Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə2/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   2   3   4   5   6   7   8   9   ...   109

Мonqolların gizli tarixи 
 
5
 
 
 
 
 
AZƏRBAYCANCA NƏŞRİNƏ ÖN SÖZ 
 
Monqolların gizli tarixi mənim diqqətimi hələ 15-20 il əvvəl cəlb 
etmişdi. Onu ana dilimizə çevirmək və Azərbaycan filologiyasının 
elmi dövriyyəsinə daxil etmək barədə çoxdan düşünürdüm. Ancaq 
ümumtürk ədəbiyyatının bir sıra vacib əsərlərinin tərcüməsi və nəşri 
ilə məşğul olduğum üçün buna vaxt və imkan tapa bilmirdim. Üstə-
lik, bu fikrimi yaxın dostlarımla paylaşarkən, bunun lüzumu haqqın-
da danışarkən məni bu işdən soyudan belə ifadələr eşidirdim: «bizdə 
monqolist yoxdur, manqalist var». Həqiqətən, nə  qədər qəribə olsa 
da, Azərbaycanda monqolist və monqolistika yoxdur. Halbuki tür-
kologiya ilə monqolistika addımbaşı qarşılaşır, çarpazlaşır, üst-üstə 
düşür, qovuşur və bəzən heç ayrıla da bilmir. Eyni dil ailəsinə mən-
subluq, oxşar ictimai-siyasi, tarixi inkişaf və yaxın həyat tərzi, bən-
zər ordu sistemi, yüzlərlə ortaq termin və söz, türk və monqol xalq-
larının etnogenezində iştirak etmiş eyni tayfa birlikləri, bu xalqlara 
məxsus olan eyni fütuhat və cəngavərlik ruhu, dövlət qurma bacarı-
ğı, eyni ox və yay, eyni qılınc və at və s. və i.a. müştərək cəhətlər 
varkən, bunların tədqiqi, araşdırılması çox vacib ikən, Azərbaycan-
da monqolistikanın inkişaf etməməsi təəssüf doğurmaya bilməz. 
Məncə, bu sahədə ilk addım, bəlkə də birinci dərəcəli vacib iş məhz 
Monqolların gizli tarixinin ana dilimizə tərcümə edilməsidir. Çünki 
bu  əsər monqol ədəbiyyatının  şah  əsəridir. Bizim üçün Dədə Qor-
qud kitabı nədirsə, monqollar üçün də Monqolların gizli tarixi odur. 
Bu tərcümədən sonra türkologiya ilə monqolistikanın ortaq mövzu-
ları üzrə bir sıra sanballı araşdırmanın meydana çıxaçağına heç bir  
şübhə olmasa da, məncə, ilk tədqiqatlar məhz Monqolların gizli ta-
rixi ilə  Dədə Qorqud kitabı arasında aparılacaq. Çünki bu iki şah 
əsər həm dastani mahiyyəti, həm xalq həyatının təsviri, həm obraz-
ların səciyyəsi baxımından bir-birinə çox bənzəyir. Üstəlik, bir-iki 


Monqolların gizli tarixi 
 
 
6
 
epizod istisna olmaqla (Dədə Qorqud kitabında Dəli Domrulun Əz-
rayılla savaşması, Monqolların gizli tarixində Təb-Tengerinin göyə 
uçması) hər iki əsərdə möcüzəvi və  əfsanəvi heç nə yoxdur, onlar 
tam realist biçimdə yazılmışdır. Nəhayət, bu iki əsər həm nəsrlə, 
həm də şeirlə qələmə alınmışdır. Dədə Qorqud kitabında olduğu ki-
mi,  Monqolların gizli tarixində də ən ülvi, ən incə duyğular şeirlə 
ifadə edilmişdir. Monqollar başqa bir hökmdarın yanına elçi göndər-
dikdə söylənəcək sözü şeir şəklinə salmış və unutmaması üçün onu 
elçiyə əzbərlətmişlər. 
Bu iki əsərin bədii ifadə vasitələri də bir-birinə çox oxşayır. Hər 
ikisində yüksək ekspressivlik, hiss-həyəcan, gözlənilməz bənzətmə 
və təşbehlər, dərin mənalı epitet və metaforalar, assonans və allitera-
siyalar işlədilmişdir.  
Bunlara dair yalnız iki misal göstərmək kifayətdir.  Monqolların 
gizli tarixində bir qadının ağlaması çox acı, ancaq poetik bir şəkildə 
təsvir edilir: “...saçlarının iki hörüyünün birini kürəyinə, birini döşü 
üstünə, bir önə, bir arxaya atdı və «indi necə gedirsən?» deyə söylə-
nərək yüksək səslə ağladı. Elə ağladı ki, 
Onan çayı dalğalandı,  
Sahil ormanları titrədi”. 
Əsərin başqa bir yerində Təmücin və Xasar öz qardaşları Bekdəri 
öldürdükləri zaman anaları onları bu şəkildə azarlayır:  
«Qatillər! 
Sən (Çingiz) isti bətnimdən 
Çıxarkən, 
Əlində qara qan parçası 
Tutaraq dünyaya gəldin. 
Xasar da özünün məşiməsini dişləyən 
Köpəyə bənzəyir. 
Qayalar  üzərində sıçrayan 
Qaplan kimi, 
Hiddətini boğa bilməyən 
Arslan kimi, 
Canlıları udmaq istəyən 


Мonqolların gizli tarixи 
 
7
 
Böyük ilan kimi, 
Öz kölgəsinə saldıran şahin kimi, 
Səssizcə şikarını udan durna balığı kimi, 
Balasını ökçəsindən dişləyən erkək dəvə kimi, 
Fırtına əsnasında yaxınlaşan qurd kimi, 
Balası ona çatmayanda 
Balasını yeyən əngir ördəyi kimi, 
Yuvasına yaxınlaşınca sürü ilə müdafiəyə girişən 
Çaqqal kimi, 
Yaxalarkən yanılmayan pars kimi,  
Koru-koruna saldıran barus
 
(köpək) kimi  
Öldürdünüz! 
Kölgəmizdən başqa arxadaşımız yoxkən,  
(Heyvan) quyruğundan başqa qamçımız yoxkən, 
tayiçi’ut qardaşlarımızdan gördüyümüz həqarətin intiqamını necə 
ala bilərik? deyə düşünmək yerinə «birliklə necə yaşayaq?» deyərək 
belə hərəkət etdiniz. Ücin ana belə söylədi, 
Keçmişdəki olayları təkrarlayaraq,  
Əskilərin sözlərini zikr edərək  
onları çox azarladı». 
Mütəxəssislər və oxucular kitabı oxuyarkən bu tipli poetik fiqur-
ları əyani şəkildə görəcək, Dədə Qorqud kitabındakı şeir parçalarını 
xatırlayacaqlar.  
Monqolların gizli tarixi barədə  əlavə  məlumata heç bir ehtiyac 
yoxdur. Çünki bu kitabda iki böyük monqolistin – alman alimi Prof. 
Dr. Erich Haenischin (Erix Haniş) Ön sözü və türk alimi Prof. Dr. 
Əhməd Temirin Girişi vardır. Orada hər şey ən müfəssəl şəkildə iş-
lənmiş və açıqlanmışdır. Mən cadəcə bir neçə cəhəti qeyd etmək is-
təyirəm.  
Əsərdə təxminən minə yaxın şəxs adı, dağ, çay, göl, şəhər, xalq, 
tayfa adı, eləcə də ictimai, siyasi, hərbi xarakterli termin və söz işlə-
dilmişdir. Onların dəqiq imlası, transkripsiyası, tələffüzü bugün bi-
linmir. Monqolların gizli tarixinin rus alimi S.Kozin tərəfindən ger-
çəkləşdirilən nəşri kiril əlifbasında yetərli səs və hərflərin olmaması 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə