Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri


 Valyuta və valyuta məzənnələri, bazarlar



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   11   12   13   14   15   16   17   18   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

6.3. Valyuta və valyuta məzənnələri, bazarlar  

dünya valyuta sisteminin əsas elementləri kimi 

 

 



İstənilən valyuta sisteminin baza elementi 

valyuta

 hesab edilir. Valyuta deyəndə  yeni növ 

pul deyil, onların funksiya göstərməsinin xüsusi üsulu başa düşülür ki, bu  zaman da milli pullar 

beynəlxalq  ticarət,  kredit,  ödəmə-hesablaşma  əməliyyatlarını  əhatə  edir.  Statusuna  görə 

valyutaları aşağıdakı növlər üzrə təsnifləşdirirlər: 

 



milli  (ölkənin  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  pul  vahidi,  buraxıldığı  ölkənin 

ərazisində qanuni ödəmə vasitəsi); 

 

xarici (digər ölkələrin valyutalarında ifadə olunmuş əskinaslar, monetlər və tələblər, digər 



ölkələrin ərazilərində qanuni ödəmə vasitələri); 

 



beynəlxalq şərti (XİH); 

 



regional (avro); 

 



avrovalyuta (üçüncü  ölkələrin  hesablaşmalarında  iştirak edən və emitent-ölkənin  maliyyə 

orqanları tərəfindən nəzarət edilməyən valyutalar). 

Özünün  maddi-əşyavi  formasına  görə  bütün  valyutalar  nağd  və  nağdsız  valyutalara 

bölünürlər.  Nağd  valyutalar  beynəlxalq  hesablaşmalar  zamanı  real  olaraq  bir  ölkədən  digərinə 

aparılmalıdır,  qorunmalıdır,  saxlanmalıdır,  yəni  onun  faktiki  hərəkəti  baş  verməlidir.  Nağdsız 

valyutalar  isə beynəlxalq hesablaşmalar  zamanı  yalnız nominal olaraq  hərəkət  edirlər,  onları  bir 

bank hesabından digər ölkədəki bank hesabına köçürürlər. 

Dünya  valyuta  sistemində  bir  sıra  valyutalar  rəsmi  olaraq  BVF  tərəfindən  verilən  ehtiyat 

valyuta statusuna malikdirlər. 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə