Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə33/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

Skripkaçıyla qol-boyun olub şirin-şirin yatır, əri isə
qapı ağzında lüt-üryan dayanaraq, onu səsləyir, onunla
yatmağını  istəyir,  ilan  dili  çıxarıb  yalvarır.  Bu  an
qapının zəngi səslənir. Əri yoxa çıxır, Skripkaçı isə
hələ də onunla birgə yataqdadır. Zəng səsinə hər ikisi
təlaşlanır.  O,  elə  zənn  edir  ki,  gələn  Sirusdur.
Skripkaçını gizlətməyə çalışır, gizlədir də və gedib
qapını açır, qapıda kimsə yoxdur və o sevincək geri
qayıdır. Bu an yataqda oturub gözləyən Sirusu görür,
Skripkaçıdan isə əsər-əlamət yoxdur və bu an ərzində,
həqiqətən qapı zəngi aramsız səslənməkdəydi. Sadəcə,
Təravət  elə  dərin  yuxuya  getmişdi  ki,  səsə  ayıla
bilmirdi.  Uzun-uzadı  zəng  səsi  axır  ki,  onu  ayılda
bildi. Ayıldı, zəng səsini bir daha eşitdi, həyəcanlandı,
yatağına,  yan-yörəsinə  baxdı,  yanında  kimsənin
olmadığına əmin olduqdan sonra yenə də barmaqları
ucunda yeriyib qapıya yaxınlaşdı, gözlükdən baxdı.
Gələn  oğlu  idi.  Oğlu  narahtlıqla  ayağının  birini
qaldırıb,  o  birini  qoyur,  fıs-fıs  fısıldayır,  öz-özünə
donquldanır, zəngi aramsız basırdı.
-Yaxşı,  öldürmə  özünü,  açıraaam!..  Gecənin  bu
vaxtı sülə it kimi küçələrdə veyil-veyil dolaşmağı bəs
eləmir, hələ bir, məni də borclu çıxarır... Gəl, gəl, keç
içəri,  görüm  indi  hansı  iylənmiş  ləçərin  yanından
gəlirsən?-oğlunun içəri keçməsini gözləmədən hirs-
hikkəylə onun üstə düşdü.
-Ana,  noolub axı, qoy bir içəri keçim dəəə!
-Gəl,  əvvəlcə  keç  hamama,  yaxşı-yaxşı  yuyun.
Bilirəm  hansı  cəhənnəmdən  gəldiyini.  İtin-qurdun
nəfəsinə,  qoxusuna  dayanıb  mənim  evimi  murdar-
lama, bəsdir!
-Nooolub axı?
-Gəl, keç yuyun, indi deyərəm nə olduğunu!..  
Zəka Vilayətoğlu
134


Kişi olan hər yetənə tamah salmaz. Heyfin gəlmir
gəncliyinə?
-Ana, yaxşı daa, qoy oturmuşuq... Acından ölürəm,
nə bişirmisən?
-Avara oğula heç nə.
-Yaxşı daaa.
-Yemək bişirməyə ərindim. Soyuducuda kolbasa
var... Salat hazırlayııım?
-Hazırla,  indi  gəlirəm,-oğlu  yuyunmaq  üçün
hamama keçdi. Əslində isə anasının töhmətlərindən
can qurtarmaq üçün hamama girdi. Ən azı növbəti
yalanları uydurmaq üçün burda vaxt qazana biləcəkdi.
...Oğlu yemək yedikdən sonra süfrəni yığışdırdı.
Sonra  divanda  onunla  yanaşı  əyləşib  çantasında
gizlətdiyi  şəkli  çıxarıb  oğlunun  gözləri  qarşısında
tutdu:
-İindi de görüm, bu həyasız, bu ləçər kimdir ki, onu
belə acgözlüklə qucaqlayıb bu cür biabırçı bir şəkil
çəkdirmisən, utanıb yerə girmirsən?
-Bu səndə hardandır?-oğlu bədəninə iynə sancılmış
kimi dik atıldı.
-Necə yəni hardandır! Bilmirsən ki, mənim xüsusi
agentlərim vaaar?.. Bu ləçərin özü gətirib verib şəkli
mənə... Buna sözün nə?.. İnanmırsaaan?..
-Ola bilməz. Şəkil mənim köynəyimin cibində idi.
Yadımdan çıxıb qalıb orda. Yəqin ordan götürmüsən,
ya da cibimdən harasa düşüb qalıb, rastına çıxıb!
-Tutaq ki, belədir, olsun! Yaxşı, de görüm kimdir
bu ləçər?
-Ana,  yatmaq  istəyirəm.  Yuxu  deşir  gözlərimi.
Olaaar,  bu  haqda  sabah  danışaaaq?-oğlu  bir  yolla
anasının əlindən yaxa qurtarmağa çalışdı.
-Olmaz!  Sorğularıma  düzgün  cavab  verməyincə
Milena
135


sənə yatmaq yoxdur!.. De görüm, kimdir bu ləçər?..
Gör bir, adama oxşar sifəti vaaar!.. Üzü, üzlər görüb
bunun,  bala,  ağlını  başına  yığ!..  Özü  də  məndən
qocadır!..  Niyə,  axı,  özünü  çirkaba  bulayırsan?
Yazığın gəlmir özünə?
-Niyə  qoca  olur  ki,  məndən  cəmisi  yeddi  yaş
böyükdür dəəə. Mənim də iyirmi üç... İndi onsuz da
dəbdir, qadın kişidən böyük, təcrübəli olsa yaxşıdır.
Bir də ki, yaşın nə fərqi var, axı? Bir qulaq as,-oğlu
yaxınlaşıb  musiqi  mərkəzini  işə  saldı.  Müğənni
oxumağa  başladı:  “Yaşın  nə  fərqi  var  ki,  sevirəm
səni...”
Təravət əsəbləşib qışqırdı:
-Söndür onu, həyasız oğlu!.. Söndür dedim!.. Kəs
onun  səsini...  Gecdir,  yatmaq  vaxtıdır.  Gecənin  bu
vaxtı ətimizi tökmə...
***
...Taksi sırayla düzülmüş şam ağaclarının yanına
çatanda  dayandı.  Narın-narın  yağış  atırdı.  Sürücü
maşından düşməzdən öncə güzgüdə sir-sifətinə, sıx,
qara saqqalına diqqətlə baxdı. Əlini saqqalına aparıb
tumarladı,  gülümsədi,  düşündü:  “Saqqal  adamın
sifətini  necə  də  dəyişərmiş! Az  qala,  özüm  özümü
tanımayım!..” 
Daim  maşında  gəzdirdiyi  irirək  parçanı  götürüb
taksidən düşdü. Ağacların arasında su dəyməyən bir
yer tapıb parçanı sərdi, “Ya Allah, sən özün kömək
ol!”  deyib,  dizlərini  qatladı.  Əllərini  göyə  qaldırıb
pıçıltılarla  dualarını  oxuyub,  namazını  qılmağa
başladı. İbadətini sona yetirincə bərk acdığını hiss etdi.
Hardasa  əyləşib  yemək  yeməkdənsə,  yaxınlıqdakı
dönərxanadan dönər alıb maşındaca yeməyə, nahar
Zəka Vilayətoğlu
136


etməyə qərar verdi. Əvvəllər dönər yeməyə nə vaxtı
olardı, nə də həvəsi. Günü-güzəranı toylarda, restoran-
larda yeyib-içməkdə keçərdi. İndi belə şeylər onda
ikrah hissi doğururdu. Yemək üçün yaşamanın insana
xas bir şey olmadığını duyduqca, rahatlığını daha çox
Tanrıya ibadətdə tapırdı. Hər ibadət etdikcə də Tanrıya
bir az daha yaxın olduğunu hiss edirdi. 
Musiqi sənətindən, sevimli skripkasından-ailəsinin
çörək ağacından həmişəlik ayrılmaq istədiyi zaman
arvadı onu fikrindən daşındırmağa çox cəhd eləsə də
o, inadından dönmədi və bu yolu tutdu. Birdən-birə
dini kitablar oxumağa, məscidlərə üz tutmağa, namaz
qılmağa, oruc tutmağa başladı. Arvadına da sərtliklə
tapşırdı  ki,  yaxşısı  budur  o,  kişi  işinə  qarışmasın.
Skripkanı da göstərib nifrətlə “kişi sənəti deyil bu. Bu
sənət  şeytandan  başqa  heç  kimə,  heç  nəyə  xidmət
etmir. Musiqi, şərab, nəşə-bunlar hamısı biri-biriylə
qohum-qardaşdır, çox tez insanı yoldan çıxarır, pis
əməllərə  yönəldir...” Arvadı  daha  dinmədi  və  o  da
həmin gün skripkasını satıb, əldə etdiyi pulun üstünə
də qazandıqlarından əlavə edib həmin bu sarı taksini
aldı. Daha arxayın idi ki,qapıbir qonşusu Mustafanın
arvadı hay-küylə onun qapısından girib deməyəcəkdi:
“Ayaqlarının altında ölüm, ay Kəbir qardaş, ölmüşəm,
götür ölümü yerdən!.. Üzü iki cahanda qara olmuş
Mustafa evə cibləri boş qayıdıb! Toya göndərmişdim
ki, yesin-içsin, şənlənsin, toy siyahısına nəmər salsın.
Borcdur də, onsuz da bu gün-sabah biz də qızımıza
toy edəcəyik. Kimin kimdə borcu qalıb batasıdır ki?..
Sözümün canı odur ki, papağı boş qalmışın cibində
kor qəpik də qalmayıb. Dilinə o zəhirmar içki dəyən
kimi cibində nəyi var, xərcləyib musiqiçilərə. Sonda
siyahıya yazılmağa bircə manatı da qalmayıb, suyu
Milena
137


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə