Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   7   8   9   10   11   12   13   14   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

qızıl-deviz  standartı

  və  ya 



Genuya  valyuta 

sistemi 

fəaliyyət  göstərməyə  başladı.  1922-ci  ildə  İtaliyanın  Genuya  şəhərində  keçirilən  iqtisadi 

və maliyyə məsələləri üzrə beynəlxalq konfransda qeyd olundu ki, ölkələrin malik olduqları qızıl 

ehtiyatları  xarici  ticarət  və  digər  əməliyyatlar  üzrə  hesablaşmaları  tənzimləmək  üçün  kifayət 

deyildir.  Qızıl  və  ingilis  funt-sterlinqindən  başqa,  ABŞ  dollarından  da  istifadə  etmək  tövsiyə 

edildi. Beynəlxalq ödəmə vasitəsi rolunu öz üzərlərinə götürmüş hər iki valyuta “əsas valyutalar” 

adını aldılar. 

Genuya valyuta sisteminin əsas prinsipkəri əvvəlki Paris sisteminin prinsipkərinə oxşar idi. 

Qızıl dünya pulu rolunu saxlayırdı, qızıl paritetləri saxlanılırdı. Lakin, bəzi dəyişikliklər də tətbiq 

edilmişdi. 

1924-1928-ci  illərdə  həyata  keçirilən  pul  islahatları  nəticəsində  bərqərar  olmuş  nisbi 

sabitləşmə dövründə “qızıl monometallizmi” iki yeni modifikasiya olunmuş formada bərpa edildi: 

1) qızıl-külçə; 2) qızıl-deviz. 



Qızıl-külçə standartı böyük qızıl ehtiyatlarına malik iqtisadi cəhətdən güclü ölkələrdə qəbul 

edilmişdi: İngiltərə (1925), Fransa (1928), Yaponiya (1930). Yerdə qalan ölkələrin əksəriyyəti isə 

- Almaniya (1924), Avstraliya, Danimarka, Norveç (1928) qızıl-deviz standartını qəbul etdilər. 


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə