Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

 
30 
üçün zal açır və çox keçmədən özünün xüsusi restoranını («The Pie House») açır. 
Artıq 1894-cü ildə 31 yaşlı Statler ildə 10 000 dollar gəlir əldə edirdi. 
Statler  Nyu-York  ştatının  Buffalo  şəhərində  özünün  yeni  «Ellicott  Square 
Buildinq» ofisinin birinci mərtəbəsində restoran açır. Tezliklə o anlayır ki, Buffalo 
şə
hərinin  əksər  əhalisi  evində  yeməyi  üstün  tutur.  Statler  yaradıcılıq  fantaziyası 
tətbiq  etmiş  və  uzun  sürən  çətinlikdən  sonra  şəhərin  mərkəzində  işləyən  iş 
adamlarını öz vərdişlərini dəyişdirməyə müvəffəq olmuşdur. Belə ki, onun reklam 
kampaniyalarından  biri  belə  adlanırdı:  «25  sentə  kifayət  qədər  yeyə  bilərsiniz». 
Biznesinin  müvəffəqiyyətlə  getdiyini  görən  Statler  daha  yüksək  işlər  haqqında 
düşünürdü.  Əvvəlcə  Statler  2257  nömrəli  «Inside-Inn»  otelini  açır.  Sent-Lusdə 
keçirilən  ümumdünya  sərgisində  bu  otel  əlamətdar  tikinti  kimi  qəzetlərdə  reklam 
olunmuşdu.  1908-ci  ildə  Buffalo  şəhərində  300  nömrəli  «Buffalo  Statler»  oteli 
açılır.  Otelin  işinin  təşkilində  Statlerin  bacarığı,  dahiliyi  özünü  bütün  varlığı  ilə 
göstərir. Bu otel orta səviyyəli qonaqlara xidmət göstərən ilk mehmanxana idi ki, 
hər  nömrənin  öz  vanna  otağı  vardı.  Statler  o  oteldə  digər  yeniliklər  də  tətbiq 
etmişdi.  Bu,  Buffalo  şəhərində  ilk  otel  idi  ki,  nömrələrində  su  kranları,  dəsmal 
asılqanları,  telefon  və  işıqlı  olan  geniş  tualetlər  var  idi.  Statlerin  mehmanxana 
biznesi üçün geniş imkanlar açılırdı. 
1912-ci ildə o, «Cliveland Statler» otelini tikdirir. Bu mehmanxana iri biznes 
qrupları üçün nəzərdə tutulmuşdu. Hər qonağa pulsuz qəzet çatdırılması oteldə bir 
yenilik  idi.  Burada  hər  bir  şey  nəzərə  alınmışdı.  Belə  ki,  mətbəx  işinin  təşkili, 
işçilərin  bir-birinə  mane  olmadan  hərəkət  etmələri,  yeməklərin  keyfiyyətlə  və 
vaxtında  hazırlanması,  mətbəxin  bilavasitə  yaxında  olması  və  s.  Oteldə  nömrələr 
zəngin bəzədilmiş, divarların rəngləri zövqlə seçilmişdi. 
Statler  otellərdə  bir  çox  yeniliklər  tətbiq  etmişdi.  Bunlar  poçt  xidmətinin 
otellərdə  tətbiqi,  otaqlarda  yataq  yanında  işıqlandırıcı  cihazlar,  pulsuz  radio 
nöqtələri, dəsmalların və dəftərxana ləvazimatının olması idi. 
«EM»  -  Statler  məhz  belə  imza  atarmış.  O,  elə  bil  ki,  daimi  enerji  istehsal 
edən  bir  «mühərrik»  idi  və  işinin  təşkilində  hətta  xırda  detalları  belə  nəzərdən 
qaçırmazdı. 


 
31 
 
3.
  Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı 
Konrad    Hiltonun  müvəffəqiyyətini  adətən  iki  strategiya  üzrə  müəyyən 
edirlər: 
1)  Ən  yaxşı  menecerləri  işə  dəvət  edib  onlara  fəaliyyətində  tam  müstəqillik 
vermək; 
2)  Məharətli  danışıq  aparmaq  qabiliyyəti  Bank  işində  uğur  qazanan  Konrad   
Hilton  sonradan  mehmanxana  biznesi  ilə  məşğul  olur  və  böyük  nailiyyətlər 
qazanır. Hələ 1919-cu  ildə  bank  işi  ilə  məşğul  olduğu  vaxtlar Texas ştatının 
Sisko  şəhərində  «Mobley»  adlı  Konrad  Hilton  adlı  oteli  5000  dollara  alır  və  ora 
xeyli  sərmayə  qoyur.  Hilton  mehmanxana  otaqlarını  neft  axtaran  işçilərə  və 
inşaatçılara icarəyə verir. Mehmanxana nömrələrinə böyük ehtiyac olduğundan o, 
bir  otağı  eyni  zamanda  üç  və  ya  dörd  adama  yaşamağa  verərdi.  Bəzən  hətta  öz 
otağını  da  icarəyə  verər  və  özü  dəhlizdə  kresloda  yatardı.  Bank  biznesini  yaxşı 
bildiyindən  və  bu  sahədə  müəyyən  əlaqələri  olduğundan  Hilton  çox  asanlıqla 
kredit götürərək əldə edilmiş yeni obyektlərin haqqını ödəyirdi. Məhz bu səbəbdən 
onun  biznesi  sürətlə  inkişaf  edir  və  o,  tezliklə  yeddi  otelin  sahibi  olur.  Hiltonun 
strategiyasına  görə,  biznesi  sürətlə  inkişaf  etdirmək  üçün  çoxlu  borc  (kredit  pul) 
götürmək  lazımdır.  Bu  strategiya  1930-cu  ilə  kimi  (Böyük  depressiyanın 
başlanması  ilə  əlaqədar)  yaxşı  işləyirdi.  Hilton  aldığı  borcları  (kreditləri)  qaytara 
bilməyərək  iflasa  uğrayır.  Buna  baxmayaraq,  Hilton  yenidən  müvəffəqiyyət 
qazanmağa can atırdı. Xərcləri azaltmaq məqsədilə Hilton həyatını sığortalayaraq 
pul götürür, özü isə başqa bir oteldə işə düzəlir. Hiltonun biznesi və onun otelçilik 
işində müvəffəqiyyəti və uğursuzluqları bu sahədə əfsanəyə çevrilib. 
«Nyu-York  Tayms»  qəzeti  Hilton  haqqında  yazırdı  ki,  o,  maliyyə 
ə
məliyyatlarının  ustadı  və  məharətli  danışıqlar  aparan  işgüzar  adam  idi.  Hilton 
danışıqlarda diqqət edirdi ki, aldığı əmlaka görə artıq pul verməsin. O, «zamanı və 
vaxtı» gözəl və mükəmməl hiss edirdi. 


 
32 
Hilton  otelin  vestibülündə  kresloda  əyləşən,  dincələn  insanları  müşahidə 
edərək  ilk  dəfə  bu  vestibüllərdə  görüş  yeri,  bar,  qəzet  və  hədiyyələr  satılan  köşk 
təşkil edərək əlavə pul qazanmışdır. 
1994-cü  ildə  «Hilton»  şirkəti  özünün  75  illik  yaradıcılıq  biznesinin  brilyant 
yubileyini  keçirib  (Konrad  Hilton  1919-cu  ildə  «Mobley»  otelini  almaqla  bu 
biznesin əsasını qoymuşdur). 
 
4. Cоn Villаrd Mаrriоt, Еrnеst Hеndеrsоn Hovard və Dirinq Consonun 
mеhmаnхаnа təsərrüfаtının inkişаfındа gördükləri işlər 
Con Villard Marriott ABŞ-ın Yuta ştatında anadan olmuşdur. O, ailənin səkkiz 
uşağından  ikincisi  idi.  Adətən  böyük  ailələrdə  olduğu  kimi,  o,  gənc  yaşlarından 
müxtəlif  işlər  görərək  pul  qazanmağa  başlamışdır.  Belə  ki,  18  yaşına  kimi  iki  il 
ə
rzində o, mormonlar  missiyasında işləmiş, bundan sonra Weber Junior kollecinə 
daxil olmuş,  onu  bitirdikdən  sonra  Yuta  ştatının  universitetində təhsilini davam 
etdirmişdi. Təhsilinin haqqını ödəmək və ailəsinə kömək etmək məqsədilə Marriott 
müxtəlif  yerlərdə  işləmiş,  hətta  yun  paltarlar  satmaqla  məşğul  olmuş,  kitab 
mağazasında müdir və orta məktəbdə ingilis dili müəllimi olmuşdur. 
1927-ci  ildə  o,  həyat  yoldaşı  Elis  Marriottla  birlikdə  ölkənin  paytaxtı 
Vaşinqton şəhərində özü tikdiyi köşkdə «A & W Root Beer» pivəsi satırdı. Onun 
bu biznesi havaların soyuq düşməsi ilə əlaqədar zəifləyirdi. Marriott qərara gəlir ki, 
çeşidə  (assortimentə)  isti  yeməklər  əlavə  etsin.  O,  köşkün  adını  «Hot  Shoppe» 
(«Isti yeməklərin satışı») qoyur. Marriottun bu ideyası uğur qazanır və 30 yaşında 
artıq o, milyonçu olur. 
Səhhətindəki problemlərə baxmayaraq, Marriott çox enerjili bir insan idi. O, 
hər cəhdlə öz biznesini genişləndirirdi. Məhz Marriott ilk dəfə olaraq sərnişinləri 
uçuş  zamanı  yeməklə  təmin  etmək  təklifini  verir.  Bu  ideyanı  o,  1937-ci  ildə 
«Hoover Airfield» kompaniyası (şirkəti) ilə birgə həyata keçirmişdir. Bundan iki il 
sonra  o,  qida  məhsulları  bazarına  çıxaraq  dövlət  idarələrinə,  məktəb 
yeməkxanalarına  və  xəstəxanalara  öz  xidmətlərini  təklif  etmişdir.  1957-ci  ildə 
Marriott ilk mehmanxanasını açır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə