Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə20/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

məlum oldu ki, bunlar Şahların oğlu və xanımıdı.
Şahlar saat on birdə - mən çatandan təxminən üç
saat sonra gəlib çıxdı. Onu görən kimi xatırladım; on
il  əvvəl  Bakıda-oğlunun  kiçik  toy  məclisində
gördüyüm bu adam o qədər sadə, gülərüz, mehriban
idi ki, beləsindən ötrü təmənnasız olaraq, dünyanın o
biri başından da gəlmək xoş idi.
Şahların ailəsindəki qonaqpərvərlik, mehribanlıq,
sadəlik könlümə  rahatlıq və fərəh bəxş etmişdi. Bu
fərəh bir də onda birə-beş artdı ki,  bura gəlişimdən az
sonra    adımı,  ifalarımı  eşidən,  üzümü  görmək
arzusunda  olan,  ümumiyyətlə,  məni  tanımayan,
sadəcə, Azərbaycandan təşrif buyuran  qonaq kimi
qəbul edən hər kəs Şahların evinə axışdı...
Şahlar,  dördotaqlı  geniş  və  rahat  mənzilindəki
otaqlardan ən yaxşısını mənə ayırmışdı. Həm onun
ailəsinin, həm də öz rahatlığım üçün oteldə qalmaq
istəsəm də Şahlar razılaşmadı.
Sorağımı  eşidib  gələn  adamlar  bizdən  ayrılıb
getmək istəmir, Azərbaycanla bağlı suallar verir, mənə
çox maraqla baxırdılar. Biri deyirdi, müğənnimiz tele-
viziya ekranında çox ucaboy görünür, sən demə elə də
ucaboylu  deyilmiş;    digəri  deyirdi  ki,  guya,  mən
həyatda  efirdəkindən  cavan  görünürəm;  başqa  biri
səsimi,  oxu  tərzimi  tərifləyir,  səsimin,  ifamın
bənzərsiz olduğunu deyir, bir başqası da mənim bu
uzaq diyara gəlib çıxdığıma inanmadığını söyləyirdi.
Çox söz dedilər. Onların ünvanıma yağdırdıqları
tərifli sözlərdən də mənə çox xoş olanı o adamların
sadəliyi, mehribanlığı idi.
Şahların  bütün  yaxınları  gecə  saat  on  ikiyəcən
sabahkı xoş günün şərəfinə (Şahların kiçik qardaşı,
bacanağı,  qayınları  da  burda  yaşayırdılar)  deyib-
Milena
81


güldülər, yeyib-içib şənləndilər. Saat on ikidə Şahlar
bizmlə  sağollaşıb  getdi.  Onun  bu  gecə  vaxtı  hara
getməsiylə bağlı marağımı hiss edən, əri tək gülərüz,
mehriban, qonaqsevər xanımı Dilarə dilləndi:
-Narahat olmayın, qardaş, Şahlar səhər tezdən evdə
olacaq!
“Hara getdi, niyə getdi?” - soruşmaq istəsəm də,
bunu ədəbsizlik hesab etdiyimdən dinmədim. Dilarə
xanım, deyəsən, bunu hiss edib:
-Aallah xaraba qoysun, türməyə getdi! - Ağrıyla
bildirdi.
-Necə?.. Türməyə?!.. Türmədə işləyir? - Bu dəfə
soruşdum. 
-Türmədə  işləsəydi,  nə  vardı  ki!..  –  Onun  səsi
titrədi. - Yatmağa getdi!.. Əslində üç il gecə-gendüz,
günəgün  yatmalı  idi.  Bu  hesabla  ev  üzü  görmə -
yəcəkdi. Allah yaxşı adamların canını sağ eləsin, pul-
dan-paradan verib bir ilə endirdik. İndi o bir ilin də,
cəmi bir günü - yəni bu gecəsi qalıb. Sabahdan, Allah
qoysa, tamam azad olacaq! Əslində, oğlumun doğum
günüylə yanaşı Şahların da azadlığını, Allah qoysa,
sabah bayram edəcəyik!
-Deməli, atanın azadlığı, övladın doğum gününə
təsadüf edir! - Fərəhlə dilləndim.
-Elədi... Qalan bir ili də, əslində, rahat başa vurdu...
Gözətçiyə görüm-baxım eləyib, razı sala bildik ki, heç
olmasa, Şahları səhərlər evə buraxsın. O vaxtdan da
gecəni türmədə yatır, gündüzləri evdə olur.
-Bəs gündüzlər dustaqlara nəzarət-zad olmur? –
Maraq məni bürümüşdü.
-Olur.  Amma  rəisin-zadın  yoxlaması  olmur.
Dustaqları, Şahların dediyinə görə, adətən gecələr bir-
bir yoxlayırlar, gündüzlər isə elə də ciddi yoxlamalar
Zəka Vilayətoğlu
82


olmur. Elə buna görə də nəzarətçi  razılaşdı, yoxsa,
Şahlar yazıq gecə-gündüz türmədə çürüyəcəkdi!
-Bəs birdən gündüzlər azadlığa buraxılan dustaq
qaçıb aradan çıxsa?.. 
-Onlar hər adamı buraxmırlar ki!.. - Bir də, bizə elə
gəlir ki, gündüz evə buraxılan dustaq nəzarətsiz qalır,
heç də belə deyil...
-Nəyə görə həbs ediblər Şahları? – Çətin də olsa,
bu sualı verməkdən özümü saxlaya bilmədim.
-Burda belə bir qayda var, - ev sahibəsinin sifəti
kölgələndi, - qırmaq, doğramaq üçün, istəsən bir yox,
bir neçə hektar meşə sahəsi götürə bilərsən, özü də qa-
nuni müqaviləyə əsasən. Bir il ərzində həmin meşəni
qırıb qurtarmalısan. Əgər bu müddətdə qırıb qurtara
bilmədinsə,  ödədiyin pulun məbləğindən asılı olma-
yaraq,  bir daha həmin əraziyə girib, ağac kəsməyə
sənin  ixtiyarın  yoxdu,  əks  halda  səni  üçillik  həbs
cəzası gözləyir. Şahlar da belə bir səhvin, lap açığı
tamahının  qurbanı  oldu.  Əlimizdə  olub-qalanı  da
türmə yedi. İndi də bu gün düz bir il tamam olur ki,
gecələr  gedir,  gündüzlər  evə  qayıdır.  Çox  da  ki,
gündüzlər  evə  qayıdır,  evdən  kənara  bir  addım  da
atmağa  ixtiyarı  yoxdu...  Şahlar  yazığa  olanlar  bir
başqasına  olsaydı,  vallah,  fikirdən-dərddən  ürəyi
partlardı. Ali  təhsil,  diplom  bir  işə  yaramadı...  Bir
müddət  işsiz  qaldı.  Sonradan  sonraya  Bakıda  -
Əhmədlidə  bir  çörək  sexi  açdı,  onu  da  işlətməyə
imkan vermədilər. Yerli-yersiz yoxlamalar onu boğaza
yığmışdı. Axır, baş götürüb Azərbaycandan çıxmaq
qərarına gəldi. O vaxtdan da taleyimiz gətirib bizi bu
meşənin  içinə  atdı.  Biz  bura  gələndən  bir  il  sonra
Şahların kiçik qardaşı da ailəsini götürüb yanımıza
gəldi.  Neynəyək,  görünür,  qurban  olduğum  Allah
Milena
83


bizim çörəyimizi də bizə burda verməyi rəva bilib!..
İndi,  Allaha  şükür,  -  başımıza  gələn,  gətirilən  bu
müsibətlərə baxmayaraq, - yenə də hər şeyimiz var.
Güzəranımız  xoşdu.  Qurbanı  olduğum  Allah  bizi
darda qoymadı. Əgər Fərman adlı bir dostu, - illərlə
evimizdə çörək yeyib, haram xoşu olsun, iraq sizdən,
- ona ağır zərbə vurmasaydı, bəlkə də indi Şahlar mil -
yonçu idi.
Şahların  xanımı,  məni  çoxdan  və  lap  yaxından
tanıyırmış kimi, açıq ürəklə bütün dərdlərini, başlarına
gələn və gətirilən müsibətləri aravermədən danışırdı.
Hərdən mənə də elə gəlirdi ki, bu qadın bacımdır və
ya hansısa əziz-xələf qohumlarımdandır. Bəlkə də bu
yerlərə  toy  şənliyinə  dəvət  alıb  gəlmiş  hər  hansı
məşhur Azərbaycan müğənnisi üçün Dilarə xanımın
söylədikləri bir o qədər də əhəmiyyət kəsb etməzdi,
ola bilsin ki, bu sadə adamlarla yaxınlıq edib, onlarla
kəlmə  kəsməz,  heç  saatlarla  da  oturub  qalmazdı.
Amma mənimçün insanların arasında olmaq, onların,
sevinciylə  yanaşı  dərd-qəmlərilə  də  yaxından  tanış
olmaq  həmişə  vacib  olduğundan  maraqla,  həm  də
böyük həyəcanla bu sadə, mehriban, gülərüz və mənə
olduqca  doğma  adam  təsiri  bağışlayan  qadının
söylədiklərinə biganə qala bilmədim, soruşdum:
-Nə baş verdi ki?!
-O baş verdi ki, həmin adam - dostu dediyi Fərman
Şahlara qarşı alçaqlıq elədi!.. – Dilarə xanım köksünü
ötürdü. – Bakıda - şəhərin ən yaxşı yerində bizə torpaq
almaq adıyla Şahlardan xeyli pul qopardı. Şahlar sağ
olmuş  da  nəyi  vardı  verdi  Fərmana.  Dedi,  bu  gün
əlimə yaxşı pul gəlir, sabahı bilmək olmaz, hər şey
əldən  çıxar,  fürsət  varkən,  Bakıdan  torpaq  alıb,  ev
tikdirək, onsuz da gec-tez buralardan çıxıb, gedəcəyik,
Zəka Vilayətoğlu
84


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə