Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

***
O  gecə  Stepan,  ata-anasıyla  birgə  Sabunçuda
əvvəlcədən kirayələdiyi mənzilə sığındı. Mənzil sahibi
qoca rus qarısı idi. Bir neçə gün sonra da o, özləri üçün
təzə  pasport  aldı.  Vahanın  pasportunda  yazılmışdı:
Aydəmirov Vahid Ziyatxan oğlu. Anası Haykanuşun
adı,  soyadı  dəyişdirilərək,  “Aydəmirova  Məleykə
Məhəmməd  qızı”,  Stepanın  pasportunda  isə,
“Avanesyan Stepan Vahan oğlu” əvəzinə “Aydəmirov
Sübhan  Vahid  oğlu”  yazılmışdı.  Bu  sənədləri  yerli
satqınların, xainlərin vasitəsilə əldə edən Stepan-Süb-
han tezliklə Bakının Sabunçu qəsəbəsində iki otaqlı,
fərdi həyətyanı sahəsi olan geniş mənzil alaraq, ata-
anasını  da  ora  köçürdü.  Bura  elə  bir  yer  idi  ki,
yaxınlıqda qonum-qonşu yox idi. Olsaydı da qorxu
sovuşmuşdu. Ən əsası onlar “türk” idilər və türk dilini
də türklərdən heç də pis bilmirdilər.
İki  il  sonra  vəziyyət  daha  da  gərginləşdi.
Ermənilərin, Xocalı şəhərində gecəykən, qadın, uşaq,
cavan,  qoca  demədən  əllərinə  keçən  türkləri
güllələməsi,  süngüylə  dəlik-deşik  etməsi  xəbəri
sürətlə hər yana yayılmağa başladı. Bunun ardınca
Azərbaycan rayonları, ard-arda ermənilərin işğalına
məruz  qaldı.  Burda  da  qətllər,  qırğınlar,  talanlar
başlandı. Biri-birinin ardınca yayılan qara xəbərlər
Bakıda  əməlli-başlı  çaxnaşma  yaratdı.  Türklər,
şəhərdə gizlənmiş ermənilərin axtarışına başladılar.
Bakıda, adlarını, milliyyətini dəyişdirmiş ermənilərin,
onlar  tərəfindən  kortəbii  olaraq,  axtarılması  xəbəri
Stepangilin  qulağına  çatdığı  gündən  onlar  gecələri
səksəkəli  yatdılar.  Sonda  ata-anasının  məsləhətiylə
Stepan Rusiyaya getməli oldu. Məqsədləri o idi ki, o,
gedib  Rusiyanın  şəhərlərindən  birində  ev  alsın  və
sonra  ata-anasını  da  tezliklə  həmişəlik  öz  yanına
Zəka Vilayətoğlu
118


aparsın. Ən pis halda isə qoca Vahanla qoca arvadı
öldürülə  bilərdilər,  amma  vaxtında  qaçsa  Stepana
xətər toxunmazdı.
Stepan Rusiyaya getdiyi gündən unutdu hər şeyi.
Şaqenin  qızılları,  pulları  onun  ağlını  yerindən
oynatmışdı.  Günləri  eyş-işrətlə  keçir,  bar-kafe
sahibləri onun pullarıyla varlanırdıar. Gündə bir rus
qızıyla kef çəkən Stepanın yadına ev almaq düşmürdü.
Ən  yaxşı  otellərdə  ən  gözəl  rus  qızlarıyla
əylənməkdən  doymur,  kafelərdə  striptiz  oynayan
qızların  açıq  sinələrinə,  döşlərinin  arasına  şax,
qiymətli  kağız  pul  əskinaslarını  keçirməkdən  həzz
alırdı.  İçki,  qumar,  narkomaniya  Stepana  ağuşunu
açmışdı. Burda-Moskvada yaxınları arasında, artıqTuz
Sübhan  kimi  ad  çıxarmışdı.  Oturub-durduğu
adamların  da  əksəriyyəti  Azərbaycan  türkləri  idi.
Onlar Stepanın türklüyünə inanır, onu türk kimi, Süb-
han kimi qəbul edirdilər. Dostları arasında ermənilər
də yox deyildi. Amma onlara qətiyyən özünün erməni
olduğunu  bildirmirdi.  Bir  sözlə,  bədbəxt  Şaqenin
pulları hesabına kef çəkirdi.
Bir gün hər şey tükəndi. Pullarını qumarda uduzdu.
Ciblərində qəpik-quruş qalmışdı. Başını stola dayayıb,
qolları arasına aldı. Ağlamaqdan özünü zorla saxladı.
İçindən  bir  səs  hayqırıb  gəlirdi:  “Yoxdur,  yoxdur
daha... yoxdur, heç nəyim qalmadı, heç nəyiiim!..”
deyib  qışqırmaqdan,  yumruğunu  qəzəblə  stola
çırpmaqdan  özünü  zorla  saxlayırdı.  Bu  an  kimsə
saçlarını  nəvazişlə  qarışdırdı:  “Saşa,  Saşa...  Özünü
üzmə, qalx gedək!.. Gedək, bizdə gecələyərik!..”
Stepan-Sübhan başını qaldırdı, şişib qızarmış, qan
çanağına  dönmüş  gözlərini  başı  üstündə  dayanıb
mərhəmətlə ona baxan qadına zillədi. Dikəldi. Qadının
əlini tutub üzünə sürtdü:
Milena
119


-Sən məni atmadın, hə?
-Niyə atmalıyam?
-Axı, indi mən heç kiməm!.. Heç nəyim qalmadı,
heç nəyim!..
-Ürəyin ki, qalıb... Saşa, mən səni çox sevirəm! Sən
mənim Saşamsan! - qadın nəvazişlə dilləndi.
-Məni sevirsən, hə?
-Əlbəttə!..  Qalx  gedək  bizə.  Bizdə  yaşayarıq.
Evimizdə  rahatlıqdır. Atamla  məndən  savayı  bizdə
kimsə yaşamır. O da gah evdə olur, gah da harasa çıxıb
gedir.  Onun  da  öz  adamları,  öz  dünyası  var.  Pulu
olanda içir, gəlir evin bir küncünə sərilib yatır. Bizimlə
heç bir işi olmayacaq, Saşa.
***
Bu qadın rus qızı Lyuba idi. Bir həftə öncə tanış
olmuşdular. On yeddi yaşı vardı. Qızlığını Stepana
qurban vermişdi. Bu bir həftə ərzində biri-birinə çox
bağlanmışdılar.  Günləri,  gecələri  kafe-barlarda,
gəzintilərdə keçirdi. Bir az əvvəl kazinoya da birlikdə
gəlmişdilər.  Bir  tərəfdə  əyləşib  Stepanın  qumar
oynamasını aralıdan seyr etmişdi Lyuba. O, uduzanda,
hər nə qədər təsirlənsə də özlüyündə Stepana dayaq
olmağa qərar vermişdi. 
Lyuba on yaşından atasıyla yaşayırdı. Anası səkkiz
il əvvəl imkanlı bir gürcüyə qoşulub getmiş, onları
atmışdı.  Bəlkə  də  getməyə  haqqı  vardı.  Çünki
Lyubanın  atasından  fərli  bir  kişilik  görməmişdi.
Lyubanın təməlini qoyduğu gündən sonra, bir ər kimi
ona nə vaxt yaxınlaşdığı, öpüb-oxşadığı məlum de -
yildi. Günləri sərxoşluqla keçirdi. Yalnız pulu qur-
taranda ayıq olurdu Dima.
Anası başqa ərə gedəndən sonra, elə bil atası Dima,
həqiqətən ayılmışdı və başa düşmüşdü ki, işləmək, pul
Zəka Vilayətoğlu
120


qazanıb  qızını  yaşatmaq  lazımdır.  O,  tikintidə
işləyirdi.  Əlli  beş  yaşındaykən,  yetmiş  yaşlı  günü
keçmiş qocaya oxşayırıdı.
Stepanın onlara gəlişini və sonrakı günlərdə onlarla
birgə yaşamasını Dima adi bir hal kimi qəbul etdi. İki
kiçik,  təmirsiz  otaqlardan  birində  o,  digərində  də
Stepanla Lyuba yaşamağa başladılar.
Otaqların  divar  kağızları  çoxdan  saralıb,
köhnəlmişdi.  İçəridəki  avadanlıqlar,  divan-kreslo,
televizor, stol-stul-hər şey köhnəlib, az qala, sıradan
çıxmışdı. Amma Lyubanın təravəti, gözəlliyi bunların
hamısını ört-basdır edirdi. Lyuba təmizkar, səliqəli
qadın  idi.  Bu  üzdən  də,  köhnə,  baxımsız  əksər  rus
evləri kimi bu ev üfunət qoxumurdu. Üstəlik, pəncərə
önündə  səliqəylə  sıralanmış  gül  dibçəkləri,  dib -
çəklərdə  daim  qayğıyla  bəslənmiş  yaraşıqlı  güllər
otağın havasını çox təmizləyirdi...
***
Sonuncu  pullarını  uduzduqdan  sonra  Stepanın
yadına düşdü ki, o, Rusiyaya ev almağa, ata-anasını
da  çəkib  öz  yanına  gətirmək  üçün  yer-yurd
düzəltməyə gəlmişdi. Amma iş işdən keçmiş, aradan
altı ilə yaxın vaxt ötmüşdü. Hələ bəlkə də, ata-ansını
Bakıda  türklər  çoxdan  öldürmüşdülər. Amma  yox,
atasıgilin  kimliyini  belə  asanlıqla  doğru-dürüst
müəyyənləşdirə  bilməzdilər. Sonda Stepan öz-özünə
təsəlli verdi: “Əşi, lap öldürsünlər! Onsuz da atamgilin
qatarı çoxdan gedib...” Şaqenin son sözlərini xatırladı:
“Türklər öldürməsə belə, bilirəm ki, yaxın vaxtlarda
öləcəyəm.  Sən  desən  də,  deməsən  də  bunu  mən
bilirəm.  Ona  görə  də  əziyyət  çəkib  harasa  qaçmaq
fikrində  deyiləm.”  Daxilən  inandı  ki,  türklər  onun
Milena
121


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə