Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə108/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   101   102   103   104   105   106   107   108   109

Мonqolların gizli tarixи 
 
343
 
Xara kitat: 
(Qara kitat, kitanlar). Başçılarının adı Gur-xan idi. Kereyit hökm-
darı Toğoril qardaşlarından qaçarkən ona sığınmışdı (§§ 150, 177). 
Qaçaq nayman hökmdarı Gücülük də sonralar onun yanına gəlmiş, 
ancaq onu qovaraq taxtını ələ keçirmişdir.  
Əski kitan xalqının qalığı olan xara kitanlar Şimali Çindəki Liao 
adlanan dövlətin yıxılmasından sonra XII əsrin ilk yarısında qərbə 
köç edərək Tarım bölgəsində böyük bir dövlət qursalar da, onların 
da son saatı gəlmişdi. 
 
Uyğur: 
Uyğurlar Tyan-şan dağlarının  şimalında və güneyində yaşayan 
məşhur türk xalqıdır.  Əsərdə kereyit hökmdarı Oñxanın Gur-xana 
sığınarkən (§§ 151, 152, 177) onun uyğur və tanqutların ölkəsindən, 
Gücülük-xan da eyni yerə qaçarkən uyğur və qarluqların diyarından 
(§ 198) keçdikləri söylənir. § 279-da Uyğurtay (uyğurlara mənsub) 
və Çanay adında iki şəxsin Çöl bölgəsində məskunlaşma işinə rəh-
bərlik etdiklərindən bəhs olunur. Uyğur hökmdarı  İdu'ut (İdiqut) 
1206-cı ildə (§ 238) Çiñgis-xana Atkirah və Darbay adlı elçilərini 
yollayaraq «özünün beşinci oğlu olmaq surətiylə» tabe olmaq istə-
diyini bildirmiş  və Çiñgis-xanın hüzuruna qəbul edilmişdir. Həm 
Təmücindən öncə, həm də sonra monqollara mədəniyyət baxımın-
dan böyük təsir göstərmiş olan uyğurlar nəticədə savaşsız  şəkildə 
türk-monqol dövlətinin içinə alınmışlar. 
Əsərdə uyğurlardan başqa bolar (bulğar), xarlux (qarluq), kipçah 
(qıpçaq), kirqis (qırğız) və başqaları kimi bir çox türk xalqları da 
zikr edilir. Bunlar üçün İndeksə bax. 
  


Monqolların gizli tarixi 
 
 
344
 
 
 
 
 
ŞƏCƏRƏ 
 
Çiñgis-xanın sələfləri 
 
Boz qurd ilə bəyaz dişi geyiktən doğulan Bataçixan / Ta-maça / 
Xoriçar-mərgən / A'ucan-boro'ul / Sali-xaça'u / Yekə -nidun / 
Semsöçi / Xarçu / Börcigidey-mərgən / Toroxolcin -bayan / Dobun-
mərgən / onun arvadı Alan-ho'adan təbiətüstü bir hadisə nəticəsində 
doğulan Bodonçar / Xabiçi / Menen-tudun / Haçi-külüg / Xaydu / 
Bayşiñxor-dohşin / Tümbinay-seçen / Xabul-xan / Bartan-ba'atur / 
Yesügey-ba'atur / Təmücin (Çiñgis -xan). 
 
Çiñgis-xanın  xələfləri
1
 
 
a) Çüçi          b) Ça'aday         c) Ögedey                d) Toluy 
(öl. 1227)      (öl. 1241)           (öl. 1241)                (öl. 1231) 
     ↓ 
 
  ↓ 
 
       ↓  
 
          ↓ 
 
Batu                   Büri             Güyük  
                  Müñge  
(öl. 1256)                            (öl. 1248)                     (öl. 1259) 
(Kipçah    
hökmdarı) 
 
 
  
 
 
 
 
                                                           
1
  Çiñgis-xanın nəvələrindən ancaq əsərdə adı çəkilənlər zikr edilmişdir. 


Мonqolların gizli tarixи 
 
345
 
 
 
 
 
XRONOLOGİYA
1
 
 
(1155?), Onan çayı boyundakı Deli'ün-boldaxda Təmücinin dün-
yaya gəlməsi (§ 59). 
(1165?), Təmücinin atası Yesügey-ba'aturun tatarlar tərəfindən 
zəhərlənərək öldürülməsi (§§ 67, 68). 
(1196?), Təmücinin Kimuxa çayı civarındakı Ayil-xaraxanada 
Çiñgis-kağan ünvanı ilə hökmdar seçilməsi (§ 123). 
1201, toyuq ili: Camuxanın Kan çayının Ergünəyə töküldüyü 
yerdə Çiñgis-xanın düşmənləri tərəfindən «xan» seçilməsi (§ 141). 
1202, köpək ili, bahar: Çiñgis-xanın Dalan-nemürgesdə tatarlarla 
qarşılaşması və onları yenməsi (§ 153). 
1203, donuz ili, bahar: Camuxa, Sañqum və Oñxanm Çiñgis-xa-
na qarşı birləşərək puqsu hazırlamaları (§ 166). 
(1203), Çiñgis-xanın Camuxa ilə Oñxanın idarəsindəki kereyit-
lərlə Xalaxalcitdə qarşılaşması (§ 171). 
1204, Siçan ili, birinci ayın on altısı: Çiñgis-xanın ordusunu dü-
zənlədikdən sonra Sa'ari-ke'ere doğru, naymanlara qarşı  hərəkətə 
keçməsi (§ 193). 
1204, siçan ili, sonbahar: Çiñgis-xanın Xaradal-huca'urda mərkıt 
Tohto’a-beki ilə savaşaraq mərkitləri yənməsi, Tohto’anın oğulları 
ilə qaçıb qurtulması (§ 197). 
1205, öküz ili, bahar: Çiñgis-xanın Aray dağlarından keçərək qa-
çan mərkit və naymanların üzərinə yürüməsi, Erdiş boyundakı Buh-
durma mənbəyi civarında Tohto’anın öldürülməsi. Naymanların 
başçısı Gücülük-xanın xara-kitanlardan Gur-xana sığınması (§ 198). 
1205, öküz ili: Sübegetayın mənzum bir əmrlə Tohto’anın Xudu, 
Xal və Çilavun adlı oğullarını təqibə göndərilməsi, (§ 199). 
                                                           
1
    Əsərdə ancaq 18 yerdə tarix göstərilmişdir. Xronologiyanı genişləndirmək 
üçün başqa yerlərdən alınan tarix və hadisələr () içində göstərilmişdir. 


Monqolların gizli tarixi 
 
 
346
 
1206, pars ili: Bütün qəbilələrin birləşdirilməsindən sonra Onan 
mənbəyində keçirilən qurultayda Çiñgisin «böyük xan» elan edil-
məsi, mañğol ulusunun təşkilatlandırılması, 95 nəfərin minbaşı təyin 
edilməsi (§ 202). 
1207, dovşan ili: Çüçinin sağ cinah ordusu ilə orman xalqlarına 
qarşı göndərilməsi, oyrat, qırğız və başqa xalqların tabe olması (§ 
239). 
(1208), Gücülük-xanın uyğur və qarluqların məmləkətindən ke-
çib xara-kitan xanı Gur-xana sığınması (§ 198). 
(1209), uyğur hökmdarı  İduqutun xara-kitanlara qarşı üsyanı və 
Çiñgis-xana elçilər yollayaraq tabe olması (§ 238). 
(1211), Xubilay-noyanın qarluqlara qarşı göndərilməsi, Qarluq 
hökmdarı Arslan-xanın öz arzusu ilə tabe olaraq Çiñgis-xanın hüzu-
runa qəbul edilməsi (§ 235). 
1211, qoyun ili
1
: Çiñgis-xanın kitat və tanqutlara qarşı səfər et-
məsi. Altan-xan ilə İlüxü-burxanın tabe olmaları (§ 250). 
1214, köpək ili: kitanlara qarşı ikinci səfər (§ 251). 
(1218), Çiñgis-xan tərəfindən göndərilən elçilərin müsəlmanlar 
tərəfindən öldürülməsi (§ 254). 
1219, dovşan ili: müsəlmanlara qarşı böyük qərb səfərinin baş-
lanması (§ 257). 
(1220), Calaldiñ-sultanm keçici üstünlüyü. Calaldiñ-sultan ilə 
Xan-məlikin yenilib qaçmaları, Balanın onları  təqibə göndərilməsi 
(§ 257). 
(1220), Çiñgis-xanın Səmərqəndə qayıtması (§ 259). 
1225, toyuq ili, sonbahar: Çiñgis-xanın qərb səfərindən dönərək 
Tula boyundakı Qara ormanda yerləşən sarayına gəlməsi (§ 264). 
1226, köpək ili, sonbahar: Çiñgis-xanın tanqut səfəri, Arbuxada 
atdan düşərək yaralanması (§ 265). 
(1227, donuz ili:) (Çiñgis-xanın böyük oğlu Çüçinin ölümü. 
Əsərdə zikr edilmir). 
1227, donuz ili: Çiñgis-xanm tanrıya (səmaya) yüksəlməsi (§  
268). 
                                                           
1
  Bu, 1211-ci ildə deyil, daha sonra olmuşdur. Açıqlamalara bax: § 250. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə