Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

  

 

31



şərti konslager məhbusları kimi ikilik taxtaya oxşamaq yox, namuslu , ismətli, həyalı olmaq idi. 

Onunçün də o zamanlar bizim arvadlar indikilərdən bir qədər gombul və bir xeyli abır-

həyalıydılar).  

Nənəmlə bibimin özlərini dünyanın min cürə nazü-nemətlərindən məhrum eləməklərinin 

səbəbi isə, qəribə də olsa, kiçik əmimin həbsxanada yatmağı idi. 

Ətağa cəddi, istəsəm də yeyə bilmirəm, neyniyim, dadlı bir tikə  ağzıma dəyən kimi, 

türmədə palçıq kimi qapqara çörək yiyən qaqaşım gəlir diyanır gözümün qabağında, bütün 

iştaham küsür, boğazım qupquru olur. 

Feminizm xəstəliyinə yoluxmuş indiki xanımlar belə bir hərəkəti yəqin ki, lağa qoyarlar, öz 

hüquqlarından bixəbər, avam bir qadının xəstə düşüncələrinin məhsulu hesab edərlər. Lakin bu 

adət binayi-qədimdən Bakıda  mövcud olub, yaxşı-pisliyi barədə isə sonra danışarıq. 

Etiraf edim ki, nənəmlə bibimin bu qəribə hərəkətlərinin səbəbini  uşaq vaxtı mən də başa 

düşmürdüm. Hətta ürəyimdə onlara gülürdüm də. 

Onu da deyim ki, təkcə mən yox, atamla babam də bu əcaib pəhrizin lazımsızlığını onlara 

başa salmağa çalışırdılar – babam özünəməxsus Bakı yumoruyla, atam isə kommunist partbiletinə 

məxsus qıpqırmızı  həyasızlıqla. 

– Yaxşı eliyirsən, ay Həsənağanın qızı, – babam zəfəranlı plov yeyəndən sonra yağa batmış 

bığlarını tumarlayaraq mızıldanardı, - əslinə qalsa, heç mənim də boğazımdan tikə geçmir - bunu 

deyən zaman bayaq dibinəcən siyirdiyi iri plov nimçəsinə oğrun-oğrun baxardı. - Tifil orda qara 

çörəynən dolanır. Yazıq uşaq. Ancaq bir şey də var ki, mən yeməsəm, taqətdən düşərəm, gücüm 

qalmaz ki, sizünçün pul qazanım. Onda hamımız möhtac olarıq o kamunistin əlinə (Babam 

kommunist deyəndə atamı  nəzərdə tuturdu). Onun da ki, özün bilirsən, ipinin üstünə odun 

yığmaq olmaz. 

Babam nəfəsini dərib, nəyisə xatırlamış kimi fikirli-fikirli başını yellədərdi, sonra da davam 

edərdi.  

- Arvad, o tifil türmədə qara çörək yeyir, sən də burda qızınla bir yerdə qara çörəynən 

pendirdən başqa dilivizə heç nə vurmursuz. Əcəb eliyirsüz, işim yoxdu. Amma bir məsələ də var, 

əgər əziz-xələfivizin yoluyla gedirsizsə, onda hər işdə onun kimi eliyin də. 

- Qanmadım, neyniyim, gedim mən də türmədə yatım?- nənəm soruşardı. 

- Yox, onu dimirəm. Sözüm odu ki, məhəllə  uşaqları  hər həftə türməyə  sənin  əziz-

xələfinçün üç-dörd karopka nəyşə ötürüllər. O da dilxorçuluqdan bala-bala tüstülədir özüyçün.  

Diyirəm, indi ki, onun yediyinnən yeyirsiz, elə onun çəkdiyinnən də çəkin də. Alım bir-iki başdıq 

nəyşə, qızınla bir yerdə ana-bala tüstülədin axşamacan. Ancaq elə eliyin ki, mən paddım 

düşməyim.  

Nənəm də gülümsünüb deyərdi ki, ay Kəblə Qulamın oğlu, mən razıyam, qara çörəyi mən 

yeyim, o zəhrimarısa sən özün çək. 

Hər ikisi gülərdi, sonra isə  nənəm kiçik əmimi yadına salıb yenə dilxor olardı. Amma 

gözləri dolmazdı. Nənəm, ümumiyyətlə, ağlayan adam deyildi. Bizim nəsildə binayi-qədimdən 

ağlayan adam olmamışdı, bircə  məndən başqa. Mən də  yəqin ki, böyüyəndən sonra ağlamağın 

daşını atacağam bir qırağa. Hətta,  kiçik əmim on il iş alıb türməyə gedəndə də, nənəmin büzüşüb 

balacalaşmış  gözləri quru qalmışdı. Babam ona deyəndə ki, ay Həsənağanın qızı (babamla nənəm 

heç vaxt biri-birini adlarıyla çağırmazdılar), heç olmasa ağla, ürəyin boşalsın, nənəm içini çəkib 




  

 

32



cavab vermişdi ki, birdən kimsə məni ağlıyan yerdə görər, gedib o tifilə (yəni, əmimə) xəbər çatar

uşaq orda dilxor olar ki, evdəkilər mənə görə xiffət çəkillər. Qoy ürəyi narahat olmasın. 

Sonra da kələğayısını boynuna dolayıb pıçıldayardı ki, goru çatlasın o vələdüzna 

ərməninin, gül kimi balam düşdü  onun    ucbatından daş-divar arasına. Kopoyoğlu (yəni 

köpəyoğlu), özü rahat, isti qəbirdə rahat yatır özüyçün, mənim balamsa soyuq türmələrdə 

çürüyəcək.  

 

 

             Sinəm dar bir qəfəsdir, orda sevdalı ürək dustaq, 



             Qalıb biçarə bu zülmətdə müddətdir ki, tək dustaq. 

 

             Gözüm yaşın töküb ah eylərəm hicran otağında, 

             Nədir bu? Dörd divar içrə yağış məhbus, külək dustaq. 

 

             İlahi, hər duanın dövrəsin min-min günah tutmuş, 

             Ya qanundur tikan içrə ola hər bir çiçək dustaq. 

 

             Dayanma cismdə, sındır, dağıt bu məhbəsi, könlüm, 

             Azad olmaq ümidin gəsməsin heç vaxt gərək dustaq. 

 

             Mən iblisin əcəl zindanıyam ki, tanrıdan gizlin 

             İçimdə ahü-fəryad içrə minlərlə mələk dustaq. 

 

             Fələk zülmü kəsilməzsə bezib ruhlar qiyam eylər

             Bu aciz ruhlara bir gün olar çərxi-fələk dustaq. 

 

             Göyə baş vurmaq istərsən, buna, Fəhmi, gücün çatmaz, 

             Yerin tərkində əvvəl olmasan fəvvarə tək dustaq. 

 

 



Nənəmin təbirincə, isti qəbirdə rahat yatdığına görə söyülən həmənki  erməni o adamıydı 

ki, mən dünyaya gələndə  əmim onun ucbatından üç il idi ki türmədə yatırdı, hələ yeddi il də 

yatacaqdı. Yəni,  əmim o ermənini bıçaqlayıb öldürmüşdü, bundan sonra o kişi getmişdi qəbrə, 

əsgərlikdən təzəcə gəlmiş iyirmi bir yaşlı əmim də on il iş alıb tullanmışdı şestoy kalona.  

O vaxtlar Bakıda bir xeyli erməni vardı, heç kim də, onlara güldən ağır bir söz demirdi

yerli camaata qaynayıb qarışmışdılar, arada heç bir milli münaqişə-filan yoxdu. Ancaq hərdən elə 

hadisələr olurdu ki, bizim aramızdakı düşüncə  fərqi özünü büruzə verirdi və belə hadisələrdən 

biri də  təzə  çıxan «01» modelli «Jiquli»lərin Bakıya gələn vaxtında mənim  əmimin başına 

gəlmişdi.  

Hadisə belə olmuşdu. Axşamtərəfi məhəllədəki cayıl-cuyul tində  yığışıb söhbət eləyirmiş 

və birdən yanlarından qıp-qırmızı  təzə bir Jiquli keçib gedib. Qonşuluğumuzda yaşayan həmin 

erməni gədəsi də batmaqda olan günün işığı altında par-par yanan bu maşının dalıyca baxıb 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə