Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   9   10   11   12   13   14   15   16   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

qızıl-valyuta  standartı

  deyilir.  Bu  standart  yalnız  beynəlxalq  valyuta  sisteminə  aid  idi, 

daxili pul sistemi qızılla ölçülmıyın kredit pulları bazasında fəaliyyət göstərirdi. 

Bretton-Vuds sisteminin əsas prinsipləri aşağıdakılar idi: 

1)

 

ehtiyat  valyutaların  (ABŞ  dolları,  ingilis  funt-sterlinqi)  istifadə  edilməsi  şərti  ilə  qızılın 



dünya pulu funksiyasını yerinə yetirməsinin saxlanması; 

2)

 



ehtiyat  valyutaların  qızıla  rəsmi  kurs  üzrə  (35  ABŞ  dollarına  görə  1  troya  unsiyası,  yəni 

31,1 q. qızıl  və ya 1 dollara görə 0,88571 q. qızıl) məcburi dəyişdirilməsi; 

3)

 

hər bir milli pul vahidinin valyuta pariteti qızıl və dollarda müəyyən edilirdi




4)

 

valyuta məzənnələrinin valyuta paritetindən ±1% həddində fərqlənməsinə icazə verilirdi



5)

 

valyuta  münasibətlərinə  nəzarət  və  tənzimləmə  beynəlxalq  valyuta-kredit  təşkilatlarına  – 



Beynəlxalq Valyuta Fonduan və Dünya Bankına tapşırılmışdı; 

6)

 



tədiyə balanslarının pozulması zamanı onların qızılla tənzimlənməsinə icazə verilirdi. 

Bretton-Vuds  valyuta  sisteminin  prinsiplərinin  formalaşdığı  müharibədən  sonrakı  dövrdə 

Böyük  Britaniya  kifayət  qədər  qızıl  ehtiyatlarına  malik  deyildi  və  buna  görə  də  funt-sterlinqin 

qızıla dəyişdirilməsinin təmin edə bilmirdi. Bu isə praktiki olaraq funt-sterlinqin deviz valyutası 

funksiyasından imtina edilməsinə gətirib çıxarmışdı. 

Beləliklə, Bretton-Vuds valyuta sistemi dolları üstün mövqeyə çıxardı və ABŞ-a siyasi və 

iqtisadi  üstünlük  verdi.  Dollar  xarici  ticarət  hesablaşmalarını  inhisarlaşdırdı.  ABŞ-dan  başqa 

istənilən ölkə tədiyə balansının kəsiri zamanı özünün qızıl-valyuta ehtiyatlarından istifadə etməli, 

daxili  istehlakı  azaltmalı,  ixracı  artırmalı  idi.  Yalnız  ABŞ  xarici  kəsiri  öz  valyutası  ilə  ödəmək 

imkanına malik olduğundan bu barədə qayğılanmaya bilərdi. 

İkinci  dünya  müharibəsi  zamanı  dağıntılara  məruz  qalmış  Qərbi  Avropa  ölkələrinin  milli 

iqtisadiyyatlarının  bərpası  tədricən  dünya  iqtisadiyyatında  qüvvələr  düzülüşünü  dəyişdi.  Avropa 

İqtisadi İttifaqının və Yaponiyanın iqtisadi mövqelərinin güclənməsi ilə dünya bazarlarında ABŞ-

ın rəqabət qabiliyyətliliyi aşağı düşməyə başladı. Bununla yanaşı, daha çox ölkə müstəqil olaraq 

dünya  bazarlarına  çıxmağa  baçladılar.  1971-ci  ildə  1933-cü  ildən  sonra  ilk  dəfə  ABŞ-ın  ticarət 

balansında, həmçinin tədiyə balansının bütün maddələrində kəsir yarandı. Dolların böhranı ABŞ 

hökumətini  1971-ci  ilin  avqustunda  idxala  10%  həcmində  gömrük  rüsumu  tətbiq  etməyə  və 

dolların  qızıla  dəyişdirilməsini  dayandırmağa  məcbur  etdi  ki,  bu  da  BVF-nin  sazişlərinin 

pozulması  demək  idi.  1960-cı  illərin  ortalarında  fiksə  edilmiş  valyuta  məzənnələri  artıq  dünya 

təsərrüfatının tələblərinə cavab verməməyə başlamışdılar. 

Beləliklə, Bretton-Vuds valyuta sistemi dünya təsərrüfatının tələblərinə cavab verməməyə 

başladı. 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində beynəlxalq iqtisadi sistemdə yeni böhran 

baş verdi. 1971-ci ildə BVF valyuta məzənnələrinin paritetdən fərqlənməsinənə yol verilən həddi 

±2,25%-ə qədər artırdı, bir ildən sonra isə fiksə edilmiş məzənnələr sistemi tamamilə dağıldı. 

1972-ci ildə dünya valyuta sisteminin islahatı ilə məşğul olan xüsusi Komitə yaradıldı ki, o 

da  sistemin  yeni  prinsiplərinin  işlənməsi  və  razılaşdırılması  ilə  məşğul  idi.  Dünya  valyuta 

sisteminin  müasir  inkişaf  mərhələsi  öz  başlanğıcını  1976-cı  ildə  Yamaykanın  paytaxtı 

Kinqstounda  keçirilən  konfrans  zamanı  20  ölkənin  nümayəndəsinin  dünya  valyuta  sistemində 

islahatlar  keçirilməsi  barədə  razılığa  gəlməsində  götürür.  1978-ci  ildə  Yamayka  sazişləri  əksər 

BVF üzvləri tərəfindən ratifikasiya edildi. Həmin andan etibarən sistemin yeni prinsipləri qüvvəyə 

mindi və yeni dünya valyuta sistemi 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə