Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

dağılır,  tari-mar  olur,  bəllidir...  Həyatına  gözlənil -
mədən daxil olan Sirusla ünsiyyətə, yaxınlığa isə, əri
dəlixanaya düşəndən sonra məcbur olmuşdu... Onun
sevdiyi yeganə adam Skripkaçı idi. Bu sevginin onun
ürəyinə  od  salacağı  günün  gəlib  yetişməsi  üçünsə,
aradan düz qırx il ötməliymiş. O qırx ildən sonra o
sevgi Təravəti yaşının elə bir çağında yaxalamışdı  ki,
“təravət” deyilən şey, yalnız onun adında qalmışdı...
Qəribədir,  qocalmış,  çoxdan  qırışmış  bir  qadın
bədənini  birdən-birə  elə  bir  ehtiras  bürümüşdü  ki,
Təravət  öz  halal  ərinin  ona  olan  bir  zamankı  dəli
ehtiraslarının  yanğısını  indi-indi  hiss  etməyə
başlamışdı.
Skripkaçı onun yadından bircə an da çıxmırdı. İş o
yerə çatmışdı ki, onu skribkasına da qısqanırdı. Bax-
mayaraq,  Skripkaçının,  onun  məhəbbətindən,
sevgisindən əsla xəbəri yox idi. Olsaydı belə, bəlkə də
əhəmiyyət  verməz,  həmişə  olduğu  kimi,  axşamlar
çalışdığı “Yasəmən” restoranında öz sevimli sənətiylə
məşğul olardı. Özü də skripka çalarkən özündə ol-
murdu.  Narkomaniyaya  aludəçiliyi  onun  sənət
ehtirasını  bir  az  da  gücləndirirdi,  sanki  və  o,  bu
dünyadan  təcrid  olunmuş  kimi  hiss  edir  özünü  və
bütün  ruhu,  qəlbiylə  musiqiyə  təslim  olur,  elə
məharətlə ifa edirdi ki, dinləyənlər heyran qalırdılar.
Təravət  “Yasəmən”  restoanına  ilk  dəfə  Sirusla
getmişdi. O gündən də həyatı büs-bütün dəyişmişdi.
Skripkaçıya,  çaldığı  musiqilərə  heyranlığını
gizlətmədən, Sirusu təhrik etmiş, skripkaçıya hər dəfə
çoxlu pul xərclətmişdi. Təravətə xoş olsun deyə, Sirus
da  qısqanıb  eləmədən  skripkaçını  hər  dəfə  öz
stollarına dəvət eləyir, onların başı üstə dayanaraq,
çalmasını  xahiş  edirdi.  Skripkaçı  da  xahişə
Zəka Vilayətoğlu
130


məmnunluqla əməl edir, gözlərini yumaraq, Təravətin
istədiyi nəğmələri həvəslə, ehtirasla çalırdı...
Təravət hələ də donuq-donuq yastığa baxırdı. Tele-
fon da xeyli vaxt idi susurdu. Nəhayət, o, hərəkətə
gəldi və yenidən barmaqları ucunda yeriyib qapıya
yaxınlaşdı, gözlükdən baxdı. Sirusun getdiyinə tam
əmin olduqdan sonra geriyə qayıdıb, təzədən yastığa
baxdı. Yastığın üstə qara ləkə vardı. Sirus saçlarını
boyayırdı və həmin boyaq tərqarışıq yastığa hopub
qalmışdı.  Bunu  indi  görürmüş  kimi  iyrəndi  və
hikkəylə yastıq üzlüyünü çıxarıb hamamda həvəssiz-
həvəssiz suya çəkdi, sabunladı. Vannadakı su yastıq
üzünün kirindən qapqara qaralmışdı. Yadına düşdü ki,
hələ ərinin vaxtından bircə dəfə də olsun bu yastıq
üzlüyünə su dəyməyib. Bütün kir-pasıyla birgə onların
saçlarının tər qoxusu da aşkarca duyulurdu.
Əri  qəfildən  dəli  olmuşdu.  Bəlkə  də  bu,  onun
soyuqluğu,  ərinin  sevgisinə,  ehtirasına  biganəliyi
üzündən baş vermişdi. Ərində sevgidən çox, dəhşətli
heyvani  hisslər,  ehtiraslar  var  idi.  Hər  yaxınlıqları
zamanı da o, o biri dünyanı görüb qayıdırdı. Bu, onun
həftələrlə ağrımasına, inciməsinə səbəb olurdu...
Əri dəli olduğu gün qəfildən lüt-üryan eyvana çıxıb
atılıb-düşməyə, qışqırıb-oxumağa başlamışdı. Oxudu -
ğunu  da  bu  zaman  küçədən  qol-qola  girib  keçən
oğlanla  qıza  ünvanlamışdı:  “İkisi  bir  boyda  gəzən
gözəllər!..” 
Bütün məhəllə Təravətin çılpaq ərinin tamaşasına
durub, “konsertinə” qulaq asırdılar. O, nə qədər cəhd
edib, ərini eyvandan içəri-gizlinə çəkmək, dartmaq
istəsə  də  əri  daha  da  coşur,  səsinin  lap  gur  yerinə
salırdı. Yaxşısı o idi ki, kimisə söymür, pis söz işlətmir,
sadəcə mahnı oxuyurdu. Pis və ayıb olan o idi ki, onun
Milena
131


əynində bir dənə də paltar yox idi...
Məcburən polisə zəng etdi. Çox keçmədən polislər
gəlib  zorla  ərini  apardılar  dəlixanaya.  Həkimlərin
səyinə  baxmayaraq,  o  gün-bu  gün  əri  sağalmamış,
dəlixananın əbədi sakininə çevrilmişdi. Bir gün isə tale
Təravəti Sirusla rastlaşdırmışdı.
Sirus  varlı  adam  idi.  Böyük  qızıl  dükanının
sahibiydi.  Təravətlə  tanışlıqlarından  sonra,  arvad-
uşağı, qohumları duyuq düşməsin deyə onu dükanına
satıcı götürmüşdü. O gündən də bütün günləri birgə
keçir,  şəhərdə  gəzmədikləri  yer,  dincəlmədikləri
bahalı  otel,  restoran  qalmırdı.  Qazancının,  az  qala
yarısını Təravətin uğrunda xərcləyirdi. Öz arvadından
birdəfəlik  sidqi  siyrilmişdi.  Çoxdan  bəri  astma
xəstəliyindən  əzab  çəkən  arvadıyla  üz-üzə,  nəfəs-
nəfəsə dayanmaq onunçün it əzabından başqa bir şey
deyildi.  İnsafən,  onu  müalicə  üçün  İzraildən  belə
gəzdirib-dolandırmasına  baxmayaraq,  arvadı  nicat
tapmamışdı. Bu üzdən də həyatını yenidən qurmağa,
Təravət kimi yaraşıqlı bir qadınla, öz xanımıymış kimi
yaşamağa,  ona  inanmağa  başlamışdı.  Bir  deyimlə,
sadəlövhcəsinə özünü bu qadına yem etmiş, qurban
vermişdi...
...Oğlu  hələ  gəlib  çıxmamışdı.  Bütün  günü  tay-
tuşlarıya  haralardasa  veyillənən,  çox  zaman  başqa
yerlərdə  gecələyən  və  əksər  hallarda  da  gecədən
keçmiş evə gələn oğlunun taleyilə bu çağacan düz -
əməlli maraqlanmamışdı. Əslində bu ona sərf etmişdi;
Sirusla gizli yaşantılarından oğlu xəbərsiz qalmışdı.
Qısası,  hər  kəs  öz  həyatını  necə  gəldi  yaşamışdı.
Amma indi... İndi birdən-birə, öz halal ərindən olan
oğlunun taleyilə maraqlanmağa başla mışdı.
Oğlu  özündən  yaşca  xeyli  böyük  olan  bir  küçə
Zəka Vilayətoğlu
132


qadınına ilişmişdi. Bir çox gecələri evə gəlməyəndə
də onunla gecələmiş və anasının sorğusuna “dostum -
gildə gecələmişdim” cavabını vermişdi...
Bir azdan oğlunun da ac gələcəyini düşünüb yemək
hazırlamaq istədi. Amma heç həvəsi yox idi. Soyudu-
cunu da könülsüz açdı; bir az kolbasa və xiyar-pomi-
dordan  savayı  yeyiləcək  bir  şey  yox  idi.  Ət  buz
dolabında bir həftə öncədən qaldığından sümük kimi
bərkimişdi. Donunun açılması üçün bir gün gözləmək
lazım idi. Düşündü: “Eybi yox, gələr, kolbasa-çörək
yeyər!” Çörəkqabına baxdı. Çörək də dünən axşamdan
qalan idi. Bir dilim çörək və kolbasa kəsib iştahasız
dişlədi  və  ani  olaraq,  üzü  üstə  döşəməyə  düşmüş
kağıza  baxdı.  Adi  kağış  deyildi,  fotoya  oxşayırdı.
Götürüb  baxdı.  Dik  atıldı.  Oğlunun  dizləri  üstə
yarıçılpaq  bir  qadın  əyləşib  dişlərini  ağardırdı.  İlk
görünüşündən  üzü-üzlər  görmüş  təsiri  bağışlayan
qadının, hiss olunurdu ki, gözəl zahiri keçmişi olub. 
Şəklin  bura  hardan,  necə  düşdüyünü  fikirləşdi.
Birdən  xatırladı.  Bayaq  oğlunun  çirkli  köynəyini
yumaq üçün hamamda vannaya atmışdı, çox gümün,
onun cibindən düşüb. 
Şəklə bir daha diqqətlə baxıb oğlunun qarasınca
deyindi: “Eybi yox, düşərsən əlimə! Görüm, bu dəfə
başımı  necə  aldadacaqsan!  Daha  yalanların
keçməyəcək.  İndi  bildim  gecələri  harda  veyillənir,
kimin qucağında yatırsan!..”
Oğlu hələ də gəlib çıxmamışdı. Yuxu gözlərindən
tökülürdü. Telefonu söndürüb yatağa uzandı. Bir qədər
Skripkaçını düşündü. Sanki yanında uzanıbmış kimi
məhəbbətlə ətrafına baxdı, onu yanında görməyincə
pəjmürdə oldu. Az sonra əməlli-başlı yuxuladı. Yu -
xuda  ərini  gördü.  Sonra  Skripkaçını.  Gördü  ki,
Milena
133


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə