Microsoft Word yusifova ulduz doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix26.09.2017
ölçüsü0,98 Mb.
#1973
1   2   3   4   5   6   7   8   9   ...   32

 

yığanın hökmü altına düşür və vergi yığan bundan öz şəxsi mənfəətini güdməklə istifadə 



edir. Vergilər hər bir vergi ödəyicisi üçün əlverişli olan vaxtda tutulmalıdır. 

Müasir dövrdə özünün klassik funksiyaları ilə yanaşı, dövlət iqtisadiyyatın tarazlı və 

dinamik  inkişafını,  sosial  ədalət  və  sosial  rifahı  təmin  etmək  sahəsində  də  çox  mühüm 

funksiyalar  yerinə  yetirir.  Bu  funksiyaları  yerinə  yetirə  bilmək  üçün  dövlətə  müəyyən 

büdcə məsrəfləri lazımdır. Onların maliyyələşdirilməsi üçün kifayət qədər gəlir mənbələri 

tələb oulnur. Mövcud şəraitdə hər bir ölkənin sosial-iqtisadi strukturu və inkişaf səviyyəsi 

ilə dövlətin xərc və gəlirlərinin miqdarı və strukturu arasında birbaşa asılılıq mövcuddur. 

Hər hansı bir ölkənin mövcud sosial-iqtisadi problemlərinin həlli yolları araşdırıldıqda və 

yaxud  dövlətin  qarşısında  duran  ənənəvi  vəzifələr  planlaşdırıldıqda  tələb  olunan  dövlət 

gəlirləri yükünün ədalətli və taraz bölgüsünə xüsusi diqqət verilməlidir.  

Dünyada  dövlət  maliyyəsinə  həsr  olunmuş  ədəbiyyatda  vergilərin  müxtəlif  tərifi 

verilir.  Bu  təriflərin  əksəriyyətində  vergilərin  hüquqi  xüsusiyyətləri  qeyd  edilir.  Bu 

xüsusiyyətlərdən  ən  mühümləri  onların  «məcburiliyi»  və  «əvəzsiz»  olması  cəhətləridir. 

Lakin, az da olsa vergilərin iqtisadi mahiyyətini açan təriflər də mövcuddur.  

qtisadi  baxımdan  vergi  nədir?  Ən  qısa  ifadə  olunsa  məcmu  milli  məhsul  və  milli 

gəlirin bir hissəsinin dövlət tərəfindən məcburi surətdə toplanmasıdır. Bu fikri XIX əsrdə 

ingilis  iqtisadçısı  D.Rikardo  əsaslandırmışır.  O  qeyd  etmişdir  ki:  «Vergi  hər  hansı  bir 

ölkənin  sənaye  və  torpağından  əldə  edilən  gəlirin  dövlət  sərəncamına  verilən  hissəsidir.  

Bu  hissə  nəticədə  həmişə  millətin  kapitalı  və  ya  gəlirindən  ödənir».

1

  Müəyyən 



çatışmazlığa  baxmayaraq  (məsələn,  dövrümüzdə  gəlir  gətirməyən  sərvətdən  də  vergi 

alınır)  D.Rikardonun  bu  fikri  müasir  vergi  anlayışının  formalaşmasında  mühüm  addım 

hesab edilir. Sonralar vergi anlayışını Gaston Ceze inkişaf etdirdi. Onun fikrinə görə:         

«Vergi müəyyən xidmətin müqabili olmadan və geri qaytarılmamaq şərti ilə dövlət 

xərclərini  təmin  etmək  məqsədilə  fərdlərdən  məcburi  alınan  puldur».  Verilən  tərif  də 

dövrümüzdə  mövcud  olan  vergi  anlayışını  tam  şəkildə  əks  etdirmir.  Çünki,  həmin  tərif 

vergilərin  dövlət  məsrəflərini  ödəmək  üçün  alındığını  göstərir.  Lakin,  nəzərə  almaq 

lazımdır ki, müasir dövrdə vergi yalnız dövlər məsrəflərini təmin etmək üçün deyil, həm 

də bir sıra mühüm iqtisadi və sosial məqsədlər üçün də toplanır. Verginin tərifini müasir 

                                           

1

 D.Ricardo. Principes de l’Economicetde Y’Jmport. Calmann-levy, 1970, p. 115. 



 


 

anlayışlara  daha  uyğun  olaraq  L.Mehl  belə  ifadə  etmişdir:  «vergi  –  dövlətin,  yerli 



idarələrin  və  ya  qanunda  nəzərdə  tutulmuş  ictimai  qurumların  ictimai  xidmətləri  yerinə 

yetirmək  məqsədilə  hüquqi  və  fiziki  şəxslərdən  onların  ödəmə  gücünə  uyğun  olaraq, 

qanun yolu ilə qəti şəkildə və əvəzsiz aldıqları puldur».

2

  



Vergi anlayışı aşağıdakı altı səciyyəvi cəhəti özündə birləşdirir:  

1.

  Vergi pul öhdəliyidir;  



2.

  Vergi əvəzsizdir;  

3.

  Vergi məcburi ödəmədir və hüquqi məcburiyyətə əsaslanır;  



4.

  Vergi əvvəlcədən müəyyən edilmiş şərtlər əsasında alınır;  

5. Verginin alınmasında məqsəd ümumi ictimai fayda üçün həyata keçirilən xərcləri 

ödəməkdir;  

6.  Fərdlərin  vergini  ödəmək  məcburiyyəti  onların  təşkilatlanmış  bir  cəmiyyətin, 

dövlətin üzvü olmalarıdır. Bu xüsusiyyətlər vergiləri yalnız milli sərhədlər daxilində olan 

vətəndaşlardan  deyil,  həmçinin  dövlət  daxilində  yaşayan  xaricilərdən  (başqa  dövlətlərin 

vətəndaşlarından) də alınmasını zəruri edir.  

Müasir vergitutma nəzəriyyəsində vergilər əsasən aşağıdakı xüsusiyyətlərinə görə növlərə 

ayrılırlar: 

 

-tutulma üsuluna görə; 



 

-subyektinə görə; 

 

-ödənildiyi büdcənin səviyyəsinə görə. 



 

Tutulma üsuluna görə vergiləri 2 əsas qrupa ayırmaq olar: birbaşa vergilər və dolayı 

vergilər. 

 

Birbaşa  vergilər  dedikdə,  maddi  sərvətlərin  toplanması  prosesində  vergi 



ödəyicilərinin gəlir və ya əmlakından bilavasitə tutulan vergilər başa düşülür. Buna görə 

də bu vergilərin dəqiq məbləği məlumdur. Birbaşa vergilərə torpaq vergisi, əmlak vergisi, 

fiziki  şəxslərdən  tutulan  gəlir  vergisi,  hüquqi  şəxslərdən  tutulan  mənfəət  vergisi  və  s. 

daxildir. 

                                           

 



 

 



Dolayı  vergilər  əmtəə  və  ya  xidmətin  qiymətindən  tutulan  vergilərdir.  Bu  vergilərə 

istehlak  vergiləri  də  deyilir.  Onlar  qismən  və  ya  tamamilə  əmtəənin  dəyərinə  köçürülür. 

Dolayı vergilərə misal olaraq əlavə dəyər vergisini, aksizləri və s. misal göstərmək olar. 

 

Göründüyü  kimi,  birbaşa  verginin  ödəyicisi  gəliri  əldə  edən  şəxs,  dolayı  verginin 



ödəyicisi isə əmtəənin istehlakçısıdır. 

 

Subyektinə  görə  vergiləri  3  qrupa  ayırmaq  olar:  fiziki  şəxslərdən  tutulan  vergilər; 



müəssisə  və    təşkilatlardan  tutulan  vergilər;  eyni  zamanda  həm  hüquqi,  həm  də  fiziki 

şə

xslərdən tutulan vergilər (qarışıq vergilər). 



 

Fiziki şəxlərdən  tutulan vergilərə misal olaraq gəlir vergisini, fiziki şəxslərin əmlak 

vergisini, vərəsəlik və ya bağışlanma yolu ilə keçən əmlakdan vergini və s. göstərmək olar. 

 

Müəssisə  və  təşkilatlardan  tutulan  vergilərə  mənfəət  vergisi,  əlavə  dəyər  vergisi, 



aksizlər, müəssisə və təşkilatların əmlakından tutulan vergi və s. daxildir. 

 

Qarışıq vergilər elə vergilərdir ki, onları həm hüquqi, həm də fiziki şəxslər ödəyirlər. 



Məsələn, dövlət rüsumları, bəzi gömrük rüsumları və s. 

 

Ödənildiyi büdcənin səviyyəsinə görə vergiləri 2 qrupa ayırmaq olar: təsbit olunmuş 



vergilər və tənzimedici vergilər. 

 

Təsbit  olunmuş  vergilər  birbaşa  və  bütövlükdə  konkret  büdcə  və  ya  qeyri-büdcə 



fonduna köçürülür. 

 

Tənzimedici  vergilər  müəyyən  nisbətdə  həm  respublika,  həm  də  yerli  büdcələrə 



köçürülür.  Məsələn,  respublikamızda  hüquqi  şəxslərdən  tutulan  mənfəət  vergisinin 

müəyyən faizi respublika büdcəsinə, müəyyən faizi isə yerli büdcəyə köçürülür. 

 

Vergilərin  yuxarıda  sadalanan  təsnifata  uyğun  olaraq  növlərə  bölünməsi  yeganə 



qayda deyil, onları başqa əlamətlərə görə də növlərə  ayırmaq olar. 

 

Vergilər iqtisadi kateqorya kimi.  Vergilər büdcənin yeganə gəlir mənbəyi deyildir: 

o  büdcəyə  və  digər  mərkəzləşdirilmiş  dövlət  fondlarına  maliyyə  vəsaiti  cəlb  edilməsinin 

yalnız  bir  formasıdır.  Məsələyə  tarixi səpkidə baxıldıqda da  məlum  olur  ki,  onlar dövlət 

gəlirlərinin heç də ilk forması deyillər.  

Məlum  olduğu  kimi,  dövlət  gəlirlərinin  ən  qədim  forması  (hərbi  qənimət  nəzərə 

alınmazsa) domen yaxud dövlət əmlakı, xəzinə torpaqları və meşələrdən daxil olan gəlirlər 

idi.  lk  əvvəl  (Şərqdə  uzun  müddət)  onlar  hökmdarların  mülkiyyətində  idilər.  Onlardan 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə