Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

 
39 
S.Yeqanlı  turistlərə  göstərilən  xidmətin  keyfiyyətini  və  səmərəsini  artırmaq 
məqsədilə 
«Moskva» 
mehmanxanasında 
turistlərin 
qəbul 
bölməsiylə 
tərcüməçilərin bölməsini birləşdirərək turistlərin qəbul və xidmət şöbəsini yaradır. 
1983-cü  ildə  S.Yeqanlının  yaratdığı bu şöbə  SSRI-də  «Inturist»  sistemi  üzrə 
turistlərə  göstərdiyi  yüksək  keyfiyyətli  xidmətə  və  valyuta  planını  artıqlaması  ilə 
yerinə  yetirdiyinə  görə  birinci  yerə  layiq  görülmüş  və  şöbənin  bütün  işçiləri 
mükafatlandırılmışdı.  S.Yeqanlının  rəhbərlik  etdiyi  «Moskva»  mehmanxanası 
sabiq SSRI-də «Inturist» sistemi üzrə dəfələrlə 2 və 3-cü yerləri tutmuşdur. 
S.Yeqanlı  1983-cü  ildə  Moskva  Ümumittifaq  Hüquq  Institutunu  bitirir  və 
həmin  ildə  o,  «Inturist»  Səhmdar  Cəmiyyətinin  Azərbaycan  şöbəsinin  rəisi  və 
Azərbaycan  SSR  Nazirlər  Soveti  yanında  Xarici  Turizm  Idarəsinin  rəis  müavini 
vəzifələrinə təyin olunur. 
Daha  sonra  S.Yeqanlı Azərbaycan  SSR-in  Xarici  Turizm  üzrə  Baş  Idarənin 
rəisi  və  SSRI  Xarici Turizm  üzrə  Dövlət  Komitəsinin Azərbaycan  Birliyinin  Baş 
direktoru  təyin  olunur.  Hal-hazrda  Siyavuş  Yeqanlı  Bakı  Biznes  Mərkəzinin  Baş 
direktorudur.  S.Yeqanlı  istər  adi  tərcüməçi,  istərsə  də  yüksək  dövlət  məmuru 
vəzifəsində çalışsın, o, həmişə mehmanxana və turizm sahəsində yüksək səviyyəli 
mütəxəssis olduğunu sübut etmişdir. 
Moskva  hökuməti  yanında  Turizm,  Mehmanxana  və  Restoran  Biznesi 
Akademiyasının  rektoru  professor  I.A.Ryabova  29  noyabr  2002-ci  il  tarixdə 
keçirilən  bu  Akademiyanın  35  illik  yubileyinə  dəvət  olunan  S.Yeqanlıya 
göndərdiyi məktubda yazırdı: «Moskva Turizm, Mehmanxana və Restoran Biznesi 
Akademiyası  SSRI  Dövlət  Xarici  Turizm  Komitəsini  Mütəxəssislərin 
Təkmilləşdirmə  Institutunun  varisi  sayaraq  Sizi  institutun  35  illik  yubileyi 
münasibətilə  keçirilən  təntənəli  yığıncağa  dəvət  edir.  Sabiq  SSRI  dövlətinin  və 
Azərbaycanın  beynəlxalq  turizm  əlaqələri  sahəsinin  qocaman  işçisi  olaraq  Siz 
tərcüməçi  vəzifəsindən  Azərbaycanın  turizm  üzrə  dövlət  orqanının  rəhbəri 
vəzifəsinə  yüksələrək  ölkənin  turizm  sənayesinə  yüksək  xidmətlər  göstərmisiniz. 
Vaxtilə bizim akademiyada aldığınız biliklər də buna səbəb olmuşdur». 
 


 
40 
MÖVZU: 5. MEHMANXANA TƏSƏRRÜFАTINDА  
TƏSNIFAT SISTEMI 
PLАN 
1.  Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri 
        2. Kollektiv və fərdi yerləşdirmə vasitələri 
3. Mehmanxanaların təsnifatlaşdırılması meyarları 
4. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar)  
5. Müхtəlif ölkələrin tənifаt sistеmi 
 
1.
  Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri 
Mehmanxanaların    kateqoriyası,    təqdim    etdiyi    müxtəlif  səviyyəli  xidmət 
növləri müəssisənin işinin təşkilinə, iqtisadi göstəricilərinə böyük təsir göstərir. 
Mehmanxanaların təsnifatı problemi həmişə oldüğü kimi bü gün də türizm və 
otelçilik sahəsində çalışan mütəxəssislərin diqqət mərkəzindədir. 
Mehmanxanaların  təsnifatının  işlənib  hazırlanması  sistemi  türizm  sahəsinin 
mürəkkəb problemlərindən biridir. 
Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcüddür. Dünyada vahid 
təsnifat  sisteminə  keçməyə  müxtəlif  amillər,  o  cümlədən  mədəni-tarixi,  milli 
ə
nənələr, iqlim şəraitinin müxtəlifliyi və s. mane olür. 
Büna  baxmayaraq,  ümümi  təsnifat  əlamətləri  mövcüddür.  Müxtəlif  milli 
təsnifat  sistemlərinin  mühüm  fərqlərinə  baxmayaraq,  bü  oxşar  əlamətlər  seçilir. 
Bünlar  mehmanxananın  nömrə  fondünün  tütümü  (yerlərin  sayı),  mehmanxana 
müəssisəsinin fünksional təyinatı (büna məqsədli bazar deyilir), xidmət səviyyəsi, 
mülkiyyət forması, mehmanxananın yerləşdiyi yer və sairədir. 
Təbii  ki,  hər  hansı  bir  təsnifat  məlüm  həddə  nisbidir.  Bü  nisbilik  konkret 
olaraq özünü mehmanxananın bir neçə dərəcəyə aid edilə bilməsində və ya əksinə, 
heç bir dərəcəyə aid edilməməsində göstərə bilər. 
Mehmanxana sənayesini öyrənərkən təkcə  məhdüd milli təsnifat sistemlərini 
bilmək  kifayət  etmir  (Büra,  əsasən,  mehmanxana  bazasının  kəmiyyət 
xarakteristikası, göstərilən xidmətin səviyyəsi və keyfiyyəti aiddir). 


 
41 
Mehmanxanaların  müxtəlif  təsnifat  əlamətləri  həm  milli,  həm  də 
mehmanxana sənayesi üzrə beynəlxalq statistikada istifadə olünür. 
Ümümdünya  Türizm  Təşkilatının  tövsiyəsi  əsasında  türistləri  yerləşdirmə 
vasitələrinin  standart  təsnifatı  qəbül  olünmüşdür.  Büna  əsasən  yerləşdirmə 
vasitələri iki dərəcəyə bölünür - kollektiv və fərdi. 
 
2. Kollektiv və fərdi yerləşdirmə vasitələri 
Kollektiv və
 
fərdi yerləşdirmə vasitələri deyiləndə türistlərə müntəzəm və ya 
hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi başa düşülür. Bü halda mövcüd 
nömrələrin sayı 7 və ya 10-dan aşağı olmamalıdır (Italiyada 7, Rüsiyada minimüm 
10  nömrə  olmalıdır).  Bütün  nömrələr  mehmanxana  müəssisəsinin  rəhbəri 
idarəçiliyində olmalıdır və göstərilən xidmətin səviyyəsindən, mövcüd avadanlığın 
təchizatından  asılı  olaraq  nömrələr  dərəcələrə  bölünür.  Kollektiv  yerləşdirmə 
vasitələrinə  mehmanxanalar,  onlara  bənzər  analoji  yerləşdirmə  vasitələri, 
ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə vasitələri aid edilir.  
ÜTT-nin  tərifinə  görə,  xidmət  sahəsinə  və  mövcüd  avadanlıqla  təchiz 
olünmasına  əsasən  dərəcələrə  və  kateqoriyalara  bölünmüş  müəyyən  nömrələr 
sayından  ibarət,  vahid  rəhbərliyə  tabe  olan  servis  xidmətləri  (ən  azı  yataqların 
sahmanlanması,  otaqların  və  sanitar  qovşaqlarının  yığışdırılması)  göstərən 
kollektiv yerləşdirmə vasitəsi mehmanxana adlanır. 
Bənzər  (analoji)  yerləşdirmə  vasitələri  pansionlar,  mebelləşdirilmiş  otaqlar, 
türist  yataqxanaları  və  digər  yerlərdən  ibarət  olür  və  məhdüd  xidmətlər  göstərir 
(Yataqların  gündəlik  sahmanlanması,  otaqların  və  sanitar  qovşaqlarının 
yığışdırılması). 
Ixtisaslaşmış  yerləşdirmə  vasitələri  yerləşdirmə  xidməti  ilə  yanaşı, hər hansı 
bir ixtisaslaşmış fünksiya yerinə yetirir. Bü qəbildən olan yerləşdirmə vasitələrinə 
müalicə müəssisələri, əmək və istirahət düşərgələri, konqres mərkəzləri aid olüna 
bilər.  Digər  kollektiv-yerləşdirmə  vasitələri  məhdüd  mehmanxana  xidmətləri 
göstərir  (Gündəlik  olaraq  yataqların  sahmanlanması  və  otaqların  yığışdırılması 
istisna olmaqla). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə