Mövzu döVLƏTİN İQTİsadi SİyasəTİNİn strategiya və taktikasi


Dövlət müdaxiləsi üzrə mülahizələr



Yüklə 35,03 Kb.
səhifə2/5
tarix11.12.2023
ölçüsü35,03 Kb.
#144128
1   2   3   4   5
MÖVZU 8

8.2. Dövlət müdaxiləsi üzrə mülahizələr
Uzun müddət iqtisadiyyatın idarəolunması və tənzimlənməsi sahəsində A.Smitin nəzəriyyəsi əsas götürülmüşdür. Görünməyən əl təlimi kimi məhşurlaşmış olan bu nəzəriyyəyə görə, bazar iqtisadiyyatı öz-özünü avtomatik tənzimləyən bir sistemdir. Klassik istiqamət uzun müddət -1929-33 –cü illər böhranına qədər iqtisadi inkişafda hakim olmuşdur. “Sey qanunu”na əsaslanaraq göstərildi ki , bazar rəqabəti sistemi tələb və təklif tarazlığını avtomatik tənzimləyir və bu halda dərin iqtisadi böhran ola bilməz. C.B.Sey (1766-1832) Fransa Vulqar siyasi iqtisadının banilərindəndir. Əsas müddəası məhsulun dəyərinin onun faydalılığı ilə yəni onun istehlak dəyərində olmasını göstərməkdir.
Bunun üçün gətirilən arqument ondan ibarətdir ki, bazar şəraitində əmək haqqı , faiz stavkası daha çevik olub tələb və təklifin təsiri altında dəyişilərək, bazarın yeni vəziyyətə tez uyğunlaşırlar.
İqtisadiyyata dövlətin müdaxilə etməməsi klassik formada 20-ci əsrin 28-33-cü illərə qədər, ABŞ-da Böyük depressiya dövrünə qədər davam etmişdir. İqtisadiyyata dövlət müdaxiləsi 30-60-cı illərdə Keyns dövrü kimi adlandırılır.
Keynsin təlimi təcrübədən doğmuşdur.Yəni böhran dövrü və ondan çıxmaq tədbirlərini ancaq dövlət həyata keçirə bilərdi. Bu halda Keyns özü yazırdı: ”Mən misal gətirə bilərəm ki, klassik nəzəriyyə ümumi hal üçün qəbul edilə bilməz, çünki o baxdığı situasiya xüsusi hal üçün yararlıdır. Bu xüsusi vəziyyət cəmiyyətin iqtisadi mənafeləri ilə çox vaxt üst-üstə düşmür və ciddi əyintilərə gətirib çıxarır.”
Keyns tədqiqatnın əsas mahiyyəti iqtisadiyyata dövlətin ardıcıl müdaxiləsidir. Tədqiqatın əsas ilkin momenti iqtisadiyyata məcmu tələbin tənzimlənməsi sayılır.
Keynsin təlimini qıtlıq maliyyələşdirilməsi də adlandırılar. Belə ki, dövlət xərc­lə­ri­nin artırılması qiymətli kağızlarla qapanır və bu sonda iqtisadiyyata pozitiv təsir gös­tərərək ümumi tələbat və məşğulluğun artmasına səbəb olur.
Klassik istiqamətinin əsas çatışmazlığını qeyd edərək Keyns göstərirdi ki, onlar iş­siz­liyin hansı yolla azaldılmasını şərh edə bilmirlər. Keyns makroiqtisadi
tən­­­­zimləmənin mahiyyətini qiymət və əmək haqqına nisbətən çevik olan gəlirlərin də­yişilməsi şəraitində xərclərin idarə edilməsinin dövlət tənzimində görürdü. Qiymət və əmək haqqının qeyri-çevikliyini Keyns belə izah edir. Həmkarların müqavilələrdə həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar əmək haqqı stavkasının dəyişilməsi razılaşdırılır. Bu prosesə dövlət müdaxilə edərək yaşayış minimumunu müəyyən edir, gəlirlərin indeksləşməsini aparır. Bəzi qiymət növlərinin dövlət tə­rə­fin­dən tənzimlənməsi də onların çevikliyini azaldır. Müəssisələr də bir-birinə uzun müddətli müqavilələrlə bağlıdırlar və bazar situasiyasının dəyişilməsi ilə qiymət sə­viyyəsinin çevikliyi üst-üstə düşmür. Bəzi firmalar dövlət güzəştlərinə malik ol­duq­ları üçün bazar situasiyasının dəyişilməsi onlarda da qiymətin çevikliyini gecikdirirlər.
Məcmu tələb və təklifin Keyns konsepsiyasını belə göstərmək olar.
Klassik istiqamətdən fərqli olaraq Keyns göstərdi ki, dövlət məcmu tələbə təsir edərək iqtisadiyyatı tənzim edə bilər. Keyns modelində məcmu təklif X oxuna paralel götürülür ki, bu da qiymət və əmək haqqının qisa müddətə çevikliyini və işsizliyin mövcud olduğunu göstərir. SS xətti D nöqtəsində KK1 xəttiini kəsir ki, ÜMM həcmi OA bərabərdir. Əgər tələb S1S1 qədər artsa bu qiymətin yüksəlməsinə yox ÜMM-un AA1 qədər artmasına səbəb olacaq.
Keynsçilər bazarın tənzimlənməsinə məcmu tələb vasitəsilə təsir etmək müm­kün olduğunu söyləyərək bazarda böhran vəziyyətinin yaranmasının səbəbini ef­fekt­li tələbin çatışmamazlığında görürdülər. Belə ki, SS xətti KK1 –i OY oxuna yaxın vəziyyətdə kəsirsə, bu zaman işsizliyin müəyyən müddət saxlanacağı gözlənilir.
Buna görə də Keynsçilər iqtisadiyyatın dövlət tərəfindən tənzim olunmasını qəbul eedirdilər. Onlar dövlət xərclərinin artırılması nəticəsində tələbin S1S1 xəttindən keçdiyini və ÜMM-un AA1 qədər artdığını göstərirdilər. ÜMM –un artımı isə məşğulluğu qismən təmin etməlidir.
Monetarizm neoliberalizmin ABŞ qolu kimi formalaşmışdır. Bu məktəbin banisi Çikaqo məktəbinin yaradıcısı M.Fridmendir. O öz nəzəriyyəsi ilə kəmiyyət nəzəriyyəsinin Kembric variantını inkişaf etdirmişdir. Onlar pulu yalnız iqtisadi amil kimi deyil, təsərrüfat sisteminin baş mərkəzi elementi kimi qiy­mət­lən­di­rir­di­lər. Bu element iqtisadi konyukturanın vəziyyətini və bütün təkrar istehsal pro­se­si­nin gedişini müəyyən edir. Monetaristlər dövlətin vəzifəsini real sahəyə qarşılıqlı mü­nasibətdə, pul sferasını neytrallaşdırmaqda, bazar mexanizminin əlverişli şə­rai­ti­ni təmin etməkdə, əmtəə bazarını zəruri miqdarda pulla təchiz etməkdə gö­rür­dü­lər. Onların fikrincə bazar sisteminə dövlət müdaxiləsi qısa müddətə müsbət nəticə verə bilər və ona görə də dövlət bazar münasibətlərinə mümkün qədər az və eh­ti­yat­la müdaxilə elməlidir.
Bu istiqamətlərdən hansının düzgün olmasını qəti söyləmək olmaz. Çünki hər ikisinin müsbət və mənfi cəhətləri var. Məsələn bazarın öz-özünü atomatik tənzimləmə mexanizminin olub olmaması hələ də mübahisəlidir.

Yüklə 35,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə