Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   12   13   14   15   16   17   18   19   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

Ehtiyat valyuta

 – beynəlxalq ödəmə və ehtiyat vasitəsi funksiyasını 

yerinə  yetirən  dönərli  milli valyutadır.  O, digər  ölkələrin  valyutalarının valyuta  paritetlərinin və 

valyuta  məzənnələrinin  müəyyən  edilməsi  üçün  baza  rolunu  oynayır.  Ehtiyat  valyutalardan 

valyuta  müdaxilələrinin  həyata  keçirilməsi  və  dövlətlərin  rəsmi  qızıl-valyuta  ehtiyatlarının 

formalaşdırılması  üçün  istifadə  edirlər.  Beləliklə,  ehtiyat  valyutaların  əsas  təyinatı  beynəlxalq 

iqtisadi münasibətlərə xidmət göstərməkdir. Ölkələr ehtiyat valyutada özlərinin likvid aktivlərini 

saxlayırlar və bu aktivlərdən tədiyə balansının mənfi kəsirini örtmək üçün istifadə edirlər. 

Məzənnə  dinamikasından  asılı  olaraq  valyutalar  “güclü”  və  “zəif”  ola  bilərlər.  Güclü  o 

valyuta hesab edilir ki, onun digər milli pul vahidlərinə nisbətən məzənnəsi uzun müddət ərzində 

ya artır, ya da sabitlik nümayiş etdirir. Digər valyutalara nisbətən məzənnəsi aşağı düşən valyuta 



isə zəif hesab edilir. Praktikada güclü valyutalar kimi əsasən sənayecə inkişaf etmiş ölkələrin milli 

pul  vahidləri  çıxış  edirlər.  Kifayət  qədər  inkişaf  etməmiş  iqtisadiyyata  malik  və  ya  qeyri-sabit 

iqtisadi meyl nümayiş etdirən ölkələrin valyutaları zəif valyutalar hesab edilirlər. 

Dönərlilik üsuluna görə, yəni bu və ya digər valyutanın müxtəlif ölkələrin valyutalarına nə 

dərəcədə sərbəst mübadilə edilməsindən asılı olaraq aşağıdakı növ valyutaları fərqləndirirlər: 

1)

 



sərbəst  dönərli  valyutalar  (SDV).  Bu  valyutalar  qeyri-məhdud  daxili  və  xarici  dönərliyə 

malikdirlər  və  valyuta  ehtiyatlarının  formalaşdırılması  üçün  istifadə  edilə  bilərlər.  BVF 

tövsiyələrinə  görə,  bu  cür  valyutalar  kimi  ABŞ  dollarını,  avronu,  ingilis  funt-sterlinqini, 

isveçrə frankını, yapon ienasını göstərmək olar

2)

 

nisbətən  dönərli  valyutalar.  Bu  valyutalara  valyuta  məhdudiyyətləri  tətbiq  edilir  və  onlar 



bütün xarici valyutalara mübadilə edilmirlər

3)

 



qapalı  (dönərli  olmayan)  valyutalar.  Bu  valyutalar  ancaq  bir  ölkə  çərçivəsində  fəaliyyət 

göstərir və dünya valyuta bazarında digər valyutalara dəyişdirilmir. 

Ümumilikdə isə valyutaların müxtəlif əlamətlərə görə təsnifi Cədvəl *.*-də verilmişdir. 

 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə