10
MÖVZU: 2. DÜNYA MEHMANXANA SƏNAYESI
Plаn
1. Mehmanxana işinin təşkili modelləri
2. Dünyа mеhmаnхаnа şəbəkələri, оnlаrın əsаs göstəriciləri
3. Dünyanın məşhur, ən yaxşı və qeyri-adi mehmanxanaları
1. Dünya mehmanxana sənayesində hələ
xx
əsrin 50-ci illərindən idarəetmə
strukturunda mehmanxana işinin təşkilinin əsas iki modeli təsdiqlənmişdir.
I model-Rits modelidir ki, bu da məşhur Isveçrə sahibkari Sezar Ritsin adini
daşıyır. Dünyanın bir çox məşhur otelləri onun adı ilə baьlıdır. Rits modeli
Avropa nəzakət və zadəgan ənənələrinə əsaslanır. Hazirda bu model böhran
keçirir.
II model – amerikali sahibkar Kemons Uilsonun adı ilə bağlıdır. “Holiday
Inn” mehmanxana şəbəkəsi bu modellə işləyir. “Holiday Inn” otelləri dünyada ilk
dəfə olaraq telekonfrans keçirmək üsulunu tətbiq etmişdir. Bu modellə müştərilərin
ehtiyac və arzularının ödənilməsinə üstünlük verməkə xidmətin yüksək
standartlarına (otelin hər hansi bir olkədə yerləşməsindən asılı olmayaraq) riayət
olunur. Mehmanxananin geniş dəhlizindən (vestibülundən) başlamış interyerinə
(daxili gorünüşü) xeyli diqqət verilir. Bu model üzrə fəaliyyət göstərən
mehmanxanlara aşağıdakı tələbər qoyulur:
- mehmanxanada isifadə olunmuş üslubun vəhdəti (memarlıq və interyer
baxımindan);
- mehmanxana nişanlarının və reklamlarının eyniliyi;
Geniş və funksional vestibül (holl);
- daimi müştərilər üçün nəzərdə tutulmuş nömrələr;
Müştərilərin cəld və çevik qeydiyyatı;
- səhər yeməyi - “Isveç masası” (Şved stolu);
- mehmanxanada konfrans-hollun olması;
- əlverişli tariflər (qiymətər) siyasəti;
11
- marketinq. Kommunikasiyalar xidməti və idarəetmənin mərkəzləşdirilməsi.
Ikinci model üzrə dünyada 50%-dən çox mehmanxan şəbəkəsi fəaliyyət
göstərir.
Bu şəbəkələr, demək olar ki, öz mahiyyətinə görə iqtisadi maliyyə
imperiyalarıdır və bir sahibkar – baş holdinq tərəfindən idarə olunur. Bakı
şə
hərində fəaliyyət göstərən “Hyatt Regency” və “Hyatt park” ikinci modelə
aiddir.
I və II modellərilə yanaşı III model də mövcuddur. “Könüllü” adlanan
mehmanxana şəbəkələri bu qəbildəndir. (“Best Western”, “Romanite Hotels” və
s.). Bu modelə görə eyni ticarət nişanı altında, hansı ölkədə yerləşməsindən asılı
olmayaraq, oxşar əlamətlər üzrə bir standart və xidmətlərə riayət edərək
mehmanxanalar birləşir. Mehmanxanalar vahid fonda üzvulük haqqı ödəyirlər ki,
bu vəsait birləşirmiş reklam marketinq fəaliyyətinə sərf olunur. Bununla bərabər
mehmanxanaların iqtisadi maliyyə və idarəetmə müstəqillikəri tamamilə saxlanılır.
Mahiyyatcə bu şəbəkələr bir müqavilə altında birləşmiş assosasiyalardır.
Ikinci və üçüncü modellərin birləşməsi də mümkündür. Buna misal olaraq
Fransanın “Accor” mehmanxanalarını göstərmək olar. Mehmanxana şəbəkəyə üzv
olaraq heç də onun mülkiyyətinə çevrilmir. Qərbi Avropa Rits modelinin dayağı
olaraq qalır. 1995-ci ilin əvvəlinə olan məlumatına görə Avropada mövcud 50
mehmanxana şəbəkəsi ümumən 410000 nömrəsi olan 3400 mehmanxananı
birləşdirir. Buna baxmayaraq Avropada nəhəng mehmanxana korporasiyalari
ə
vəzinə könüllü şəbəkələr yaratmağa daha meyilli olan ənənəvi mehmanxanaların
sayı üstünlük təşkil edir. Ikinci və üçüncü modellərin nümunə kimi Bakı şəhərində
yerləşən “Plaza” otelini göstərmək olar.
2. Dünya mehmanxana şəbəkələri, оnlаrın əsаs göstəriciləri
Mehmanxan təsərrüfatının gələcək inkişafı onun qloballaşması ilə bağlıdır. Bu
sahədə fəaliyyət göstərən şirkətlər öz ölkələri sərhədlərindən xaricə çıxmadan
inkişaf edə bilməz. Beynəlxalq mehmanxana korpоrasiyalarinın inkişafı 70-ci
illərin axırında “Boinq-707” və “Boinq-747 ” təyyarələrinin meydana çıxması ilə
12
ə
laqədardır. O zaman beynəlxalq turizmdə sürətli inkişaf var idi ki, bu da
beynəlxalq mehmanxan şəbəkələrinin yaranmasına səbəb olmuşdur.
Mehmanxana şəbəkələri (iki və daha çox) mehmanxana qruplarından ibarət
olur, kollektiv biznesi həyata keçirir və vahid rəhbərliyin nəzarəti altında fəaliyyıt
göstərir. Mehmanxana şəbəkələrinin rəhbərliyi mehmanxanlarin hər hansı bir
fəaliyyətindən gəlir götürərək üstünlük əldə edir, eyni zamanda iş prosesində
nöqsanların məsuliyyətini də daşıyır. Şəbəkələrin yaranması dünya bazarına
yüksək səviyyəli, beynəlxalq standartlara uyğun mehmanxana xidmətlərininn
çıxrılmasına şərait yaradır. Turist xarici ölkədə ona tanış olan şirkətin
mehmanxanasinda özünü rahat ve evindəki kimi hiss edir.
Beynalxalq mehmanxana şəbəkələrinin böyük bir qismi ABŞ-a məxsusdur.
Bu, lüks dərəcəli mehmanxana şəbəkələri olan “Hyatt”, “Hilton”, “West Inn”,
“Mariott”, “Şeraton”, “Ramada” və başqalarindan ibarətdir.
IEOÖ-də ABŞ mehmanxanasına idarəetmə təcrübəsinə böyük ehtiyac var idi.
ABŞ 1948-ci ildə Latın Amerikası ölkələrinin iqtisadiyyatinın inkişafı
məqsədilə bu ölkələrdə öz filiallarını açmaq və otellər tikmək üçün bir neçə
mehmanxana şirkətinə müraciət edir. Yalnız 19500-ci illərin axırlarında “Pan
American Airways” şirkəti buna razılıq verir. Beləliklə onun “Intercontinental
Hotels” adlanan filialları Vensuela, Baziliya, Uruqvay, Çili, Kolumbiya, Meksika
və Latın Amerikasının digər ölkələrində yaranır. Artıq 1981-ci ildə dünyanın 50
ölkəsində bu tipli 85 otel yayılmışdı. Sonralar “Pan American” öz mehmanxansina
şə
bəkəsini “Sasian Japanese Corporation” şirkətinə, o da öz növbəsində bu
mehmanxana şəbəkəsini “Grand Metropelitan” şirkətinə satmışdır.
Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən ilk liderlərdən
biri idi. O, 1948-ci ildə San Xuanda (Puerto-Riko) “Caribe Hilton” otelinin
idarəçiliyini ələ keçirir. Hilton öz rəqiblərini qabaqlayraq bu müqaviləni bağlayır.
Bu işdə ona ispan dilini bilməsi də kömək etmişdir. Artiq 1974-cü ildə Hilton 31
dövlətdə yerləşən 61 (23263 nomrə) mehmanxanya rəhbərlik edir. Hazırda “Hilton
International” Böyük Britaniyanın “Ladbroks Group PLC” şirkətinə məxsusdur.
Dostları ilə paylaş: |