Mövzu yaş psixologiyasinin mövzusu və VƏZİFƏLƏRİ



Yüklə 85,27 Kb.
səhifə9/12
tarix20.04.2022
ölçüsü85,27 Kb.
#85715
1   ...   4   5   6   7   8   9   10   11   12
Yaş psixologiyası

Təlim şəraiti özünəməxsus bir sıra xüsusiyyətlərlə nəzər diqqəti cəlb edir. Burada uşaqlar məfhumları əlamətlərinə görə ayırmağın ümumi tərzlərini mənimsəyirlər. Təlim şəraitində ibtidaidən – aliyə, asandan – çətinə doğru irəlilə- mə prosesində uşaq induktiv əqli nəticədən deduktivə keçir: yəni o, əvvəlcə səsli imlaya başlamazdan əvvəl sözlərin tərkibini və sözlər daxilində hərflərin birləşməsi qanunauyğunluqlarını öyrənir, orfoqrafiya qaydalarını mənimsəyir. Şagirdin təlim fəaliyyəti müəyyən qrup işlərin, təlim işlərinin məcmuyundan əmələ gəlir.

Təlim işləri sayəsində şagird bu və ya digər məsələni həll edir, təlim tapşırıqlarını yerinə yetirir. Təlim işləri həm əyani, həm də əqli planda həyata keçirilir. Hər bir təlim fənninə müvafiq təlim işləri vardır. Təlimin səmərəli olmasını istəyən hər bir ibtidai sinif müəllimi çalışmalıdır ki, öz şagirdlərində elə ilk gendən təlim işləri sisteminin yaradılmasına səy göstərsin.

Nəzarət sayəsində uşaq dərsi nə səviyyədə mənimsəməsini, icra zamanı hansı səhvlərə yol verdiyini, nəyi yaxşı, nəyi pis qavradığını çox asanlıqla müəyyən edir. Məsələn, uşaq “a” hərfinin ünsürlərini yazmağı öyrənərkən müəllim ona harada hansı səhvə yol verdiyini başa salır, düzgün yazmaq nümunəsini göstərir. Bundan sonra şagird özü tədricən gördüyü işləri tutuşdurur, buradakı səhvi müəyyənləşdirib təshih edir, hərəkətlərini ona müvafiq şəkildə dəyişir. Bununla da şagirddə mənimsəmə prosesinə özünə- nəzarət təşəkkül tapır.

Şagirdlərin təlim fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsində qiymətləndirmənin rolu böyükdür. Qiymətləndirmə təlimin strukturunda mühüm komponent olub, nəzarət işi ilə sıx vəhdət təşkil edir. Qiymətləndirmə ya müsbət, ya da mənfi olur. Qiymət 5 ballı olub, şagirdin əxlaqına və təsadüfi cavablarına verilir. Qiymətləndirmə isə işin məzmununa və keyfiyyətinə verilir. Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Uşaqlar öz hisslərini gözlətməkdə çətinlik çəkirlər. Kiçik məktəb yaşının sonunda uşaqların hissləri davamlı xarakter daşımağa başlayır. Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik hisslər də inkişaf edir. Bu yaş dövründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi üçün səmərəli şərait yaranır. Bu yaş dövründə uşaqlarda iradənin inkişafı üçün də geniş imkan yaranır. Uşaq öz hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu prosesdə maneələr aradan qaldırılır. I-III sinif şagirdlərində iradi cəhd göstərmək bacarığı hiss ediləcək dərəcədə artır. İxtiyari, iradi fəaliyyət inkişaf etməyə başlayır. Uşağı iradi cəhdə yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar nəyə qadir olduqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər.

2. İnkişafın yeni sosial vəziyyəti kiçik məktəblidən xüsusi fəaliyyət-təlim fəaliyyəti tələb edir. Uşaq məktəbə gələndə hələ tədris fəaliyyəti olmur və o oxumaq bacarığı formasında inkişaf etdirilməlidir.Təlim fəaliyyəti digər fəaliyyət sahələrindən çox vacib bir xüsusiyyəti ilə fərqlənir. Təlim fəaliyyə- tində uşaq müəllimin rəhbərliyi altında elmi anlayışlara yiyələnməyə başlayır. Onlarla uşaq hərəkət etməyi öyrənir. Təlim fəaliyyəti elə bir fəaliyyət sahəsidir ki, burada uşaq subyektdir. O, refleksiya, özünüeyniləşdirmə tələb edir.Özünüdəyişmə prosesi uşağın özü üçün yeni bir fənn kimi ayrılır. Məhz buna görə də, təlim fəaliyyəti uşağı necə qiymətləndirmədən başlayır. Təlim fəaliyyətinin həyata keçirilməsi o zaman mümkündür ki, məktəbli psixi prosesləri və davranışı ilə onu idarə edə bilsin. Həmçinin "istəyirəm" sözünü "lazımdır" sözünə tabe etdirsin. Yalnız bu zaman psixi proseslərin keyfiyyəti və məktəblilərin sərbəstliyinin inkişafına zəmin yaranmış olar. Təlim fəaliyyətində nəzarət və özünənəzarətin vacibliyi onunla şərtlənir ki, məktəblidə qiymətə olan tələbat onun tapşırıqları yerinə yetirməsinə şərait yaradır.

Təlim fəaliyyətinin aşağıdakı elementləri vardır:

1/Təlim-idraki motivlər məktəblini öyrənməyə sövq etdirir. Motiv nəinki təlim fəaliyyətinə, həm də uşağın müəllimə, məktəbə pozitiv və neqativ müna- sibətlərinə təsir edir.


Yüklə 85,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə