Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

-Niyə? Axı mən sizi burdan götürmüşdüm!
-Elədir.  Sürün,  zəhmət  olmasa.  Geriyə  piyada
qayıtmaq  istəyirəm.  Qoy  bir  az  sərin  külək  vursun
üzümə.
-Necə  məsləhətdir!-Kəbir  sağa  dönüb  deyilən
istiqamətdə  sürdü.  Xeyli  getmələrinə  baxmayaraq,
qadından səs çıxmadığını görüb soruşdu:
-Burdan hara?
-Bir az da gedib, sola dönərsiz!-qadın ah çəkdi.
Taksi deyilən yerə çatanda:-Burda saxlayın,-dedi.
Taksi dayandı. Qadın yenə də taksidən düşmədi və
sol tərəfdəki binanı göstərib dedi:
-Bu binanı görürsünüz?!
-Dəlixananı deyirsiniz?
-Hə... Mənim ərim uzun illərdir burda yatır.
-Əriniiiz?!..  Bəs  deyirdiniz?!..  –Kəbir  lap
hövsələdən çıxdı. Deyəsən, qadın onunla əylənmək
istəyirdi. Bunu yəqin etmək üçün dönüb qadına baxdı,
onun sakitcə ağladığını görüb fikrindən daşındı.
-Hə,  deyirdim.  Amma  indi,..  bağışlayın  məni,..
mən,..-qadın hıçqırmağa başladı.
-Yox, xanım, yox. Əslində dəlixana bu dünyanın
özüdür. Biz insanlar da bu nəhəng Dəlixananın zavallı
dəliləriyik. Tanrı bizi bura sağalmamız üçün göndərib.
Bizim dərdimizin çarəsi isə yalnız ölümdür. 
-Bağışlayın,  çox  incitdim  sizi...  Nə  qədər  ver -
məliyəm?-qadın özünü ələ alıb portmanatını açdı və
içindən pul çıxardı.
-Heç nə qədər, düşün, gedin!-sürücü baş açmadığı
bu qadından tezliklə yaxa qurtarmağa çalışdı. Artıq
onun  sirli  göz  yaşları  onu  da  boğmağa  başlamışdı.
Özünü niyəsə günah işləmiş kimi hiss edir, yaxasına
iti caynaqlar kimi yapışmaqda olan günahlardan yaxa
Zəka Vilayətoğlu
142


qurtarmağa çalışırdı. 
Qadın ona sarı bir əllilik uzatdı. Sürücü götürmək
istəməyəndə  ehmalca  yandakı  boş  oturacağın  üstə
ataraq,  qapını  cəld  hərəkətlə  açıb  maşından  düşdü,
arxaya  baxmadan  sürətlə  taksidən  uzaqlaşdı.
Yaxınlıqdakı  Dəlixana  binası  isə  alaqaranlıqda
bədheybət bir Dəliyə oxşayırdı sanki və eləcə dayanıb
donuq-donuq Kəbirə baxırdı.
Kəbir son dəfə Dəlixanaya baxıb köksünü ötürdü
və bir anlıq hiss etdi ki, ürəyinin dərinliklərindən qas-
qatı bir kədər dumanı lay-lay qalxıb gözlərinə yayıldı.
Sonra  birdən-birə  sükan  tutan  barmaqlarının  ucu
gizildədi. Sanki skripkanın simləri indicə sürtmüşdü.
Dəli olduğunu, skripkası üçün dəli kimi drıxdığını hiss
edib, kövrəldi, təəssüfləndi və başını sükana söykəyib
rahatlananacan maşını yerindən tərpətmədi...
Milena
143


ARMANIN ÖLÜMÜ                                                                               
-Neçə günlüyə gəlmisən, Armancan?-erməni əsgəri
Armanın  anası  Dinora  oğlunun  üz-gözündən  öpüb
sevincək soruşdu.
-Bir həftəlik icazə veriblər, - Arman dedi.
-Hər  dəfə  atışma  xəbərini  eşidəndə  ürəyim
ayaqlarım  altına  düşürdü.  Qulağım,  gözlərim  tele-
viziyadan  verilən  xəbərlərdə  qalırdı.  Öldürülən
əsgərlərimizin  adı  sadalandıqca  yüz  dəfə  ölüb-
dirilirdim. Qoymadılar adam balası kimi ömür sürək.
Heyif  ötən  illərimizdən.  Gərək  atan  mənə  rast
gəlməyəydi.  O,  Tiflisə  gəldiyi  gün,  bizim  bax,  bu
intizarlı, ağrı-acılı, qorxu-hürkülü günlərimizin təməli
qoyulurmuş, sən demə. 
Atam  ağıllı  adam  idi  ki,  vaxtında  baş  götürüb
Tiflisə köçmüşdü. Onsuz da biz, əslinə qalanda xalis
erməni deyilik. Atamın da anası gürcü qızıdır, mənim
də. Bəlkə də atamın da gürcü qızıyla evlənməsində
səbəbkar  anamdır.  Kəsəsi,  biz  nə  erməniyik,  nə  də
gürcü. Hələ atan... Atanın da anası rusdur. Ona görə
də bu dava-dalaşın, müharibənin bizə heç bir aidiyyəti
yoxdur.
-Hə.  Belə  çıxır  ki,  biz  kokteyl  kimi  bir  şeyik!  -
Arman gülə-gülə dilləndi.
-Hə. Elə bir şeydir.
-Müharibənin  qurtarmasına  ümid  yoxdur,  ana.
Bizimkilər onsuz da xof içindədirlər. İrana, Rusiyaya
arxayındırlar. Onların təsiri, köməyi, həvəsləndirməsi
olmasa,  inan  ki,  rəhbərlərimizdən  tutmuş  hamımız
silahı yerə qoyub, türklərlə barışıq edər, biri-birimizin
boynuna sarılar, yenidən dostlaşar, qardaşlaşarıq.
Zəka Vilayətoğlu
144


-İnanıram,  Armancan.  Amma  bizim  qan-qada,
ölüb-öldürmək  arzusuyla  yaşayan  hərislərimiz,
murdarlarımız imkan vermirlər axı. Deyən, başa salan
gərəkdir ki, ay donuz, “torpaq”, “Qarabağ” deyib nə
özünü öldürürsən, onsuz da öləndə payına bir məzarlıq
torpaqdan başqa heç nə düşən deyil... O da düşsə.
-Asta  danış,  ana,  eşidən  olar!  - Arman  ehtiyatla
dilləndi.
Dinoranın  atası  Gürcüstana  köçüb  orada
məskunlaşdıqdan  az  sonra  pasportunu  dəyişdirmiş,
erməni soyadını gürcü soyadı ilə əvəzləmişdi. Sonra
da Tiflisdə balaca bir kafedə aşpaz kimi fəaliyyətə
başlamışdı.  Bişirdiyi  gürcü  xəngəlinin,  kupatinin
dadından doymaq olmurdu. Hətta bu dadlı xörəklərin
dadından ləzzət almaq üçün Ermənistandan dəfələrlə
dost-tanışları onun yanına gəlir, bəs deyincə yeyib-içir,
keflənirdilər. Daha bir gün bu həvəslə gələn erməni
dostlarından  biri  öz  yeniyetmə  oğlunu  da  özüylə
gətirmişdi.  Bir  neçə  gün  Dinoragildə  qonaq
qalmışdılar.  O  gündən  də  həmin  dostunun  oğlu
Dinoranı  görüb  aşiq  olmuşdu.  Dinora  da  oğlana
vurulmuşdu  və  bircə  il  sonra  toyları  olmuşdu.  O
vaxtdan da Dinora Ermənistana-bu dağ kəndinə gəlin
köçmüşdü.
-Necədir,  orda  sizə  yaxşı  baxırlar,  ya  yox?..
Gözlərim görə-görə soruşuram da, mənim ağlıma bax
eeee... Səni mən bu görkəmdə yola salmamışdım axı!
Gör  bir,  nə  kökə  düşmüsən!  Burdan  gedəndə
yanaqların qıpqırmızı çuğundur kimiydi. İndi bir dəri,
bir sümük qalmısan.
-Ana,  vəziyyət  çox  ağırdır.  Orduda  ərzaq
çatışmazlığı  var.  Xalqdan  çox  şeyi  gizlədirlər.
Əsgərlərimizdən Azərbaycan tərəfinə könüllü keçənlər
Milena
145


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə