Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


Mövzu: 3. Dünya mehmanxana sənаyеsində idarəetmə formaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   2   3   4   5   6   7   8   9   10   ...   49

 
20 
Mövzu: 3. Dünya mehmanxana sənаyеsində idarəetmə formaları 
Plаn 
1. Françayzinq yolu ilə idarəetmə 
2. Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə   
3. Icarə yolu ilə idarəetmə 
 
1. Françayzinq*  –  Iri və kiçik müstəqil müəssisələrin müqavilə münasibətləri  
sistemidir. Bu idarəetmədə bir  xüsusiyyət vardı ki, kiçik mehmanxana iri məşhur 
mehmanxana nişanı (markası) altında fəaliyyət göstərir. 
Beynəlxalq  Françayzinq  Təşkilatları  Assosiasiyası  françayzinqin  geniş 
təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir. 
Françayzer**  (franşizverən)  françayziyə***  (franşizalan)  qanuni  qaydada 
müdafiə  olunmaqla,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  verir,  habelə  
bu  fəaliyyətin  təşkilinə, təlim-təhsil almağa və s. kömək  edir. 
Françayzer  müəssisənin  tam  konsepsiyasını  və  iş  üsullarını  yaradır, 
franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır. 
Fransız  mənşəli  termin  olmasına  baxmayaraq,  françayzinq  müxtəlif  spesfik  
müqavilə formasında ABŞ-da yaranmışdır. 
1907-ci  ildə  “Rits-Development  Company”    Nyu-York  firmasından  “Rits 
Carlton” adını almaqla bu sistemin əsasını qoymuşdur. 
1927-ci ildə Horvard Conson françayzinq müqaviləsi əsasında otellərini idarə 
etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq sahillərində, sonra orta qərbdə, 60-cı 
illərdə  Kaliforniyada  öz  biznesini  genişləndirməyə  imkan  verir.  Hal-hazırda 
Horvard Consonun mehmanxana şəbəkəsinə 900 müəssisə daxildir. 
60-cı  illərdə  françayzinq  mehmanxana  və  motellərin  yüksəliş  və  inkişaf 
strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi. 
Françayzinq  mehmanxana  sənayesində  şirkətin  öz  fəaliyyətini  daha  dinamik  
aparmağa  imkan  verən  konsepsiyadır.  Şirkətin  kənardan  maliyyə  cəlb  edib  daha 
sürətlə  inkişaf  etməsi  bu  konsepsiyanın    əsas  mahiyyətidir.  Mehmanxana 
sənayesində françayzinqlə məşğul olan ən iri şirkət “Hospitality Franchise System” 
sayılır. Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin 5300 oteli var. 


 
21 
Onun ardınca “Choice  Hotels International” şirkəti gəlir (3130 otel). Bu  siyahıda 
üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur.  
Cədvəl 1. 
Korporativ  mehmanxana  şəbəkələri 

Ş
irkətlər 
Fransız tipli 
otellərin sayı 
Otellərin 
ümumi sayı 

HFS Inc 
5300 
5300 

Choise Hotels International 
3130 
3197 

Holiday Inn Worldwide 
2082 
2260 

Promus Cos 
683 
809 

Marriott International 
604 
1268 

Carlson Hospitality Worldwide 
416 
437 

Accor 
343 
2465 

IDD Sheraton Corp 
204 
413 

Hilton Hotels Corp 
173 
245 
1

Best Western International 
Məlumat yoxdur 
3654 
 
Hər bir françayzinq müqaviləsində françayzer françayziyə öz firma nişanı, iş 
texnologiyası və metodları, bron (sifariş) sistemi, marketinq üsulu, güzəşt sistemi 
və  s.-dən  istifadə  etmək  hüququ  verir.  Françayzer  özünün  bazar  şəbəkəsinə  yeni 
mehmanxanalar cəlb etməkdə maraqlıdır. Bu məqsədlə adətən françayzer maraqlı  
tərəflər  üçün  xüsusi  sənədlər  hazırlayır,  bunlardan  ən  əsası  şərtlər  haqqında 
məlumatdır.  Şərtlər  haqqında  məlumatda  françayzerin  rəhbər  heyətinin  ixtisası, 
ş
irkətin  maliyyə  durumu,  müqavilə  bağlanarsa,  münasibətlərin  mahiyyəti,  hansı 
konkret  məsələlərdə  françayzer  françayziyə  yardım  edir,  müəssisədə  çatışmayan 
hansı əlavə avadanlıq almağa və s. kömək göstərir. 
  Françayzer  və  françayzi  arasında  hüquqi  münasibət  müqavilənin 
imzalanması ilə təsdiq olunur. 
  Mehmanxana sənayesi üçün françayzinq müqaviləsi mehmanxananın xarici 
görünüşü,  vestibülün  interyeri,  nömrələrin  sayı,  qonaqlara  təqdim  olunan 
xidmətlər, onların ketfiyyəti və s. şərtləri müəyyən edir. 


 
22 
  Müqavilənin  əsas  elementlərindən  biri  razılaşdırılmış  pul  ödəmələrinin 
formalarıdır.  Mərkəzi  bronlaşdırma  sistemindən  istifadə  edən  mehmanxana  pul 
ödəməlidir.  Bundan  əlavə,  mehmanxana  ona  verilən  hüquq  və  imtiyazlara, 
göstərilən xidmətə görə birdəfəlik müəyyən edilmiş məbləğ ödəməlidir. 
  Bir  qayda  olaraq  bu  ödəməyə  layihə  sənədlərinin  paketi,  müəssisəni  idarə 
etmək üçün tam təlimat toplusu, orta və yüksək rəhbər heyətin ixtisasını artırmaq, 
müəssisənin  açılışına  qədər  xidmət  heyətinin  təlim  və  təhsili  daxildir.  Daxilolma 
haqqı  françayzinq  müqaviləsi  bağlanan  gündən  verilir  və  ya  iki  bərabər  hissəyə 
bölünür, bunun 50%-i təlimdən əvvəl, qalanı isə təlim müddətində ödənilir. 
  Françayzerə ilk ödənilən məbləğin haqqı onun nişanının nüfuzundan asılıdır. 
Bəzən françayzdan reklam üçün ümumi gəlirin 1-5%-ni təşkil edən məbləğ alınır. 
Françayzinq müqaviləsinə xitam vermək üçün potensial səbəblər müxtəlif ola 
bilər: 
1. Françayzer tərəfindən təyin edilmiş standartlar səviyyəsini françayz yerinə 
yetirməsə; 
2. Mehmanxananın  xidmət  mexanizmi,  çeşidi,  keyfiyyəti,  restoran  menyusu  
müəyyən edilmiş normalara uyğun olmasa; 
3. Müqavilə üzrə pul ödəmələri olmasa; 
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir. 
Françayzinq müqaviləsinin françayz üçün müsbət cəhətləri: 
1. Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım göstərilir; 
2. Ölkə və dünya üzrə reklamı təmin olunur; 
3. Mərkəzləşdirilmiş bron sisteminə qoşulur; 
4. Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir. 
Françayzerə  müqaviləsinin  françayz  üçün  mənfi  cəhətləri: 
1. Françayzerə zəruri qəbul haqqı ödənişini vermək; 
2. Françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək; 
3. Françayzerin  yarıtmaz  fəaliyyəti  nəticəsində  firmanın  nişan  imicinin 
nüfuzdan düşməsi. 
Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə