19
1. Bütün təsərrüfat subyektlərinin və vətəndaşların qanun qarşısında hüquq
bərabərliyi;
2. Vergi ödəyicilərinin bəzi kateqoriyalarına verilən vergi imtiyazlarının qanunla
təsdiq olunması;
3. Vergi siyasətinin sabitliyi və ardıcıllığı;
4. Vergi şəffaflığının təmin olunması;
5. Proqressiv vergitutma formalarına üstünlük verilməsi;
6. Vergi xidməti orqanlarının qeyri-qanuni hərəkətlərinə yol verilməməsi.
Vergi ödənişləri sisteminin təkmilləşdirilməsində və onun müasir tələblərə uyğun
səviyyəyə çatdırılmasında informasiya təminatının böyük rolu vardır.
1.3. Vergi ödə niş lə ri sisteminin beynə lxalq tə crübə si
Ölkədə həyata keçirilən sosial-iqtisadi dəyişikliklər bazar iqtisadiyyatının tələblərinə
uyğun adekvat vergi tənzimlənməsi sisteminin formalaşdırılmasını obyektiv zərurətə
çevirir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında vergiyə cəlb etmənin müasir
konsepsiyasının elmi əsaslandırılması, vergi siyasətinin həyata keçirilməsi mexanizminin
və vergitutma sisteminin təkmilləşdirilməsinin nəzəri-metodoloci prinsiplərinin
yaradılması və s. kimi bir sıra müstəqil problemlər mövcuddur. Bu problemlərə - vergi
sisteminin konseptual modelinin və onun həyata keçirilməsi mexanizminin
formalaşdırılması; səmərəli vergi siyasətinin qurulması prinsiplərinin, onun taktika və
strategiyasının müəyyən edilməsi; vergi tənzimlənməsi ilə dövlətin iqtisadi proseslərə
büdcə, pul-kredit, valyuta-maliyyə vasitəsilə təsiri arasındakı qarşılıqlı əlaqələrin
formalarının müəyyən edilməsi və s. aiddir.
Göstərilən məsələlərin həll edilməməsi ölkədə səmərəli vergi siyasətinin həyata
keçirilməsinə mənfi təsir göstərə bilər və bazar iqtisadiyyatının formalaşdırılması vasitəsi
kimi vergilər özünün potensial imkanlarını reallaşdıra bilməz.
Son illər ölkəmizin vergi qanunvericiliyində aparılan əsaslı dəyişikliklər,
dövlətimizin yürütdüyü vergi siyasətini makroiqtisadi inkişafı stimullaşdıran səmərəli
iqtisadi alətə çevirmiş, sahibkarlarla vergi xidməti əməkdaşları arasında münasibətlərin
20
qarşılıqlı anlaşma əsasında qurulmasına səbəb olmuş, habelə vergi nəzarətinin
təkmilləşdirilməsi vasitəsilə vergilərin vaxtında və tam həcmdə büdcəyə alınmasının
təmin olunması məqsədilə vergi orqanlarının inzibati strukturunda adekvat islahatların
həyata keçirilməsini zəruri etmişdir. Bütün ölkələrdə olduğu kimi, respublikamızın da
vergi sistemi özünəməxsus çalarlara malikdir. Ümumiyyətlə, müxtəlif ölkələrin vergi
sistemi müəyyən xüsusiyyətlərinə - vergilərin strukturuna, növlərinə, onların tutulma
qaydasına, vergi dərəcələrinə, yerinə yetirdiyi fiskal funksiyanın səlahiyyət dairəsinə,
vergi bazasına, vergi güzəştlərinə və s. görə bir-birindən fərqlənir. Əlbəttə ki, bu
qanunauyğun haldır, çünki formalaşan hər bir vergi sistemi müxtəlif iqtisadi, siyasi və
sosial şəraitə uyğunlaşaraq həmin ölkənin vergi rejimini tənzimləyən qanunverici
qüvvədir. Lakin beynəlxalq vergi sistemləri müəyyən prinsipial fərqlərə malik olsalar da,
onlar arasında oxşar cəhətlər də mövcuddur.
Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun sivil vergi sistemi qurulsa da
dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud vergi
sistemlərinin müqayisəsi, respublikamızda aparılan islahatları, görülən işləri daha dəqiq
qiymətləndirməyə əsas verir.
nkişaf etmiş dövlətlərin bir çoxu vergitutma sahəsində uzun tarixi yol keçmiş və
hər biri demək olar ki, çevik vergi sistemi formalaşdırmışdır. Bu ölkələrdən bəzilərində,
məsələn ABŞ, Kanada, Yaponiyada və s. büdcə, 3 səviyyədə - federal (dövlət), regional və
yerli vergilər tərtib və təsdiq edilir və bu sistemə uyğun olaraq vergilər müəyyənləşdirilir.
Güclü iqtisadi bazaya malik olan ABŞ, həm də sivil bazar münasibətlərinə uyğun vergi
sisteminə malikdir. nkişaf etmiş Avropa ölkələrinin vergi sistemi də ABŞ-da olduğu kimi
çoxşaxəli və müxtəlifdir. Bu ölkələrdə icbari ödəmələrin ÜDM-da xüsusi çəkisi belədir:
ABŞ-da-30%, Kanadada-34%, Fransa, Avstriya, Danimarka, Belçika və sveçdə- 40%,
Almaniyada isə 38%-ə çatır. ABŞ-da federal büdcə bütün gəlir və xərclərin təxminən
80%-ni, ştatların büdcəsi- 15%-ni, yerli vergilər isə 5%-ni təşkil edirsə, bu göstəricilər
Kanadada müvafiq olaraq, 48%, 42% və 10% təşkil edir.
ABŞ-da federal vergilərin prioritet mövqe tutmasına baxmayaraq şəhər və digər
yerli qurumların büdcəsinin formalaşmasında yerli vergilərin payı kifayət qədər yüksəkdir.
Onlar federal və ştatların büdcələrindən ayrılan dotasiyalar və subvensiyalarla bərabər,
21
həm də yerli büdcələrin gəlirlərinin formalaşmasında mühüm rola malik olmaqla öz
xərclərinin 80%-ni ödəmək qabiliyyətinə malikdir. ABŞ-da müstəqil maliyyə bazasına
malik olan 83 min yerli idarəetmə orqanı fəaliyyət göstərir. Təcrübədə bələdiyyələrin
vəsaiti hesabına yerli təsərrüfat fəaliyyəti növlərinin inkişafına şərait yaradan xüsusi
istehsal yerlərinin tikintisi də həyata keçirilir. Stimullaşdırıcı tədbir kimi buna
müəssisələrin yerli vergilərdən birdəfəlik, və ya müvəqqəti olaraq azad olunmasını
göstərmək olar. Ərazilərin sosial-iqtisadi infrastrukturunun inkişafına yönəldilən əsaslı
vəsait qoyuluşunun böyük bir hissəsi dövlət hakimiyyəti və bələdiyyələr tərəfindən həyata
keçirilir. Bu kapital qoyuluşları mənfəət əldə edilməsini nəzərdə tutmur, lakin dolayı yolla
xüsusi kapitalın mənfəətinin artırılmasına xidmət edir. Bunlara ilk növbədə tikinti,
nəqliyyat, rabitə sahəsində infrastrukturun inkişafına yönəldilən xərclər, su təchizatı
sistemlərinin qurulması, tikintilər üçün torpaq sahələrinin hazırlanması və s. xərclər aiddir.
Avropa ölkələrində bu sahədə nisbətlər bir az fərqlidir. Yerli vergilər çoxsaylı olmalarına
baxmayaraq bir növ köməkçi rolunda çıxış edirlər. Əsas (federal) vergilər bütün səviyyəli
büdcələr arasında qanunvericiliklə müəyyən edilmiş nisbətlərdə paylaşdırılır. Bu üsul
Almaniyada özünü daha qabarıq göstərir.
ABŞ-da və bir sıra Avropa ölkələrində federal vergilər büdcəyə, yerli vergilər isə
müvafiq olaraq yerli büdcəyə daxil olur. Almaniyada isə əsas vergi mənbələri hesabına iki
və ya üç büdcə formalaşır. Məsələn, fiziki şəxslərdən gəlir vergisi aşağıdakı qaydada
bölüşdürülür: 43 faizi federal büdcəyə yönəldilir, 42 faizi müvafiq vilayətin sərəncamında
qalır. 15 faizi isə yerli büdcələrdə saxlanılır. Korporasiyaların gəlirlərindən tutulan vergilər
federal və vilayət büdcələrinə bərabər həcmdə daxil olur.
Almaniyanın vergi sistemində digər Avropa ölkələrindən fərqli daha bir cəhət
vardır. Burada gəlirlərin bölgüsü yalnız üfüqi deyil, eləcə də şaquli istiqamətdə
tarazlaşdırılır. Belə ki, burada yüksək gəlir gətirən ərazilərin (Bavariya, Vyurtemberq,
Ş
imali Reyn-Vestfal) maliyyə vəsaitlərinin bir qismini nisbətən zəif inkişaf etmiş
(Saksoniya, Şlezviq-Qolşteyn) bölgələrə köçürürlər. Bu üsul AFR-nın vergi sisteminin
uzun müddətli təkamülü və inkişafı nəticəsində əldə etdiyi böyük nailiyyətidir.
nkişaf etmiş ölkələrin vergi sistemində respublikamızdan fərqli olaraq birbaşa
vergilər prioritetlik təşkil edir. Belə ki, Böyük Britaniyanın büdcəsində birbaşa vergilər
Dostları ilə paylaş: |