somatologiya,ali sinir fəaliyyətinin tipologiyasını tədqiq edən semiotika, şəxsiyyətin daxili aləmi və sərvət meyllərinin məzmununu araşdıran aksiologiya elmləri ilə də qarşılıqlı əlaqədədir.

İnkişaf və yaş psixologiyasının riyaziyyat elmləri ilə əlaqəsi get-gedə möhkəmlənir, psixoloji tədqiqatlarda EHM-dən daha çox istifadə olunur. İnkişaf və yaş psixologiyasının fəlsəfə ilə əlaqəsi onların bir-birinə doğma elmlər olmasını əsaslandırır.


MÖVZU 2. YAŞ PSİXOLOGİYASININ İNKİŞAF TARİXİ


Tarixdən məlumdur ki, psixologiya elmi XIX əsrin II yarısında müstəqil elm kimi yaranmışdır. Psixologiya elminin yarandığı dövrdən başlayaraq bir sıra sahələri mövcud olmuşdur. Həmin sahələrin içərisindən inkişaf və yaş psixologiyası önəmli yer tutur. Yaş psixologiyası təlim və tərbiyə şəraitində müxtəlif yaşlı uşaqların psixikasının inkişaf dinamikasının qanunauyğunluq- larını və psixoloji xüsusiyyətlərini öyrənir. İnkişaf psixologiyası psixoloji elm sahələrindən olmaqla uşaqların psixi xüsusiyyətlərinin yaşla bağlı inkişaf problemlərini özündə əks etdirən elm sahəsidir. İnkişaf psixologiyası bir yaşdan digər yaşa keçidin xüsusiyyətlərini, kəmiyyət və keyfiyyət dəyişmə- lərini tədqiq edir.

Məlumdur ki, psixi inkişaf təlim və tərbiyənin təsiri altında inkişaf edir. Burada təbriyəedici faktorlar nəzərə alınır və həmin amillərin nəticəsində xüsusilə də sosial mühitin inkişaf etdirici və tərbiyəediji təsiri altında uşaqların şəxsiyyət keyfiyyətləri təzahür edir. Bir sözlə, şəxsiyyət formalaşır. Psixoloqların tədqiqatlarından məlum olur ki, uşaqların psixikasına daxili və xarici faktorlar təsir edir. Burada anatomik, fizioloji inkişaf amilləri xüsusi rol oynayır.

XX əsrin 20–30-cu illərində Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan və başqa respublikaların elm mərkəzlərində çalışan B.G.Ananyev, M.Y.Ba- sov, P.P.Blonski, A.P.Boltunov, L.S.Vıqotski, S.F.Hacıyev, L.V.Zankov, Ə.K.Zəkuyev, F.Ə.İbrahimbəyov, A.N.Leontyev, A.L.Luriya və başqaları bir-birni təkrar etmədən, hər biri yaş psixologiyasının müxtəlif sahələrinə dair apardıqları xüsusi tədqiqatlarla elmin bu sahəsinin sürətlə irəliləməsini təmin etmişlər.

Təlim və uşağın əqli inkişafının qarşılıqlı əlaqəsi sahəsində D.B.Elkonin mütərəqqi addım ataraq sübut etdi ki, uşağın əqli inkişafında təlim öz aparıcı rolunu, hər şeydən əvvəl, uşağın mənimsədiyi biliklərin məzmunu sayəsində həyata keçirir. Burada uşaq tərəfindən mənimsənilmiş yeni biliklər onun əqli inkişafının mühüm meyarı kimi çıxış edir.

Psixoloqların yaşlı nəslinin yaş psixologiyası sahəsində apardıqları həmin tədqiqat işləri sonrakı illərdə daha da artmış, öz keyfiyyət və səmərəsini durmadan yüksəltmişdir. Biz bunu A.V.Zaporojestin rəhbərliyi altında həyata keçirilən məktəbəqədər yaşda uşaq psixologiyasının ümumi və xüsusi inkişaf qanunauyğun- luqlarını işıqlandıran, L.İ.Bojoviçin rəhbərliyi ilə tədqiq olunan, uşaq şəxsiyyəti təşəkkülünün müxtəlif dövrlərində onun psixoloji xarakteristikasını müəyyənləş- dirən, P.Y.Qalperin və onun şagirdlərinin müxtlif yaş dövrlərində əqli fəliyyətin mərhələlər üzrə təşəkkül problemlərini açan tədqiqatlarında aydın görsənir.

Yaş psixologiyasının inkişafında L.S.Vıqotskinin xidmətləri böyükdür. İnsanının psixi inkişafı haqqında onun işləyib hazırladığı mədəni – tarixi nəzəriyyə öz elmi aktuallığını bu gün də qoruyub saxlamaqdadır. Görkəmli psixoloq xüsusilə qeyd edirdi ki, təlim proqramları və üsulları heç də yalnız uşağın əldə etdiyi əqli inkişaf səviyyəsinə deyil, həm də “onun inkişafının yaxın zonasına” müvafiq gəlməlidir. Görkəmli rus fizioloqu İ.M.Seçenovun (1829 – 1905) əsərləri də təbii–elmi zəmin baxımından yaş psixologiyası üçün çox qiymətli əhəmiyyət kəsb edirdi. O göstərir ki, psixologiya elmi öz məzmunu etibarı ilə “psixi fəaliyyətin əmələ gəlməsi” haqqında təlim olmalıdır.




Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə