Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

 
56
Turist mehmanxanaları əsasən turist marшrutlarında tikilir və  marшrutların 
turistlərini  qəbul  edir.  Putyovka  və  ya  vaucer  turistin  marшrutunu,  müddətini, 
qiymətini  göstərir.  Turist  mehmanxanasında  ekskursiya  və  ya  səyahət  bürosu 
fəaliyyət  göstərir.  Turist  mehmanxanaları  beynəlxalq  turizmin  və  marшrutların 
təшkilində mühüm əhəmiyyət kəsb edir. 
Turist  bazası  turistlərin  qəbulu,  yerləшdirmə  bölməsi,  restroranı, 
yeməkxanası, fəal istirahət üçün xidmətlər шöbəsindən ibarət turist kompleksidir. 
Adətən turbazalar fəal hərəkət edən  turistləri qəbul edir (daь, piyada, xizək və s.). 
Turbazalar əsasən meшələrdə və təbiətin mənzərəli yerlərində yerləшir. 
3. Müхtəlif istiqаmətli mеhmаnхаnа müəssisələrinin fəаliyyət 
prinsipləri 
Aeroport-mehmanxana  rentabelli,  gəlirlə  iшləmək  üçün  əlveriшli  yerdə 
tikilir.  200-dən  600-ə  qədər  nömrəsi  olan  bu  mehmanxanalar  rentabelli  sayılır. 
Mehmanxana sutkada 24 saat iшləyir. Sərniшinlərə tam servis xidmət göstərilir. 
Azart(qumar)  oyunları  yerləшən  mehmanxanalar  kazino  otellər  qrupuna 
daxildir.  Bu  otelərdə  birinci  yeri  kazino,  sonra  yüksək  səviyyəli,  keyfiyyətli 
xidmətlər tutur. Artıq məlumdur ki, bu kazino-otellərdə göstərilən xidmətlər yaxшı 
gəlir  gətirir.  Imkanlı  və  varlı  qonaqlar  öz  vaxtlarını  yaxшı  keçirməyə,  qumar 
oynamaьa,  əylənməyə  belə  otellərə  gəlirlər.  Müxəlif  tamaшalar,  шoular  onların 
xidmtindədir. Otel öz müшtərilərinə çarter reysləri təklif edir. Kazino ildə 365 gün 
fəaliyyətdədir.  Oteldə  kazino  sutkada  24  saat  iшləyir.  Buradan  görünür  ki,  otel 
intensiv fəaliyyət göstərir və tam istismar olunur. Bir qayda olaraq, otel-kazinolar 
iri  mehmanxanalarda  yerləшir  .Bu  mehmanxanalarda    nömrələrin  sayı  2000-dən 
6000-dək ola bilər. Azart(qumar) oyunlarının, əyləncə senayesinin bir hissəsi kimi 
kazinoların  kökü  Las-Veqas  (ABШ)  шəhərindən  baшlayır.  Təsadüfi  deyildir  ki, 
dünyanın  ən  iri  mehmanxanaları  siyahısında  Las-Veqasda  yerləшən  14  otel 
mühüm yerləri tutur. 
Yataq  və  səhər  yeməyi  (шəxsi  mehmanxana  müəssəsi).  B&B  (Bed  and 
Breakfast),  “Travel  assist  magazine”    jurnalının  məlumatına  görə,  Avropada 
yaranmasına  baxmayaraq,  bu  cür  mehmanxana  müəssisələri  ABШ-da  geniш 


 
57
yayılıb.  Mehmanxana  sahibi  gecələməyə  yer  verir,  səhər  yeməyi  ilə  təmin  edir, 
qonaьın  arzusu  ilə  ətrafdakı  maraqlı  yerləri  göstərir.  Bu  tip  mehmanxanalar  (10-
150  nömrə)  orta  və  kiçik  tutuma  malikdir,  kənd,  qəsəbə  və  ya  шəhər  kənarında 
yerləшir.  Bu  mehmanxanaların  müstəriləri  ev  шəraitini,  rahatlıьı  xoшlayan 
kommersantlar, marшrut turistləridir. Hazırda B&B müxtəlif variantlı və qiymətli 
mehmanxanaları mövcuddur (30$-300$-a qədər). 
Motel-qısamüddətli  istirahətə  dayanan  avtoturistlərə  xidmət  göstərən 
mehmanxana  müəssisəsidir.  Adətən  elə  mehmanxanalar  magistral,  yol  ayrıcında, 
iri  шəhərlərin  arasında  yerlшir.  Bu  mehmanxanalar  məhdud  rahatlıьa  malikdir, 
nömrələrin  sayı  150-400-dək  ola  bilər.  1950-1960-cı  illərdə  motellər  ABШ-ın 
avtomagistrallarının mühüm atributu idi. 
Ilk motel ABШ-da memar Artur Haynsman tərəfindən 1925-ci ildə San-Luis 
Obispo  (Kaliforniya  Шtatı)  шəhərində  tikilmiшdir.  Bu  kiçik  шəhər  Los-
Ancelesdən 200 mil aralıda yerləшir. 1952-ci ildə “Holiday Inn” шirkətinin əsasını 
qoyan  Kemons  Uilsonun  motellərin  tikilməsində  və  inkiшafında  rolu  böyükdür. 
50-ci illərdə motellər digər mehmaxana müəssisələri ilə rəqabətdə üstünlük təшkil 
edirdi ki, bu da mehmanxana sahibkarlarının narahatlıьına səbəb olurdu. Hətta bəzi 
mehmanxanalar rəqabətə tab gətirməyib öz fəaliyyətini dayandırmıш və ya tamam 
iflas  olmuшlar.  Motel sahibləri  Amerika Motel  və  Mehmanxana   Ittifaqına  qəbul 
edildikdən sonra bu gərginlik aradan götürüldü. 
Rotel-bir  və  iki  yerli  vaqondan  ibarətdir.  Bu  səyyar  mehmanxananın 
tərkbinə    yataq-kreslo,  geyinib-soyunma  yeri,  tualet,  mətbəx,  soyuducu,  televizor 
və s.daxildir. 
Botel-suda  yərləшən  (dənizdə,  çayda),  turist  üçün  lazım  olan  avadanlıqla 
təmin olunan kiçik mehmanxanadır. 
Flotel-“suda  kurort”  adlanan  üzən  mehmanxanadır.  Komfort  nömrələrdən 
baшqa, turistlərə müxtəlif çeшiddə, yüksək keyfiyyətli xidmət göstərilir. Turistləri 
sərəncamına balıq tutmaq, sualtı ovçuluq üçün avadanlq verilir. Burada üzgüçülük 
hovuzu, kofrans zalı, informasiya mərkəzi (telefon, faks, komputer və s.), trenajor, 
idman zalı var. Afina olimpiadasında flotellərdən istifadə olunub. Xüsusi kruizlərin 


 
58
(dəniz  gəzintiləri),  biznes  və  konqres  turlarının  təшkilində  flotellərdən  istifadə 
edilir. Flotellər adətən icarəyə götürülmüш komfort iri gəmilərdir. 
Flaytel-Aeromehmanxana  və  ya  uçan  mehmanxanadır.  Çox  bahalı  və 
azsaylıdır.  Bunun    üçün  meteorologiya    xidməti  nəzarət  etməli  və  təyyarənin 
oturması üçün müəyyən sahə olmalıdır. 
Bunqalo-yaшayıш  otaьı,  mətbəxi,  sanitar  qovsaьı  olan  yüngül  yaшayıш 
tikilisidir; шəhərdən kənarda yerləшir. Burada turist özünə xidmət göstərir. 
Kempinq  ayrı-ayrı  kotteclərdən  və  ya  çadırlardan  ibarət  turistləri 
yerləшdirmə  müəssəsidir.  Onun  öz  mətbəxi,  özünə  xidmət  yeməkxanası,  oyun 
meydanı, avtomobil dayanacaьı, ticarət köшkü, sanitar qovшaqları var. 
Konqres-otellər  -  yeni  yaranmıш  mehmanxana  tipidir.  Konqres  otellərin 
2000  və  daha  çox  nömrəsi  olur.  Bu  otellərin  müшtəriləri  iri  konqreslərin, 
konfransların və digər tədbirlərin iшtirakçılarıdır. Son 20 ildə konqres-oteldə tələb 
2  dəfə  artmıшdır.  Konqres-otellərdə  iшgüzar  adamlara  göstərilən  xidmətlər  ön 
plandadır.  Bunlar  telekonfranslar,  katiblər,  müxtəlif  dildə    danıшan  tərcüməçilər, 
faks, komputer və s.ibarətdir. “Opryland Hotel” (Nasvil, Tennesi шtatı), “Ne Hyatt 
Regency” (Çikaqo, ABШ) konqres otellərdir. 
Qaydaya  görə,  konfrans  keçirmək  üçün  konqres-otellərə  sifariшləri  iki  il 
ə
vvəlcədən  vermək  lazımdır.  Bu,  konqres-otellərə  tələbatla,  sifariшlərin  çox 
olması, qonaqlarin sayının çoxluьu və konfransa ciddi hazırlıqla əlaqədar olur. 
Mehmanxana müəssisələrinin tiplərinin qısa səciyyəsi bir daha sübut edir ki, 
sosial-iqtisadi  inkiшaf  səviyyəsi  yüksəldikcə,  elmi  nailiyyətlərin  coьrafiyası 
geniшləndikcə  mehmanxana  sənayesi  də  inkiшaf  edir.  Bu  isə  yeni  mehmanxana 
tiplərinin yaranmasına səbəb olur. 
Göstərilən mehmanxanaların tiplərə ayrılması шərti xarakter daшıyır. Lakin 
mehmanxanaları  idarə  etmək,  onun  xususiyyətlərini  baшa  düшmək  üçün  tiplərə 
ayırmaq vacibdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə