16
sisteminin xarakteri qarşıya qoyulan məqsəddən asılıdır. Məsələn, vergiqoymanın təməl
məqsədi gəlir və sərvət bölgüsünü daha ədalətli bir şəkilə salmaqdırsa, vergi sisteminin
ə
sas səciyyəvi cəhəti onun sosial yönümlü olmasındadır.
Vergi ödənişləri sistemi bir sıra iqtisadi göstəricilərlə xarakterizə olunur.
qtisadi göstəricilərə ilk növbədə vergi yükü aid edilir. Qeyd etmək lazımdır ki,
optimal qurulmuş vergi sistemi, bir tərəfdən dövlətin maliyyə ehtiyatlarına olan tələbatını
ödəməli, digər tərəfdən isə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını
stimullaşdırmalıdır. Buna görə də vergi yükü göstəricisi ölkənin vergi sisteminin keyfiyyət
ölçüsüdür. Elmi cəhətdən sübut edilmişdir ki, səmərəli vergi sistemi vergi ödəyicilərinin
gəlirlərinin 30 faizindən çoxunun tutulmasına imkan verməməlidir. Bir sıra ölkələrin vergi
sistemi, məsələn, sveç, elə qurulmuşdur ki, vergi ödəyicisi öz gəlirinin 50 faizindən
çoxunu dövlət büdcəsinə ödəyir. Lakin burada heç bir paradoks yoxdur, çünki əksər
ölkələrdə vergi ödəyicilərinin öz gəlirləri hesabına həll etdikləri sosial-iqtisadi xarakterli
məsələləri bu ölkələrdə dövlət öz hesabına həll edir.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir. Vergilər
dövlət tərəfindən birtərəfli qaydada, yəni ayrı-ayrılıqda götürülmüş hər bir vergi ödəyicisi
ilə razılaşdırılmadan müəyyən edilir. Vergi ödəyicisindən hər hansı bir verginin tutulması
üçün həmin vergi növü müəyyən edilməli və daxil olunmalıdır.
Başqa sözlə, konkret vergi ödənişinin vergi ödəyicisindən tutulması üçün əvvəlcə o
müəyyən olunmalı, sonra isə daxil edilməlidir.
Vergi ödənişləri sisteminin səmərəliliyinin artırılması, iqtisadi inkişafın artım
sürətini zəiflədən vergi maneələrinin aradan qaldırılması dövləti vergi islahatları aparmağa
sövq edən əsas amillərdir. Vergi orqanları pul vəsaitlərinin hərəkətinin bütün axınını üzə
çıxarmaq, ölkə daxilində bağlanan bütün kommersiya sövdələşmələrinə nəzarət etmək
iqtidarında deyildir. Vergi ödəyicilərinə nəzarətin səmərəliliyinin yüksəldilməsinin təmin
edilməsi üçün dövlət vergi ödəyicilərinin üzərinə bir sıra vəzifələr qoyur. Lakin müəyyən
müddət keçdikdən sonra ayrı-ayrı vergi ödəyiciləri arasında vergi yükünün qeyri-bərabər
bölüşdürülməsi haqqında fikirlər formalaşmağa başlayır. Bu isə gəlirlərin gizlədilməsi,
vergidən yayınma hallarının artmasına səbəb olur. Bütün bunlar isə dövləti yeni vergi
islahatları aparmağa sövq edir. nkişaf etmiş ölkələrdə hər 5-7 ildən bir əsaslı vergi
17
islahatları, hər 2-3 ildən bir isə fəaliyyətdə olan vergi normalarının səmərəliliyinin dərin
təhlili aparılır.
Vergitutma nəzəriyyəsi vergi islahatları prinsiplərinin iki qrupunu nəzərdə tutur.
Birinci qrupa vergitutmanın klassik prinsipləri daxildir. kinci qrupa isə ayrıca götürülmüş
bir ölkədə vergi islahatları aparılan zaman həmin ölkənin spesifik xüsusiyyətlərini nəzərə
alan prinsiplər daxildir.
ABŞ, Almaniya, ngiltərə kimi ölkələrdə vergi islahatları aparılan zaman aşağıdakı
prinsiplər əsas götürülmüşdür:
1. Vergi dərəcələri aşağı olan vergi sisteminin yaradılması. Vergi dərəcələrinin
aşağı salınması vergidən yayınma hallarının azalmasına, münbit investisiya mühitinin
təşəkkül tapmasına, gəlirlərin leqallaşdırılması cəhdlərinin artmasına səbəb olur.
2. Bütün vergi ödəyiciləri üçün vergitutmada edilən dəyişikliklərin anlaşıqlı olması.
Bunun üçün vergi islahatları aparılan zaman vergi ödəyiciləri arasında geniş izahat işləri
aparılmalıdır.
3. Vergi islahatları haqqında qabaqcadan xəbərdarlıq edilməsi. Bəzən maliyyə ili
ə
rzində vergi qanunlarında edilən dəyişikliklər barədə sahibkarlar kapitallarını
yerləşdirdikdən, maliyyə və ya ticarət müqavilələri bağlandıqdan sonra xəbər tuturlar. Bu
isə həm biznes sahəsində, həm də büdcəyə vergi daxilolmalarının həcmində itkilərə səbəb
olur.
4. Vergi islahatlarının aparılmasında qarşıya qoyulan məqsədlərin konkret olması.
5. Növbəti vergi islahatlarına başlayarkən onun hansı səmərə verəcəyi haqqında
dəqiq təsəvvürlərin olması.
Vergi ödənişləri sistemi vergi siyasətinin aşağıdakı xüsusiyyətlərini özündə əks
etdirməlidir:
1. Mövcud vergi dərəcələrinin radikal aşağı salınması yolu ilə iqtisadiyyatın
inkişafını ləngidən destruktiv amillər (inflyasiya, iqtisadi artım tempinin aşağı düşməsi,
işsizlik, «gizli» iqtisadiyyatın xüsusi çəkisinin artması və s.) ilə mübarizə;
2. Təklif iqtisadiyyatının nəzəri müddəalarına əsaslanaraq vergi dərəcələrinin aşağı
salınması;
18
3. Ölkədə əlverişli vergi mühitinin yaradılması, əmanətlərin və investisiyanın
artırılmasının stimullaşdırılmasının təmin edilməsi.
Vergilərin tənzimləyicisi funksiyasından və vergi dərəcələrinin aşağı salınmasının
müsbət təsir vasitələrindən istifadə edilməklə:
-əmək və sahibkarlıq fəaliyyətində aktivliyə stimul yaradılmalı;
-istehsal həcmi artırılmalı və əmək məhsuldarlığı yüksəldilməli;
-gəlirin vergiyə cəlb edilməsi aşağı salınmaqla istehlak həcmi maksimum dərəcədə
artırılmalı;
-dövlət büdcəsindən daha səmərəli istifadə edilməsi nəticəsində dövlət gəlirləri
artırılmalı (milli gəlirin artırılması hesabına);
-iqtisadiyyatın əlverişli sahələrinə dövlət müdaxiləsi məhdudlaşdırılmalı;
-qiymətlər və inflyasiyanın səviyyəsi aşağı salınmalı;
-leqal və «gizli» iqtisadiyyatın nisbəti birincinin xeyrinə dəyişdirilməlidir.
Sosial yönümlü bazar iqtisadiyyatı şəraitində vergi sistemində meydana çıxan vergi
hüququ münasibətlərinin tənzimlənməsində mükəmməl normativ- hüquqi bazanın olması
mühüm rol oynayır.
Vergi sisteminin normativ-hüquqi bazası funksional sistem kimi aşağıdakı
funksiyaları yerinə yetirməlidir:
-vergilərin müəyyən edilməsi;
-vergilərin ödənilməsi və yığılması qaydalarının müəyyən edilməsi;
-vergi ödəyicilərinin və dövlət vergi xidməti orqanlarının, habelə vergi
münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və
vəzifələrinin müəyyən edilməsi;
-vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyəti tədbirlərinin və
onların tətbiqi qaydalarının müəyyən edilməsi.
Vergi ödənişləri sisteminin ən vacib atributlarından biri onun normativ-hüquqi
bazasının sabitliyidir ki, bu da sahibkarlığın inkişafı və xarici investorların cəlb edilməsi
üçün əlverişli şərait yaradılmasına imkan verir.
Vergi ödənişləri sisteminin normativ-hüquqi bazası yaradılarkən aşağıdakı
prinsiplər rəhbər tutulmalıdır: