Mövzu döVLƏTİN İQTİsadi SİyasəTİNİn strategiya və taktikasi


İqtisadi siyasətin məqsəd və vəzifələri



Yüklə 35,03 Kb.
səhifə3/5
tarix11.12.2023
ölçüsü35,03 Kb.
#144128
1   2   3   4   5
MÖVZU 8

8.3. İqtisadi siyasətin məqsəd və vəzifələri
Bazar münasibətləri sisteminin formalaşması və keçdiyi inkişaf yolu, dövlətin iqtisadi siyasəti, onun qayda-qanunları ilə həmişə bağlı olmuşdur. Bu mənada dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsi və asılılığı, habelə təsiri tarixən aşağıdakı 3 mərhələni keçmişdir:
Birinci mərhələ, dövlətin iqtisadi məsələlərə və ölkənin təsərrüfat həyatına qarışmamaq dövrünü əhatə edir. Son 200-300 ili əhatə edən bu mərhələ XIX əsrin sonu və XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mərhələnin təsərrüfat həyatının əsas iqtisadi prinsipləri iqtisadi sərbəstlik və qiymət hər şeyi həll edir ideyası olmuşdu.
İkinci mərhələ, keynsçilik dövrü kimi səciyyələnərək, XX əsrin 30-cu illərindən 70-ci illərə qədər olan bir müddəti əhatə edir. Bu dövrdə iqtisadiyyat öz-özünü tənzimləmək yolunda aşkar çətinliklərlə qarşılaşdığından, onun tənzimlənməsi zəruri olur. Xüsusilə, 1929-1933-cü illərdə bütün dünya iqtisadiyyatını sarsıtmış dəhşətli böhrandan sonra iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi prosesi xeyli sürətləndi.
Üçüncü mərhələ, son 40 ili əhatə edərək göstərdi ki, bu variant da, müasir iqtisadiyyatın mürəkkəb problemlərini tam həll edə bilmir. Çünki, dövlətin iqtisadiyyata getdikcə güclənən təsir və müdaxiləsi, mənfi nəticələr doğurur. Bu mərhələdə Amerika iqtisadçısı M.Fridmenin belə bir nəzəriyyəsi diqqəti cəlb edir ki, dövlət yalnız ölkənin tədavül dairəsində olan pul kütləsini nizamlamalı, qalan məsələlərdə isə istehsalçıların işinə qarışmamalı və ölkənin təsərrüfat həyatına müdaxilə etməməlidir.
Hər hansı bir ölkədə idarəetmə məcbur etmək, maraqlandırmaq və inandırmaq kimi prinsiplərə və bunlardan irəli gələn müxtəlif üsullara əsaslanır. Cəmiyyətin idarə olunması sisteminin tərkib hissəsi sayılan iqtisadiyyatın idarə edilməsi, hüquqi qanunlar, normativ aktlar əsasında tənzimlənərək, müxtəlif dövlət aparatı idarələri (strukturu) tərəfindən həyata keçirilir. Dövlət tənzimlənməsi - iqtisadi və sosial sahələri əhatə edərək, dövlət siyasəti səviyyəsində reallaşdırılır.
Dövlət tənzimlənməsinin iqtisadi funksiya (vəzifə) və metodlarını ay­dın­laş­dı­rıb izah etmək üçün bu tənzimlənmənin subyektlərini, habelə obyektlərini müəy­yən­ləşdirmək lazımdır.
Dövlət tənzimlənməsinin subyektləri - mülkiyyət və gəlirlərinə görə fərqlənən həm dövlət, həm də bazar sisteminə daxil olan müxtəlif sosial qrupları (fərdi əmək fəaliyyəti ilə məşğul olanları, sahibkarları, işgüzar biznes adamlarını, birlikləri, şirkətləri) əhatə edir. Dövlət tənzimlənməsinin obyektlərinə - ölkənin xarici iqtisadi əlaqələri, ətraf mühitin və ekologiyanın qorunması, məşğulluq və inflyasiya, maliyyə-kredit və pul sisteminin sabitliyi, əhalinin iqtisadi-sosial problemləri daxildir.
Dövlətin iqtisadi tənzimləmə funksiyaları dedikdə, aşağıdakılar nəzərdə tutulur:
- cəmiyyətin «ümumi nemətlər» adlı tələblərinin (müdafiə, təhlükəsizlik, ictimai asayiş qaydalarının qorunması, dövlət idarəçiliyi, yollar çəkilməsi, elektrik, su, kanalizasiya təchizatı, nəqliyyat, rabitə) ödənilməsi;
- ölkənin işgüzar təsərrüfat həyatının normal fəaliyyəti üçün tədavül dairəsinin kifayət qədər pul kütləsi ilə təmin olunması;
- bazar iqtisadiyyatının səmərəli fəaliyyəti üçün müvafiq hüquqi bazanın yaradılması;
- kiçik və orta sahibkarlığın müdafiə və himayə edilməsi;
- antiinhisar siyasəti həyata keçirməklə, ölkədə rəqabət mühitinin formalaşdırılması; ,
- fiskal siyasət yeridərək, vergilər və rüsumlar vasitəsilyə dövlət büdcəsinə vəsait cəlb olunması;
- ölkədə əsaslı (fundamental) elmlərin, elmi-tədqiqat işləri aparılmasının təşkili və maliyyələşdirilməsi;
- region və inzibati ərazilərin (bölgələrin, rayonların) iqtisadi-sosial problemlərinin həll edilməsi.

Yüklə 35,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə