Mövzu döVLƏTİN İQTİsadi SİyasəTİNİn strategiya və taktikasi


Dövlətin iqtisadi siyasətinin istiqamətləri



Yüklə 35,03 Kb.
səhifə4/5
tarix11.12.2023
ölçüsü35,03 Kb.
#144128
1   2   3   4   5
MÖVZU 8

8.4. Dövlətin iqtisadi siyasətinin istiqamətləri
İqtisadiyyatın dövlət tənzmlənməsinin metodları çoxcəhətlidir. Bununla belə bu mexanizmlərdən ən geniş yayılmışları aşağıdakı formada təsnifləşdirmək olar.
1.Dolayı metodlar - bunlar iqtiadi tənzimləmə metodları olub vəhdət halında tətbiqi başa düşülür.
2.Birbaşa (müstəqim) tənzimləmə metodları - bunlar inzibati –amirlik qaydada tənzimləmə metodlarıdır.
İqtisadi tənzimləmə metodları fəaliyyət sərbəstliyi verir, sərbəstlik imkanlarını genişləndirir. Bunlar dövlətin iqtiasdi siyasətinin əsasını ifadə edir. Bu metodlar silsiləsinə aiddir.

    1. Dövlətin maliyyə kredit siyasəti;

    2. Dövlətin büdcə vergi siyasəti;

    3. Dövlətin büdcə xərcləri və gəlirləri siyasəti;

    4. Dövlətin idxal-ixrac siyasəti( xarici iqtisadi əlaqələrin tənzimlənməsi);

    5. Dövlətin valyuta siyasəti;

    6. Kapital hərəkəti balansı.

İnzibati metodlar fəaliyyət sərbəstliyinin dairəsini kiçildir. Bunlar dövlətin iqtisadiyyata birbaşa təsirini səviyyələndirir.

      1. Antiinhisar tənzimləmə;

      2. Ətraf mühitin qorunması problemləri;

      3. Standartların hazırlanması və onlar üzərində nəzarət;

      4. Sosial tənzimləmə.

İqtiasdi tənzimləmənin mühüm istiqamətlərindən biri dövlətin yeritdiyi pul-redit siyasətidir. Dövlət pul-redit siyasətinə təsir etməklə faizin səviyyəsini, investisiya mühitini dəyişə bilər. Kredit verilməsində mühüm prinsiplərə əməl olunmadıqda o iqtisadi bühran və infliyasiya mənbəyinə çevrilir. Hazırda iqtisadiyyatın sağlamlaşdırılması və antiinfliyasya tədbirləri sistemində dövlətin səmərəli kredit siyasətinin rolu daha da artıb.
Fiskal siyasət dövlət xərcləri və vergi ilə bağlı olan tənzimləmə sistemidir. Bu siyasət xeyli dərəcədə hökumət xərclərinin, yəni dövlət idarə və orqanlarının ,institutlarının saxlanılması və s. dinamikasından asılıdır.
Dövlətin əmtəə və xidmətlərin alışını təşkil etməsi həm dövlətin zəruri tələbatını ödəyir, həm də bazarın tənzimlənməsinə xidmət edir. Bir sıra inkişaf etmiş ölkələrdə dövlət sifarışləri milli məhsulun 1/5 -ə qədərini təşkil edir.
Vergi müasir iqtisadiyyatda çox böyük rola malikdir. Vergi vasitəsilə gəlirlər dövlət büdcəsinə cəlb edilir. Bazar iqtisadiyyatı şəraitində verginin bir sıra xüsusiyyətləri var. Onlardan biri tənzimləmə funksiyasıdır.
Dövlət müəyyən dövrdə müvafiq vergiqoyma sistemini tətbiq etmək və ya onu təkmilləşdirmək, vergi dərəcəsini müəyyənləşdirmək, quruluş və formasını dəyişmək, vergi güzəştləri qoymaq, ləğv etmək və s. vasitələrdən istifadə edərək əsaslı vəsait qoyuluşunu stimullaşdırır və ya məhdudlaşdırır, həm də əhalinin həyat səviyyəsinin formalaşmasına təsir güstərir.
İstehsalçıların investisiya fəallığı ilə vergi dərəcəsi arasındakı aslılığı öyrənməyə yönəldilən Laffer nəzəriyyəsində vergilərin artıtılmasının həddinin olduğu göstərilir. Həmin həddin aşınması investisiya fəallığını, həm də büdcə gəlirlərini azalda bilər.
Antiinhisar qanunları müəssisənin sövdələşərək yüksək qiyməti qoymaqla əsassız inhisar mənfəəti (xərcləri aşağı salmadan, keyfiyyəti yüksəltmədən) əldə etməsinə qarşıdır. Müxtəlif inkişaf etmiş ölkələrdə bu qanunu pozanları çox ciddi cəzalandırırlar. İlk dəfə antiinhisar qanunu 1890-ci ildə ABŞ-da qəbul edilib. Şerman qanunu adlanan bu qanun gizli sövdələşmə yolu ilə bazarların bölgüsü və qiymətin qoyulması cinayət kimi qiymətləndirilir. 1914-cu ildə qəbul edilmiş Kleyton qanunu, 1950-ci ildə Seller-Kefover, 1956-ci ildə Robinson-Pitmen qanunu da bu qəbildəndir. Onu da qeyd etmək lazımdır ki, rəqabətin qorunması adı altında azad ticarətin qarşısının alınması da iqtisadiyyata güclü zərbə vura bilər.
Qiymət siyasəti də İDT-nin ümumi istiqamətlərindən biridir. Bura əsasən infliyasiyaya qarşı mübarizə, sosial gərginliyi zəiflətmək tədbirləri, dünya bazarında milli məhsulların rəqabət qabilliyyətini təmin etmək üçün istehsalın stimullaşdırılması və müasirləşdirilməsi, struktur siyasəti və d. daxildir.
Dövlət əvvəl qiymətin dəyişməsi dinamikasını müşahidə edir, sonra dolayı yolla qiymətqoyma prosesinə müdaxilə edir. Birbaşa müdaxilə isə dövlət bölməsində əmtəə və xismətlərə güzəştli qiymətlər tətbiq etmək və qiymət üzərində dövlət nəzarəti qoymaqla həyata keçirilir.
Dövlətin sosial siyasəti gəlirlərin formalaşmasının mexanizmi ilə dövlət tənzimləməsinin birgə fəaliyyəti əsasında həyata keçirilir. Dövlətin sosial siyasətinin başlıca məqsədi müxtəlif sosial qruplar arasında və eləcə də onların öz daxilində münasibətləri tənzimləmək və həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır. Dövlətin sosial siyasətinə daxildir: minimum əmək haqqının qanunvericiliklə təsbit olunması, sosial mühafizə, çoxuşaqlı, aztəminatlı ailələrə sosial təminat, məşğulluğun təmin edilməsi.
Sosial siyasətin reallaşdırılması vasitələrinin mühüm istiqaməti, strateji və sosial təyinatlı məhsul və xidmətlər üzərində qiymətin dövlət tənzimlənməsi ilə bağlıdır. Bunda başlıca məqsəd əhalinin böyük hissəsinin minimum yaşayış səviyyəsini təmin etməkdir. Dövlət əhalinin minimum yaşayış səviyyəsi ilə bağlı istehlak səbətinə daxil olan məhsullara qiyməti tənzimləməklə əhalinin böyük bir qrupunun (az təminatlı ailələrin, qocaların, işsizlərin) müəyyən həyat səviyyəsini təmin etməklə cəmiyyətdə sosial sabitliyə nail olursa, digər tərəfdən həmin məhsullsra qiymətin tənzimlənməsi müvafiq surətdə büdcə hesabına dövlət tərəfindən maliyyələşdirilən və cəmiyyətin aztəminatlı üzvlərinə verilən pensiya, işsizliyə görə yardım və s. artırılmasının qarşısını alır.
Xarici iqtisadi əlaqələrin tənzimlənməsi dünya təsərrüfat əlaqələri sistemində ölkənin milli mənafeyinin qorunmasına xidmət edir. Bu istiqamət hazırda respublikamız üçün xüsusi aktuallıq daşıyır. Buna görə də dövlət əmtəə və xidmətlərin idxal-ixrac, xarici ticarət, gömrük sisteminin formalaşmasında bilavasitə iştirak etməlidir. Dövlət əmtəə və xidmətlərin fəal surətdə ixracını stimullaşdırmaqla bir tərəfdən ölkə daxilində istehsalın artımına, digər tərəfdən məhsulların keyfiyyətinin, onun elmi-texniki səviyyəsinin dünya standartlarına uyğunlaşmasına şərait yaradır. Əks təqdirdə istehsal olunan məhsullar beynəlxalq miqyasda rəqabətə davam gətirə bilməz.
Dövlətin valyuta məzənnəsinin tənzimlənməsi ixracın stimullaşdırılmasında çox əhəmiyyətlidir. Bu tənimlənmədə əsas göstərici inzibati və iqtisadi vasitələrdən birgə istifadə edilməsidir. Uzun müddət inzibati metodlara üstünlük verilməsi böyük mənfi nəticər verə bilər.
Bazar münasibətləri şəraitində dövlətin tənzimləmə funksiyalarından biri də ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Burada əsas vasitə dövlətin qəbul etdiyi qanunlar və normativ aktlardır. Hələ 1906-ci ildə ABŞ da təmiz ərzaq məhsulları və dərman istehsalı haqqında qanun qəbul edilmiş və sonrakı illərdə isə ona müvafiq düzəlişlər olmuşdur. Dövlət bu qanunla ekoloji cəhətdən saf olmayan saxta və yaxud markalarla dərman və ərzaq məhsullarının satışı qadağan etmişdir.
8.5. Azərbaycan dövlətinin iqtisadi siyasəti və perspektivləri
Bu gün milli iqtisadi xüsusiyyətləri ənənəvi və yalnız kəmiyyət vahidlərilə ölçülməsi düzgün deyil. Onlar özündə həyat səviyyəsini, iqtisadi artımı, struktur irəliləyişlərini, rəqabət qabiliyyətliyi, bu və ya digər ölkədə həyatın keyfiyyətini əks etdirən bütöv sosial-iqtisadi və elmi-texniki indikator və amillərin məcmuunu daxil etməlidir.
Milli iqtisadi müvəffəqiyyətin amillərinə baxılan zaman 3 ən mühüm cəhət qeyd olunmalıdır.
1. Millətin müvəffəqiyyətinin sosial-mədəni zəmini;
2. Onun siyasi-təsərrüfat mühitinin vəziyyəti və dəyişməsi;
3. Yenidənqurma strategiyası və dəyişməsi.
Son zamanların hadisələri bir daha göstərdi ki, iş heç də bazar münasibətlərinə keçməkdə və hökümətin hər hansı proqramında deyil. Bizim üçün transformasiya prosesinin obyektiv məntiqini başa düşmək və yalnız bunun əsasında dəyişikliklərin baş vermə mühitində Azərbaycanın milli və beynəlxalq maraqlarını, yeni ideaların dərk edilmə qabiliyyətinin şəraitini, davranış kodekslərini, cəmiyyətin texnoloji ukladını, zəruri qurumları və dirçəlişin hərəkətverici qüvvələrini, millətin iqtisadi mədəniyyətinin ahəngini nəzərə alan uzunmüddətli inkişaf startegiyasını işləyib hazırlamaq zəruridir.
Azərbaycanın əsas milli marağı ölkənin rəqabət üstünlüyündən bacarıqla istifadə edən və onu daim artıran iqtisadi və texnoloji cəhətdən inkişaf etmiş dövlətə çevirmək, bunun əsasında xalqın həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Bu reallığın dərkindən onun əməli olaraq həyata keçirilməsinə uzun yol keçir və biz xarici təcrübələri nə qədər tam nəzərə almağa cəhd etsək də burada hazır reseptlər və müvəffəqiyyət düsturları yoxdur.

Yüklə 35,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə