Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə31/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   28   29   30   31   32   33   34   35   36

siqaret çəkməyə başladı və yenə də son qullabı vurar-
vurmaz Dimaya baxıb soruşdu: 
-Çəkirsəəən?
Dima başıyla “hə” işarəsi verdi və Stepanın ani əl
hərəkətiylə,  təlim  görmüş  it  kimi  yaxınlaşıb,  onun
dizləri  önündə  yerə  əyildi,  təklif-zad  gözləmədən
keçəl başını Stepanın qarşısına tutdu. Bir anda başının
yağı cızıldadı və həmişə olduğu kimi yenə də otağa
yanıq ət qoxusu yayıldı. Stepan bu qoxudan ləzzət
alırmış kimi havanı dərin-dərin qoxladı: “Oxxaaaay!
Ləzzətli kabab qoxusu gəlir, eeeee!-dedi və kresloya
yayxanıb qəşşş elədi. Elə bil, onun bu son sözləri və
qəh-qəhəsi  Dimanı  ayıltdı,  itməkdə  olan  insanlıq
heysiyyətini, qürurunu, mənliyini ona qaytardı. Bir
anda  Dimanın  içində  bir  qəzəb,  kin,  nifrət  dalğası
qopub təlatümə gəldi və çox atıb-tutduqdan sonra, axır
ki, onu insanlıq sahilinə çıxartdı. Dima son gücünü
toplayıb, yanıq-yanıq, dağ-dağ olmuş başının ağrısını,
göynərtisini  içində  boğdu,  yatmaq  bəhanəsilə  öz
otağına  keçdi.  Bir  qədər  gözlədi.  Pərdə  arxasından
Stepanı  izlədi.  Çox  keçmədən  Stepan  kreslodaca
mürgüləməyə,  xoruldamağa  başladı.  Dima  ehtiyat
üçün  həmişə  çarpayısının  altında  saxladığı  ağzı
ovxarlı  əl  baltasını  götürüb,  ehtiyatla  Stepana
yaxınlaşdı. İçindəki qəzəb, nifrət hissi ona ilahi bir
güc, ayıq-sayıqlıq bəxş etmişdi. Tikintidəki ağır iş,
zəhmət də əzələlərini lazımınca bərkitmişdi. İradəsi
zəif, özü ağciyər olsa da, qolları güclü idi. Amma bu
dəfə qorxaqlığın daşını atmışdı. Bəlkə elə buna görə
də baltanı çox sərrast tutmuşdu və lazımi hədəfə hansı
güclə endirəcəyi də bəlli idi.
Stepan  xorna  çəkirdi.  Olsun  ki,  ölüm  yuxusu
görürdü  və  ya  çox  ehtimal,  keçəl  başını  külqabıya
Zəka Vilayətoğlu
126


döndərdiyi Dimanı yenə də alçaltmaqla həzz alırdı.
Amma  Dima  buna  imkan  vermədi,  Bu  dəfə  o,
Stepanın həyatını həmin siqaret kötükləri kimi onun
öz başında söndürdü. Var gücüylə endirdiyi balta bir
anda Stepanın başını iki yerə parçaladı. Onun beyin
qatığı Dimanın nəzərində bir anlıq külqabıdakı bom-
boz siqaret külünə bənzədi. Sonra, heç nə olmayıbmış
kimi  Dima  baltanı  döşəməyə  tullayıb,  süfrədəki
butılkadan özünə araq süzdü. Bu dəfə lap həvəslə və
qorxmadan,  çəkinmədən  çay  stəkanını  araqla
doldurdu,  əlinə  götürüb,  içmədən  öncə  ani  olaraq,
Stepanın  paralanmış  başına  baxdı.  İkrahla  meyitə
tüpürdü: “Tfu, y...tvayomat” deyib, yenə də birnəfəsə
arağı  başına  çəkdi.  Ardınca  da  duzlu,  turşu  xiyarı
ağzına  doldurub  çeynədi.  Sonra  səntirləyərək,  öz
otağına keçdi və yalnız bu zaman hiss etdi ki, bərk kef -
lidir. Ayaq üstə heç cür dayana bilmirdi. Heç nəyi gör-
mür,  heç  nəyi  xatırlamırdı.  Elə  beləcə  duruş  gətirə
bilməyib  tir-tap  çarpayısına  sərildi  və  o  dəqiqə  də
ölüm yuxusuna getdi...
Milena
127


SKRİPKAÇI
Qapının  zəngi  çalınanda  Təravət  diksindi.
Barmaqlarının ucunda yeriyərək, otaqların işıqlarını
söndürdü,  sonra  ehtiyatla  qapıya  yaxınlaşıb  təkrar
zəngi  gözlədi.  Zəng  bir  daha  çalınanda  əyilib
gözlükdən  baxanda  Sirusu  gördü.  Həyəcanla,  qor -
xuyla  nəfəsini  içinə  çəkib  beləcə  gözlükdən  baxıb
Sirusu  izlədi.  Sirusun  qapı  zəngini  aramsız
səsləndirməsinə baxmayaraq, qapını onun üzünə açan
olmadı ki, olmadı. Vədələşdiklərinə əsasən Təravət
evdə  olmalı,  onu  həmişə  olduğu  kimi  gülərüz,
mehriban qarşılamalı idi. Düşündü ki, yəqin hardasa
ləngiyib qalıb, indilərdə gəlib çıxar. Bu düşüncəylə də
sağa-sola boylanıb bir daha qapı zəngini basdı. Bu
dəfə də qapının açılmadığını görüb, cibindən siqaret
çıxardı. Yandırmazdan öncə barmaqları arasında xeyli
fırlatdı:  “Axı  hara  getmiş  olar  bu  qız?..”  Siqareti
damağına qoyub odladı və qatı, acı tüstünü yanğılı-
yanğılı  sümürüb,  ciyərlərinə  çəkdi.  Cib  telefonunu
çıxarıb  Təravətin  telefon  nömrəsini  yığmağa
başlayanda Təravət gözlükdən çəkildi, pişik cəldliyi
ilə yerindən sıçrayıb yataq otağına qaçdı. Stolun üstə
qoyduğu telefonunu qaparaq, döşəyin altda gizlətdi.
Buna bəndmiş kimi döşəyin altından telefonun boğuq
səng səsi eşidilməyə başladı. Sanki telefon, ağzına
yastıq basılmış, nəfəsi qaralmaqda olan bir adam idi,
boğulur,  imdad  diləyirdi.  Bir  anlıq  hətta  Təravətin
gözlərində bu telefon Sirusa çevrildi; yalvarır, inləyir,
boğulmaqdan xilas üçün onu köməyə çağırır, o isə
rəhmsizcəsinə baş verənləri kənardan soyuqqanlıqla
seyr edirdi...
Zəka Vilayətoğlu
128


Telefonun boğuq zəng səsi bayırda çətin eşidilərdi.
Buna baxmayaraq, hər səsləndikcə Təravətin gözləri
canavar görmüş cüyür gözləri kimi dörd olur, qorxu-
dan, həyəcandan, az qalırdı hədəqəsindən çıxsın. Elə
bu hisslərlə də əlini, sinəsini yarıb çıxmağa can atan
ürəyinin üstə qoydu...
Gözləməyin əbəs olduğunu duyunca, Sirus deyinə-
deyinə, ağır addımlarla daş pillələri enməyə başladı.
Amma  ayaqları  getsə  də  ürəyi  arxada  qalmışdı.
Küçəyə  çıxıb  cibindən  bir  dəst  açar  çıxardı  və  bir
tərəfdə  əylədiyi  “BMV”-yə  yaxınlaşdı.  Maşına
əyləşməzdən öncə bayaqkı nigaranlıqla altdan yuxarı
beşqatlı  binanın  dördüncü  qatına-Təravətin  evinin
pərdəylə  sıx-sıx  örtülmüş  pəncərəsinə  baxdı.
Pəncərələr  də  qapı  kimi  onun  üzünə  bağlanmışdı
sanki. Damağında kötüyü qalmış siqaretə son qüllabı
vurub, onu yerə atdı və sanki ən qəddar düşmənini
başını əzirmiş kimi tabdayıb əzdi və hirslə fısıldayıb
maşına əyləşdi. Son dəfə Təravətin evinin pəncərəsinə
baxıb maşını hərəkətə gətirərək, çıxıb getdi.
Aradan xeyli vaxt ötməsinə baxmayaraq, Təravət
hələ  də  yerində  donub  qalmışdı.  Telefonu  da
susmuşdu. Deyəsən, doğrudan da yastıq altında nəfəsi
qaralmış, adam kimicə boğulmuşdu.
Yastığı qaldırmağa qorxurdu. Elə bilirdi, yastığı
qaldırsa, həqiqətən boğulmuş bir adamın meyiti ilə
rastlaşacaq.  Beləcə  donuq-donuq  yastığa  tamaşa
etməyə başladı. Bu, o yastıq idi ki, əvvəllər əriylə,
sonralar  da  Sirusla  onun  üstə  çox  baş  qoyub
yatmışdı...
O,  nə  ərini,  nə  də  Sirusu  heç  vaxt  sevməmişdi.
Birinciyə onu zorla vermişdilər. Zor gücünə isə nəyəsə
müvəqqəti  nail  olmaq  olar,  gec-tez  zorla  qurulan
Milena
129


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə