Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

süzülə-süzülə üstümə qayıdıb gəlib... Gözlərinə canım
qurban, deyir, toyun musiqiçiləri siz imişsiniz. Səni
görən kimi nə təhər sevincək olubsa, hər nəyi var sizə
xərcləyib... Deyirəm, bəlkə... Görüm elə qan qussun
o musiqiçiləri! Bir tikə çörəklərini balalarına halallıqla
yedirməsinlər!..Özünə  götürmə,  sən  Allah!  Yəni
deyirəm, bəlkə...”
Qadın,  deyəsən  özünü  gicliyə  qoymuşdu,  ya
həqiqətən  dəli  idi,  qulaqları  eşidə-eşidə  Kəbiri
qarğıyırdı.  Elə  bu  üzdən  də  qadına  baş  qoşmadı,
çətinliklə də olsa səbrini basa, coşmaqda olan qəzəbini
yatıra bildi və toydan qazandığı pulları arvada verdi
ki, qan qusmasın, balaları yetim qalmasın. O vaxt, bu
vaxt bir daha musiqi sənətinə qayıtmayacağına söz
verdi.  İradəli  adam  olduğundan  içkidən  də,
uyuşdurucudan da asanlıqla xilas ola bildi. Ümumən
ağlına batan hər şeyi eləyən adam idi və heç bir vəchlə
onu inadından döndərmək mümkün deyildi...
Şər  qarışmışdı.  Şəhərin  hər  evində,  tinində,
küçəsində, mağazalarında alışıb-yanan gur işıqlar, göz
vurur, yer üzünə enməkdə olan şəri qovmağa çalışır,
biri-birinə “qorxma, mən burdayam” deyirdilər.
Kəbir taksinin sürətini artırıb irəliyə hərəkət etmək
istərkən yolun sağ tərəfində dayanaraq, ona əl qaldıran
qadını  gördü.  Sürətlə  irəlilədiyindən  qadını  keçib
saxladı maşını və təzədən geriyə verdi. Qadın arxa
qapını açıb maşına əyləşdi və asta, ehtiyatlı, hürkək
səslə dedi:
-Zəhmət olmasa, “Yasəmən” restoranının yanına
sürün!..
Çox keçmədən Kəbir taksini məşhur “Yasəmən”
restoranının düz yanında saxladı və arxaya baxmadan
nəzakətlə qadına dedi:
Zəka Vilayətoğlu
138


-Çatmışıq, buyurun!
Qadın  restorana  çatdıqlarını  bilirdi,  amma
maşından düşməyə tələsmirdi. Pəncərədən restoranın
həyətində yan-yana dayanmış bahalı, son model xarici
avtomobilləri gözdən keçirdi. Yağlı, quyruqlu erkək
toğlulara bənzətdi bu avtomobilləri. Onların sırasında
Sirusun “BMV”sini də aradı, gözlərinə dəymədi. 
Sirusun üzünə evinin qapısını da, telefonunu da
qapamışdı. Hətta telefon nömrəsini də dəyişmişdi ki,
bir  daha  Sirus  onu  tapa  bilməsin.  Birdən-birə
gözündən düşmüşdü Sirus. Skribkaçı hamını, hər kəsi,
hər şeyi salmışdı gözlərindən. Bununla belə barma -
ğındakı qiymətli, briliant qaşıl qızıl üzük, qulağındakı
briliant sırğalar, qızıl boyunbağı, qiymətli əlbəsələr-
hamısı qınayırdı onu. Sanki onların parıltısı Sirusun
gözlərinin  parıltısı  olaraq,  onu  yandırmağa  çalışır,
deyirdilər:  “Niyə  belə  edirsən?  Axı  Sirus  səni  öz
canından çox istəyir!..”
Taksi  restoranın  həyətində  yarım  saatdan  çox
dayandı. Qadın hələ də taksidən düşmək istəmirdi.
Kəbir onun məqsədindən xəbərsiz halda təkrarladı:
-Xanım, biz çatmışıq. Mən getməliyəm!
-Olaar,  bir  az  da  gözləyək?..  Xahiş  edirəm,
inciməyin! Pulunuzu da artıqlamasıyla verəcəm!
-Xanım, məsələ pulda deyil. Gözləmək lazımsa,
gözlərəm, eybi yox, bizim işimiz budur!
-Çox  sağ  olun!..  Bilirsiiiz,  bir  nəfərlə
görüşməliyəm, deyəsən, ləngiyir!
-Narahat olmayın, xanım, lap bir saat da gözləyə
bilərik!
Restorandan  musiqi  səsi  gəlirdi.  İçəridə  baş
verənlər qadının gözləri önündə canlanırdı. Bura bir
gecəlik qadınlarla, məşuqələrlə gələn kişilər yeyir-içir,
Milena
139


onlarla qucaqlaşıb rəqs edir, sonda restoranda yerləşən
istirahət otaqlarına çəkilirdilər. Skripkaçı da sonacan
öz  işində  idi  və  gözəl,  lirik  musiqilərlə  onların
könüllərini daha da riqqətə gətirir, həvəs və ehtiras -
larını bir az da coşdururdu...
Yarım  saat  da  keçdi.  Qadın  hələ  də  taksini  tərk
etmək istəmirdi. Sürücüyə dediyi kimi, “gözlədiyi”
adam  da  gəlib  çıxmaq  bilmirdi.  Qorxu-hürküsü
olmasaydı,  taksidən  düşüb  restorana  girər,  qapının
ağzında  dayanıb  Skripkaçını  oğrunca  seyr  edər,
musiqilərini  dinlər,  çıxıb  gedərdi.  Ehtiyat  edirdi,
birdən  Sirusla  qarşılaşardı.  Çox  da  Sirusun  maşını
gözə  dəymirdi.  Ola  bilərdi  ki,  hansısa  dostunun
maşınında gəlmiş olardı bura.
-Xanım,  deyəsən,  gözlədiyiniz  adam  gələnə
oxşamır!-Kəbir səbri tükənmiş halda dedi.
-Xahiş edirəm, bir az da gözləyin! Vallah pulunuzu
artıqlamasıyla ödəyəcəm, narahat olmayın!
-Xanım, məsələ pulda deyil. İnsan, bu dünyada tək
pul üçün yaşamamalıdır!..
Qadın bir söz demədən sürücüyə baxdı. Gözlərini
aydın görə bilmədi. Görsəydi bəlkə də dalağı sancardı.
Amma qara, cod saqqalını görürdü. Bu saqqal onun
işıqlı sifətini qatı zülmət kimi bürümüşdü. Yazığı gəldi
sürücüyə. Elə zənn etdi ki, onun kimsə, əziz adamı
rəhmətə gedib. Nəsə soruşmağa da cəsarət etmədi. 
-Bacı,  məncə  boşuna  vaxt  itiririk!  Burda
dayandıqca özümü çox pis hiss edirəm. Belə yerlərdən
xoşum gəlmir mənim. Bu cür yerlər yalnız şeytana
xidmət edir. İnanın mənə, şərab olan yerlərin hamısı
şeytanın  obyektləridir.  Mən  mömin  adamam,  məni
Haqqa aparan yol burdan çox-çox aralıdır. Bilirəm bu
cür  yerlərə  kimlərin  gəldiyini,  nə  oyunlardan
Zəka Vilayətoğlu
140


çıxdıqlarını.
-Qardaş,  sizdən  nə  gizlədim,  mənim  heç  kəslə
görüşüm  yoxdur,  kimsəni  də  gözləmirəm.  Bu  gün
mənə bir nəfər xəbər çatdırıb ki, sənin ərin bir qadınla
hər axşam “Yasəmən” restoranına kef çəkməyə gəlir.
Onunçün  də  bura  gəlmişəm.  Gözləyirəm,  görüm,
deyilənlər həqiqətdir, ya yox. Görsəm ki, yanında yad
bir qadın var, inanın Allaha, gözlərinizin qarşısında
onun başına bir oyun açacam ki,..  
Qadın, sürücünü bir az da gözlətmək üçün özündən
yalanlar uydurmağa başladı. Birdən də anladı ki, bu
yalanlarla o, yalnız özünü aldadır. Səhərəcən burda
dayanıb gözləməklə də heç nəyə nail olmayacaq. Buna
baxmayaraq,  inadla  gözləməyində  davam  edirdi.
Ümid  edirdi  ki,  restoranda  iş  bitdikdən  sonra
Skripkaçı  bayıra  çıxıb,  evinə  getmək  üçün  öz
maşınına(əslində Skripkaçının heç vaxt şəxsi maşını
olmamışdı. Qazandıqlarını müdam içkiyə, nəşəyə və
qadınlara  xərcləmişdi)  əyləşəcək.  Heç  olmasa  bu
zaman  onun  mübarək  vücudunu  bir  anlıq  görüb
sakitləşəcək.
-Xanım,  deyilənlər  doğru  isə,  əriniz  çox  böyük
günah işləyir. Onu güdməklə, qarabaqara izləməklə
siz özünüz də günah işləmiş olursunuz! Bu azmış kimi
məni də özünüzə yoldaş edirsiniz. Beləliklə üçümüz
də  günah  işləmiş  oluruq.  Mənim  günahım  isə
ikinizinkindən  də  böyük  olur!.. Allah  xatirinə,  pu-
lunuzu da istəmirəm, düşün maşından, çıxıb gedim,-
Kəbir əsəbi dilləndi.
Qadın dilxor halda dedi:
-Elə isə qayıdaq geri, məni götürdüyünüz yerə.
...Taksi deyilən yerə çatanda qadın dedi:
-Sağa dönüb, düz gedin!
Milena
141


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə