Monqollarin



Yüklə 339,08 Kb.
Pdf görüntüsü
səhifə107/109
tarix15.03.2018
ölçüsü339,08 Kb.
#32399
1   ...   101   102   103   104   105   106   107   108   109

Monqolların gizli tarixi 
 
 
340
 
 
 
 
 
ƏN ÖNƏMLİ QƏBİLƏLƏR VƏ RƏİSLƏRİ 
HAQQINDA AÇIQLAMA 
 
Bozqır əhalisi boy və qəbilələrə, (oba və obohlara, bunlar da soy 
və ailə birliklərinə (yasun, sümük) ayrılmış olub, bütün bunlar yenə 
bir araya gəlməklə xalqları (irgən, ulus) meydana gətirirdi. Bu kimi 
xalq və ya boylar özlərini xaricə qarşı mənsub olduqları daha böyük 
birliyin adı ilə tanıtmaqla tez-tez adlarını  dəyişdirirdilər. Məsələn, 
monqol dövründən öncə tatar adı başqa bir çox qəbilələr tərəfindən 
də alınmışdır. Çiñgis-xanın ailə adı kiyan olduğu halda, onun mən-
sub olduğu borcigin soyu başqa soy və qəbilələri itaət altına almaqla 
bir qəbilə və xalq (ulus) dərəcəsinə yüksəldikdən sonra əski zamanın 
məşhur və qüvvətli qəbilələrindən biri olan mañğol adını almışdır. 
 
Mañğol: 
Hökmdar silsilələri iki yol təqib edir: a) Xabul, Bartan, Yesügey, 
Təmücin; b) Çaraxay-liñxü, Sañqum-bilgə, Ambaxay, Xutula. Mañ-
ğolların idarəsi bu iki sülalə arasında dəyişib durmuşdur. Qəbilələrin 
içində üstünlük qazanmış olan tayiçi’ut soyu Yesügeyin ölümündən 
sonra Təmücinin yüksəlməsinə mane olmaq istəmişdir. Lakin Tə-
mücin öncə  əski qəbilə adamlarını toplamış, sonra yeni kimsələrin 
gəlməsilə qüvvəsi artmış və nəhayət, bunlar tərəfindən müstəqil bir 
birliyin rəisi sifətilə «xan, kağan» elan edilmişdir. Bununla bərabər, 
ancaq Camuxa ətrafında toplanan düşmənlərin yenilməsi və tayiçi’ut 
ailəsinin (yasun) yox edilməsi nəticəsində  Təmücin öz qəbiləsinə 
mənsub digər kimsələri də qazana bilmişdir (§ 148). 1206-cı ildə (§ 
202) Çiñgis-xanın bütün bozqır xalqları üzərinə hökmdar elan edil-
məsindən sonra mañğol (monqol) adı, bütün bu yeni birliyə  şamil 
edilmiş və beləliklə, sonralar daha geniş bir məna qazanmışdır. 
 


Мonqolların gizli tarixи 
 
341
 
Tatar: 
Əsərə görə hökmdar sülaləsi bu sıranı təqib edir: Təmücin-üge (§ 
59), Megücin-se'ültü (§ 132), Yekə-çerən (§ 154). 
Tatarlar arasında başlıca olaraq ayri'ut-tatar, buyru'ut-tatar (§ 53), 
alçi-tatar, aluxay-tatar, çaxan-tatar və duta'ut-tatar qəbilələri (§ 153) 
zikr edilir. Uzaq qərbdəki Büyür gölü civarında yaşamış olan ta-
tarlar XII yüzilın ortasında böyük rol oynamışlar. Onların mañğol-
larla düşmənliyi çox əskilərə  qədər gedir: bir zamanlar Ambaxay-
xanı əsir edərək kin dövlətinə təslim etmişlər (§ 53) və orada öldü-
rülməsinə səbəb olmuşlar. Xutulanın intiqam səfəri əsnasında (§ 58) 
Yesügey onların rəislərindən Təmücini əsir almış və oğluna da onun 
adını vermişdir (§ 59). Buna qarşılıq tatarlar Yesügeyi zəhərləyərək 
öldürmüşlər (§§ 67, 68). Sonralar kin dövləti tərəfindən sıxışdırı-
laraq qaçan tatarlar Çiñgis-xan tərəfindən basılmışdır (§§ 132-136). 
Belə olduqda, Camuxanın  ətrafında toplanan düşmənlərin tərəfinə 
keçmişlər (§ 141) və 1202-ci ildə Dalan-nemurgesdə baş verən 
savaşda (§ 153) Çiñgis-xan tərəfindən məhv edilmişlər. Lakin bu ad 
xaricdə yaşamaqda davam etmiş, Çində dada, Avropada tatar şək-
lində bütün monqol xalqı üçün işlədilməkdə və hətta bəzi türk xalq-
ları da yanlış olaraq bu adla anılmaqdadır. 
 
Mərkit: 
Seleñge çayının orta və aşağı qisimlərində yaşayırdılar. Ye-sügey 
mərkit  əsilzadələrindən Yekə-çilədünün  əlindən arvadı Hö’elünu 
qaçırmış (§§ 54-56) və bu qadın sonra Təmücinin anası olmuşdur. 
Buna əvəzində onlar Təmücinə saldıraraq arvadı Börtəni qaçırmışlar 
(§§ 102-106) və ikinci bir səfərdə qurtarılıncaya qədər (§§ 110-117) 
saxlamışlar. Mərkitlərin bir qismi Camuxanın  əmri altında Çiñgis-
xana qarşı savaşmışdır. 1204-cü ildə (§ 197) Xaradal-huca'ur müha-
ribəsində Çiñgis-xan mərkitləri yenərək məhv etmişdir. Rəisləri 
Tohto’a-beki, qəbiləsinin artıq qalanları ilə naymanlara qaçmış  və 
bunlarla birlikdə Erdiş  mənbəyi civarında yenilərək öldürülmüşdür 
(§ 198). Kibçah məmləkətinə qaçan oğulları 1205-ci ildə (§ 236) 
Sübe'etay tərəfindən təqib və yox edilmişlər. 


Monqolların gizli tarixi 
 
 
342
 
Kereyit: 
Məmləkətləri Orxon və Tula çayları arasında idi. Rəisləri Toğoril 
atası Xurçaxus-buyiruhun kiçik qardaşlarını öldürdüyü üçün əmisi  
Gurxanın hücumuna məruz qalaraq Yesügeyə sığınmış və Yesügey 
də ona məmləkətini qaytararaq onunla dostluq müqaviləsi bağlamış-
dır (§§ 150-152, 177). Sonra Toğoril Təmücinə yardım təklif edərək 
onunla ata-oğul ittifaqı qursa da, bu ittifaq dedi-qodu və  xəyanət 
üzündən tez-tez kəsilmişdir. Məsələn, Təmücinin rəqibi Camuxa 
onu öz tərəfinə qazanmağa müvəffəq olmuşdur. Nəhayət, oğlu Sañ-
qum ilə birlikdə yenilərək qaçmış və səfalət içində öldürülmüşdür (§ 
188). Kereyit xalqı  zəfəri qazananlar tərəfindən  ələ keçirilmiş  və 
qəbilələr arasında bölüşdürülmüşdür (§ 187). Kereyitlər mədəniyyət 
baxımından digər bozqır xalqlarına nəzərən daha yüksək bir səviy-
yədə idilər, özləri də nestorian məzhəbinə mənsub idilər. Çiñgis-xan 
ilə birlikdə tatarları bastığı üçün kin hökmdarı tərəfindən Wañ-xan > 
Oñxan ləqəbi ilə mükafatlandırılan (§ 134) kereyit hökmdarı Toğoril 
(Toğrul-xan) o zamankı  Avropada «keşiş hökmdar İohannes” adı 
ilə  əfsanəvi bir şöhrət qazanmışdır. Onun adı  səlib yürüşləri  əsna-
sında böyük rol oynamışdır. 
 
Nayman: 
Məmləkətləri Xañxay və Altay dağları arasında idi. Sülalələri bu 
sıranı  təqib edir: Buyiruh, İnança-bilgə, Tayañ (Torlux), Gücülük. 
Camuxa ilə birləşmiş olan naymanlar öncə Çiñgis-xanla Oñxan 
tərəfindən Kiçilbaş civarında yenilmişlər, sonra da 1204-cü ildə (§ 
196) Çiñgis-xan tərəfindən Altay dağları önündə  qəti surətdə itaət 
altına alınmışlar. Qaçmağa müvəffəq olan Gücülük 1205-ci ildə Er-
diş mənbəyində yenilmiş (§ 198) və ordusunun qalan qismi ilə xara 
kitat ölkəsinə nüfuz edərək, hökmdarlarını qovmaq surətilə haki-
miyyəti ələ keçirməyə belə müvəffəq olmuş, lakin sonra Çiñgis-xa-
nın generalı  Cəbə  tərəfindən təqib edilərək meydana çıxarılmış  və 
yaxalanaraq öldürülmüşdür (§ 237). Naymanlar bozqırların  ən mə-
dəni xalqı idi, onlar ilk olaraq uyğur yazısını işlətmişlər. Aralarında 
nəsturi məzhəbindən bir çox xristian da vardı. 


Yüklə 339,08 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə