7
XX əsrin əvvəllərində Bakının mərkəzində ilk mehmanxana - “Yeni Avropa”
(hazırda “Lukoyl”un Ticarət Evinin binası) açılır. Bir neçə il keçdikdən sonra daha
yeni “Metropol” (hazırda Nizami”muzeyi) mehmanxanası tikilir və hamını öz
gözəlliyi ilə heyran edir. Oktyabr inqilabından sonra Böyük Vətən müharibəsinin
sonuna kimi Bakıda yeni mehmanxanaların tikintisi qeyd olunmur. 50-ci illərdə və
60-cı illərin əvvəlində “Inturist” və “Naxçıvan” mehmanxanalarının binaları
tikilməyə başladı. 70- ci illərdə Azərbaycanda mehmanxana tikintisinin güclü
inkişafı başlayır. Bu mərhələdə “Bakı”, “Turist” və iki 17 mərtəbəli simmetrik
yerləşmiş “Azərbaycan” və “Abşeron” mehmanxanalarının binaları tikilib başa
çatmışdır. Sonuncunun açılışı 1985-ci ildə olmuşdur. Bu mehmanxanalar həm
xidmət səviyyələrinə görə, həm də texniki təchizatına görə beynəlxalq standartlara
cavab vermirdi. Mütəxəssislər sübut etmişlər ki, 700-dən çox yeri olan
mehmanxanalar çətin idarə edilir. Bu 2 mehmanxananın hər biri 1200 yerə malik
olduğu halda, ümumi yerləşmənin 15%-ə qədəri dola bilirdi. Bu mehmanxanalarda
servis səviyyəsini yaxşılaşdırmaq əvəzinə, yerləşmə qiymətləri artırılırdı. Bu
illərdə Turizmin inkişafı və 1983-cü il 30 aprel tarixli SSRI Nazirlər Sovetinin
qərarı ilə əlaqədar, Xəzərin sahilini Ümumittifaq əhəmiyyətli yeni kurort zonasına
çevirmək məqsədi ilə Gəncədə, Qusarda, Şəkidə və Azərbaycanın digər
şə
hərlərində mehmanxanalar tikilmişdi.
Müstəqillik əldə etdikdən və 1994-cü ildə neft üzrə “əsrin müqaviləsi”
imzalandıqdan sonra neft müqavilələrinin həyata keçirilməsi, sərgilərin
keçirilməsi, yerli ali məktəblərdə xarici vətəndaşların təhsili ilə əlaqədar Bakıda
ə
sl “qaynama” başlayır. Qısa müddətdə Bakıda beş ulduzlu “Həyat”, “Plaza”,
“Avropa” və dünyanın aparıcı mehmanxana xəttinin digər təmsilçiləri olan otellər
yarandı. Son illərdə beynəlxalq turizm inkişaf etməyə başlamışdır. 1998-ci ildə
Almaniyadan 120 turist Masallı rayonunda “Türkan” mərkəzində, “Istisu” otelində
dincəlmişlər. Nabranda “Palermo” turist mərkəzi tikilmişdir, Şıx kompleksində
“Qresent-Biç”otelində xarici turistlər üçün bütün şərait yaradılmışdır. Qubada
(Afruca), Şamaxıda (Pirqulu), Şəkidə (Marixal), Zaqatalada, Qaxda və Ismayıllı
rayonunun Lahıc kəndində pansionat və otellər tikilir.
8
Mehmanxana-restoran biznesi beynəlxalq və daxili turizmin inkişafı ilə sıx
ə
laqədədir. Bu sahədə son illərdə baş verən köklü dəyişikliklər Azərbaycanın
mehmanxana təsəruffatının müasir vəziyyətinə və gələcək inkişafına bilavasitə
təsir etmişdir. Təşkil edilmiş istirahət daha çox əhalinin xaricə meyilli, imkanlı
hissəsinə müəssər olur. Əhalinin qalan hissəsi üçün isə o, daha çox qeyri-mümkün
olur. Tələbatın azalmasında nəzərə çarpan rolu mehmanxana təsərrüfatında
xidmətlərin daim artan qiymətləri və həm də nəqliyyatın bahalaşması oynayır.
Sonuncu, səfərlərin həcminə və uzaqlığına çox güclü təsir etmiş - uzaq səfərlər
dayandırılmış, ekskursantların axını kəskin azalmışdır.
Mehmanxanalar aşağıdakı əlamətlərə malikdirlər:
1. Sayı müəyyən edilmiş, minimumu aşmayan, vahid rəhbərliyi olan
nömrələrdən ibarət olurlar.
2. Yatağın sahmana salınması, nömrənin və sanxəttin gündəlik təmizlənməsi
ilə məhdudlaşmayan müxtəlif mehmanxana xidmətləri göstərilir.
3. Göstərilən xidmətlərə, mövcud qurğulara və ölkənin standartlarına uyğun
olaraq dərəcə və kateqoriyalara görə qruplaşmışdır.
4. Ixtisaslaşdırılmış qurum kateqoriyasına daxil deyil.
Analoji qurumlara pansionatlar və mebelləşmiş otaqlar, turist yataqxanaları və
yerləşdirmənin digər vasitələri daxil olub, nömrələrdən təşkil olub, gündəlik
yatağın sahmana salınması, nömrənin və sanxəttin təmizlənməsini də əhatə edən
məhdud mehmanxana xidmətləri göstərirlər. Ixtisaslaşmış müəssisələr yerləşdirmə
xidmətləri ilə yanaşı, başqa bir ixtisaslaşmış xidmət də göstərirlər. Bu növ
müəssisələrə sağlamlaşdırıcı qurumlar, əmək və istirahət düşərgələri, konqress
mərkəzləri və s. aiddir.
Azərbaycanda 04.06.99-cu ildə qəbul edilmiş və 01.08.99-cu ildə qüvvəyə
minmiş “Turizm haqqında qanun”-un 3.1 maddəsinin 3-cü bəndində “Turist
fəaliyyətinin dövlət idarəedilməsi”-turist infrastrukturu sahəsində yaxşılaşmağa
istiqamətlənmiş mormativ aktların zəruriliyindən bəhs edilir. Mehmanxanalar
turizm infrastrukturuna aid olduğu üçün uyğun normativ baza onlar üçün
işlənmişdir.
9
Mehmanxana təsərrüfatında müxtəlif kateqoriyalı bölgülər olduğu kimi,
mülkiyyət formasına görə bölgü də çox vacib və aktualdır. Hazırda Azərbaycanda
56-bələdiyyə və bir neçə dövlət tabeliyində olan (şəhadətnaməli), (“Babək” və
“Inturist” və s.), xarici kapitalla respublika mülkiyyətində olan (“Anba”və “Oazis”
və s.), ictimai təşkilatlara məxsus olan (“Azərbaycan”, “Abşeron”, “Qarabağ” və
s.), xarici mehmanxana şəbəkəsində olan (“Hyatt Regency”, “Hyatt Tower”,
“Plaza”, “Vellinqton” və s.), xarici vətəndaşlara aid (“Irşad”,”City Mansion”,
“Içəri şəhər”, “Caspian”, “Crescent Beach”, “Avropa” və s.) mehmanxana vardır.
Dostları ilə paylaş: |