17
var. Amerika mehmanxana bazasının artım sürəti Avropanı qabaqlayır. 90-cı
illərdə amerika mehmanxan şəbəkələrinin təsiri daha da güclənir. Onlar
mehmanxana şəbəkələri siyahısında 1-ci onluğundan Avropanın “Travelodge
International” və “Master Hosts International” kimi mehmanxana şəbəkələrini
sıxışdırıb çıxarmıış və hazırda bu siyahıda yalnız “Accor” (Fransa) və “Forte PLC”
(Böyük Britaniya) mehmanxan şəbəkələri qalmışdır.
Dünya mehmanxana nömrə fondunun 14%-nə (3 mln nömrə) malik olan
Asiya regionu bu sahədə 3-cü yeri tutur. Artım sürəti isə 15-20% olaraq orta dünya
tempini 2-3% qabaqlayir.
Afrika regionun payina 0,4 mln nömrə düşür ki, bu dünya fondunun 3%ni
təşkil edir.
Avstraliya və Okeaniya regionunda dünya nömrə fondunun 3%-ni təşkil
edir.
Ayrıca ölkələr dünya mehmanxana sənayesində öz qüdrətinə əzəmətinə görə
liderıik ABŞ (3.5 mln), Yaponiya(1.65 mln), Italiya (1mln), Fransa, Ispaniya,
Ingiltərə, Çin, Avstraliya(0.5 mln), Avstriya, Kanada, Yunanistan(0.3mln),
Tailand, Rusiya, Indoneziya, Türkiyə (0.15-0.23 mln), Isveçrə, Braziliya,
Argentina (0.5 mln) kimi ölkələrə məxsusdur.
Dünya mehmanxana sənayesində mehmanxana fondunun artımına görı
Türkiyə, Çin, Malayziya, Sinqapur, Mərakeş, Ispaniya, Almaniya və Argentina
kimi ölkələr liderliyə çıxıblar.
3. Dünyanın məşhur, ən yaxşı və qeyri-adi mehmanxanaları
“Institusional Investor” jurnalinda bütün regionlardan bankir arasında
keçirilmiş sorğu əsasında dərc edilmiş “Dünyanın ən yaxşı mehmanxanaları”
məqaləsində bir neçə il ərzində Banqkokun(Tailand) “Oriental” mehmanxanası 1-
ci sayılırdış onun ardınca Honkonqdakı “Regent Honq Konq” və hamburqdakı
“Vier jahrenzeiten” sonra yenə Honkonqdakı “Mandarin Oriental” və Londondakı
“Connanqht” qeyd edilmişdiş
18
1992-ci ildə bu siyahıda bir qıdır dəyişiklik oldu:1-ci iki yerə “Regent Honq
Konq” və “Bel air” (Los-Anceles) layiq görülürlər.”Shanqri-La” (Sinqapur)
mehmanxanasınisə 3-cü yeri tutur.
Beyneəlxalq korporasiyanın (1928-ci ildə yaradılmışdır) “Dünyanın
qabaqcıl otelləri kataloqunda ən çox fərqlənmiş mehmanxana müəssisələri
haqqında” məlumat verilir. 1997-ci il kataloqunda qabaqcıl ən yaxşı
mehmanxanaların sayı 308-dir. (92 min nömrə). Bu cür otelləri yüksək peşəkar
müstəqil ekspertlər seçir. Ən yaxşı otellər ABŞ-da fəaliyyət göstərir. Onların sayı
40-dan artıqdır.
Bu cür mehmanxanalar Italiyada 30 Isveçrədə 23 Almaniyada 21 Fransa və
Ispaniyada 15 Hindistanda 12 Yaponiyda 11 Ingiltərədə 9 Tailandda və Meksika 8
Çin və Avstriyada 7 Portuqaliyada 6-dır.
Bu kataloqda Rusiyanın 2 otelinin adı da dərc edilmişdir. Bunlar “Balçuq
Kempinski”
(Moskva)
və
“Qrand
Otel
Avropa”
(Sankt-Peterburq)
mehmanxanalaridır.
Dünyanin ən yaxşı otellərini təyin etməklə təkcə “Dünyanin aparıcı otelləri”
ş
irkəti deyil, həmçinin 30 ildən çox bu işlə məşğul olan “Dünyanın imtiyazlı
otelləri və kurortları” (Preferred Hotels and Resorts Worldwide) beynəlxalq
təşkilatı da məşğul olub. Bu təşkilatön təşkil etdiyi ən yaxşı mehmanxanalarin sayı
101-dir, bunlardan 69 otel Şimali amerikada yerləşir ki, bu da regionda servisin
yüksək səviyyəsinə sübutdur. Bu otellərin müştəriləri varlı insanlardır və otel
sahiblərinin dediyinə görə onların əksəriyyəti Rusiya və MDB-nin digər
ölkələrindəndir.
“Tişay otelləri” beynalxalq assosiasiyası 1968-ci ildən fəaliyyət göstərir.
Onun mənzil-qərargahı Parisdə yerləşir.
Bu assosiasiyaya daxil olmaq üçün 3 əsas meyar olmalıdır:
1) Qonağı təbii və komfort şərait əhatə etmılidir;
2) Müasir tələblərə cavab verən xarakterik görünüşlü, qonaqpərvər, rahat və
bəzəkli mehmanxana;
3) Yüuksək səviyyəli restoran və mətbəx.
19
Hal-hazırda “Tişay otelləri” Şəbəkəsinə Avropada 329 mehmanxana
aiddir.
Dünyanin ən iri mehmanxanasi “MGM Grant” (Las-Veqas) hesab edilirdi.
Onun 5505 nömrəsi var.
Hazırda Las-Veqasın digər mehmanxnası “MGM Grant”ı ötmüşdür. Bu,
“Sands Hotel”dir (6600 nömrə). “Pul Karlton” və Kanadanin “Four Seasons”
(Dörd Mövsüm) mehmanxanalarını adətən ən yüksək səviyyəli mehmanxanalar
kimi qiymətləndirirlər.
Beləliklə dünyanın ən iri 20 otelindən 14-ü Las-Veqasda yerləşir. Las-
Veqas dünyanın əyləncə mərkəzi sayılır. Şəhərdə 50-dən çox kazino var ki,
bunlarin çoxu xüsusi tikilmiş mehmanxanaların nəzdində fəaliyyət göstərir. Bu
otellərin apartmentləri adi mehmanxana apartmentlərindən böyükdür, mini hovuz,
cakuzisi, böyük ekranli bir neçə televizoru, bir neçə hollu, yataq və qonaq otağı,
bar və s var. Bele apartmentlər binanın digər hissələrində təcrid olunmuş yerdə
yerləşir və müstəqil brondlaşdirma və yerləşdirmə xidmətləri vardır. Kazinolu
otellərin bir çox nömrələri varlı müştərilər üçün boş saxlanılır. Bu nömrələrin
qiyməti sutkaya 1000-25000 ABŞ dolllarina qədərdir.
1993-cü ildə “Rits Karlton” mehmanxansı “Baldrige National Quality
Awards” mükafatına layiq görülmüşdür. Bu mükafat ABŞ Konqresi tərəfindən
1987-ci ildə Amerika biznesində ən yüksək nailiyyətlərin havasləndirilməsi
məqsədilə təsis edilmişdir. Bu mükafat keyfiyyətin kompleks şəkildə idarə
edilməsi istiqmətində bir çox səylər göstərmiş mərhum Abş ticarəti naziri Melkolm
Bolbrijin (ABŞ) adını daşıyır. ABŞ-da əmtəələrin və xidmətlərin keyfiyyəti
uğurunda çalışan ən nüfuzlu mükafat hesab edilir.”Pur Karlton” ən dəbdəbəli
mehmanxana şəbəkələrindən biri kimi şöhrət qazanmışdır.
Dostları ilə paylaş: |