Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə3/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   2   3   4   5   6   7   8   9   ...   12
Yaş psixologiyası

İ.M.Seçenov psixi inkişafın reflektor nəzəriyyəsini yaratmış, onun fizioloji əsaslarının nədən ibarət olmasını göstərmişdir. Görkəmli fizioloq uşaqlarda psixi proseslərin və özünü dərketmənin inkişaf yollarının elmi təhlilini vermişdir. Lakin Seçenovun bu mütərəqqi işlərində şəxsiyyətin inkişafının ictimai, şəxsiyyətlərarası münasibətlərdən, qrupdan kənarda ancaq fərdi psixofizioloji varlıq təki öyrənilməsi kimi qüsurar mövcuddur.

Rusiyada K.D.Uşinskinin “İnsan tərbiyə mövzusu kimi” və ya “Pedaqoji antropologiya” (1868 – 1869) adlı kitabı, B.Preyerin “Uşaq qəlbi” adlı əsəri (1881) uşaq psixologiyası problemlərinə həsr olunmuş ilk fundamental psixoloji əsər kimi qiymətləndirilmişdir. K.D.Uşinski sübut edir ki, bütün psixi proseslər həyati inkişafın qanunauyğun məhsulu və zəruri amilidir. Görkəmli alim orqanizmin inkişafını – insanın təşəkkülü, ictimai fərdiyyətin təşəkkülü kimi qiymətləndirir, insanı həm təbii və ictimai varlıq, həm də yerdə həyati təkamülün ən yüksək məhsulu hesab edirdi.

K.D.Uşinski uşağın hissi idrakına xüsusi diqqət yetirməklə yanaşı, uşağın inkişafında, onun əqli və mənəvi qüvvələrinin formalaşmasında nitqin də böyük rol oynadığını qeyd edirdi. Hər bir uşaq ana dilində öz xalqının mənəvi aləmi ilə tanış olur. Buna görə də dilin mənimsənilməsi gənc nəslin istər əqli, istər mənəvi, istərsə də vətəndaşlıq inkişafının zəruri rəhnidir.

Jan Piaje özünün “Uşağın mənəvi mühakimələri” kitabında zəngin eksperimental material əsasında belə nəticəyə gəlir ki, uşaqda iki cür mənə- viyyat mövcud olur. İlk mənəviyyat məcburiyyət sayəsində baş verir: yaşlı ilə uşağın qarşılıqlı münasibəti sayəsində uşaq yaşlıların göstərişlərinə əməl etməyə alışır. Mənəvi təhriketmə zamanı davranış tərzlərinin qiymətlən- dirilməsi onların ala biləcəkləri nəticələr əsasında həyata keçirilir. İnkişafın gedişi zamanı məcburi mənəviyyat, uşaq öz yaşıdları ilə qarşılıqlı münasibəti sayəsində yaranan əməkdaşlıq mənəviyyatı ilə əvəz olunur. Bu münasibətlər ikitərəfli dönmə xarakteri daşıyır. Uşaq öz hərəkətini qiymətləndirərkən davranış moyivlərini daha çox nəzərə almağa başlayır. Qayda ağıllı razılaşmaya çevrilir.

Jan Piaje öz nəzəriyyəsini inkişaf etdirərək göstərir ki, ətraf aləmlə qarşılıqlı təsir prosesində uşağın psixi inkişafında bir sıra dəyişikliklər baş verir. Uşağın inkişafında bioloji və sosioloji amillərin rolundan danışan alim, onları – iki xarici və bir – birinə təsir göstərən daxili qüvvə kimi şərh edir. Uşaqların psixi inkişaf və tərbiyəsi problemləri ilə yaş psixologiyasının xüsusi bölməsi uşaq psixologiyası uşağın psixikasını tədqiq edir. Uşaq psixologiyasını ontogenezdə uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir. Uşaq psixologiyasının tədqiqat obyektini uşaqlar öyrənir.

Uşaqların psixoloji xüsusiyyətləri problemi hələ qədim dövrlərdən alimləri maraqlandırmışdır. Demokrit, Platon, Aristotel, eləcədə digər görkəmli alimlər özlərinin psixika ilə bağlı görüşlərinin doğruluğunu sübut etmək üçün uşaqların bu və ya digər situasiyaya necə reaksiya verdiklərini, yeni anlayışları qavradıqlarını nümunə kimi gstərirdilər.

Uzun fasilədən sonra, XVIII əsrdə alimlər yenidən uşaq psixikasının təhlilinə diqqət yetirdilər. Bir tərəfdən, təlim fəaliyyəti, digər tərəfdən isə böyüklərin fəaliyyət motivləri, təfəkkür və psixikalarının təşəkkülünün şərhi ilə bağlı idi. Lakin bu problem hələ də ayrıca tədqiqat obyekti deyildi və heç bir psixoloq yaradıcılığını sırf bu məsələlərə həsr etməmişdi.

Yalnız XIX əsrin sonlarına yaxın vəziyyət dəyişdi. Bu, tibb və təbiət elmləri ilə əlaqədə inkişaf edən uşaq psixologiyası ilə uşaqların oyunu, nitqi və s. problemləri öyrənən etnoqrafiyanın birləşməsi nəticəsində mümkün oldu. Nəhayət, ki, psixoloqlar yaş psixologiyasını psixologiyanın müstəqil sahəsi kimi qəbul etdilər. Bu pedaqoji təcrübənin, biologiyada inkişaf ideyası və eksperimental psixologiyanın təşəkkül tapmasının nəticəsində yarandı.

XIX əsrin ortalarında pedaqogikanın psixologiya ilə əlaqəsi məsələsi xüsusilə aktuallaşdı. Çünki bu dövrə qədər təhsil yalnız ailələrdə fərdi qaydada aparılırdı. Ona görə də tək uşağın marağı, qabiliyyətini və s. nəzərə almaq o qədər də çətin olmurdu. Yəni təlim ancaq bir uşağın xüsusiyyətlərini nəzərə almaqla qurulurdu.

Məşhur Amerika psixoloqu U.Cems hesab edirdi ki, psixologiya müəllimə uşağa necə öyrətməyi yox, onun mənəvi dünyasını dərk etməyi öyrətməlidir. Eləcə də digər psixoloqlar hesab edirdilər ki, müəllimlər öa işlərində psixoloji biliklərə istinad etməlidirlər.Psixi inkişafların genetik mərhələlərinin ayrılması yeni tədqiqat metodunun genetik metodun yaran- masına səbəb oldu. Hələ vaxtilə Bena və Spenser göstərirdilər ki, psixika təkamülün və insanın ətraf mühitə adaptasiyasının məhsuludur.

Uşaq psixologiyasının yaradıcısı haqlı olaraq ingilis embrioloqu və psixoloqu V.Preyer hesab olununr. Əgər Preyerə qədər alimlər psixi inkişafın ayrı – ayrı problemlərini ötəri şəkildə tədqiq edirdilərsə, o, sistemli müşahidə apardı və problemin bütöv təhlilini verməyə çalışdı. Preyer təkamül nəzəriyyəsinin təsiri altında inkişafın ayrı – ayrı anlarını ardıcıllıqla təhlil edir. O, psixi inkişafın əsasını irsiyyətdə görürdü. Preyer uşağın psixi inkişafını, nitqini, emosiyalarını, böyüklərin bunları öyrənilməsinin də vacibliyini araşdırmışdır. Preyerdən sonra yaş psixologiyasında yeni – yeni problemlər alimlərin diqqətini cəlb etməyə başladı.

XIX əsrin sonu- XX əsrin əvvəllərində yaş psixologiyasının inkişafı pedaqogika, uşaq haqqında elmlə sıx bağlı idi. Onun yaradıcısı Amerika alimi S.Xolldur. Xoll öz laboratoriyasında uşaq, yeniyetmə və gənclərin psixi inkişafını tədqiq edir. Bunun üçün o xüsusi sorğu hazırlayır və müəllimlərə paylayır. Sorğuda məqsəd uşaqların ətraf aləm haqqında təsəvvürlərini öyrənməkdən ibarət idi. Tezliklə anket sorğularının məzmunu genişlənir, yeniyetmə, valideyn və müəllimləri əhatə edir. Uşaqlar suallara yalnız öz bilikləri, başqa adanlara münasibətləri, təssüratları barədə deyil həm də əxlaqi və dini hissləri, sevinc və kədərləri barədə də cavab verməli idilər. Cavabların statistik təhlili uşaqların yaş xüsusiyyətlərinin geniş mənzərəsini yaradırdı.

XX əsrin əvvələrindı qərbi Avropa və amerikan psixoloqlarının (Tideman, B.Preyer, Ament, Qaull, Qross, E.Meyman, B.Ştern və başqaları) yaş psixologiyası üzrə xeyli əsərləri nəşr olunmuşdur. Bu əsərlərdəki mütərəqqi fikirlərlə yanaşı bir sıra qeyri – elmi və idealist baxışlara da rast gəlinir. Bu dövrdə psixologiyada ruhi, psixi hadisələrin mahiyyətini düagün başa düşmək və onların qanuna- uyğunluqlarını öyrənmək üçün təbiət elmlərinin tədqiqat üsullarından istifadə olunurdu.


Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə