25
Digər ciddi problem işəgötürənlə işçi arasında əmək
münasibətlərinin rəsmiləşdirilməməsi ilə bağlıdır. Əmək
münasibətlərinin faktiki mövcud olmasına baxmayaraq işçi ilə
əmək müqaviləsi bağlanmamışdırsa, bu işçinin məhkəməyə
iddia vermək hüququnu məhdudlaşdırmır. Sadəcə belə halda
işçi həmçinin həmin müəssisədə işləməsi, aldığı əmək haqqının
miqdarını da təstiq edən sübutlar təqdim etməlidir.
Əmək Məcəlləsinin 296-cı maddəsinə görə “pul və digər əmlak
tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla
bağlı yaranmış əmək mübahisələrinin həlli üçün
işçi,
hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1
il ərzində məhkəməyə müraciət edə bilər”.
Məcəllədə göstərilən müddətlər yalnız üzürlü səbəblər olduqda
uzadıla bilər. Üzürlü səbəb dedikdə Məcəllədə iddiaçının
xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda
məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər
obyektiv hallarla bağlı səbəblərdən ötürülməsi halları qəbul
olunur. Belə olan halda mübahisəyə baxan orqan buraxılmış
müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın
qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri
(arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin
(arvadının) valideynləri, qardaşları, bacıları başa
düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar
iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə
bilər.
Məhkəməyə müraciət üçün zəruri olan prosessual
hərəkətlər
Fərdi əmək mübahisəsi zəminində işçi məhkəməyə iddia
təqdim etməlidir. İddianın forması, ona əlavə olunan sənədlərə
26
dair tələblər Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində əks olunur.
Mülki Prosessual Məcəllənin 149 və 150 –ci maddələri ilə
müəyyən olunur:
M a d d ə 1 4 9 . İddia ərizəsinin forması və məzmunu
149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O,
iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan
nümayəndəsi tərəfindən imzalanır.
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
149.2.1. ərizənin verildiyi məhkəmənin adı;
149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt
ünvanları;
149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz
tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə
verildikdə isə onların hər birinə qarşı yönələn tələb;
149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün
qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin
məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına
riayət edilməsinə dair məlumat;
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı.
149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia
ərizəsində birləşdirməyə haqlıdır.
149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün
zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri
də göstərilir.
M a d d ə 1 5 0 . İddia ərizəsinə əlavə edilən sənədlər
150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə
iddia ərizəsinin surətləri;
27
150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən
etibarnamə və ya digər sənəd;
150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər
şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə
edilmiş sənədlərin alınması haqqında sənəd;
150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair
sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü
şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin
surətləri;
150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın
mətni;
150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr
üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin
məhkəməyə qədər və ya pretenziya qaydasında nizama
salınmasına riayət edilməsini təsdiq edən sənəd.
Məhkəmə xərcləri
Əmək Məcəlləsinin 1999-cu ildə qəbul olunmuş variantında
fərdi əmək mübahisələri üçün məhkəməyə müraciət edərkən
dövlət rüsumu ödənilmirdi. Sonradan edilən bir neçə
dəyişikliklə məhkəmə xərclərinin əvvəlcədən ödənilməsi tələb
olunmurdu. Hazırda isə ümumiyyətlə 298-ci maddə
Məcəllədən çıxarılmışdır. Bu isə o deməkdir ki, fərdi əmək
mübahisəsi üzrə iddia verilərkən mülki iddiaların
verilməsindəki ümumi prinsiplər tətbiq olunur.
Məcəlləyə görə iddiada pul tələbinə hər hansı miqdar
məhdudiyyəti qoyula bilməz.
28
Məhkəmə qərarlarının nəticələri
Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən
tərəfindən əməl olunmamasının hüquqi nəticələri. Əmək
Məcəlləsinin 300-cü maddəsinə görə “Əgər, işəgötürən əmək
müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci
maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını
pozaraq və ya 71, 76-cı
maddələri ilə müəyyən edilmiş
qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində
nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək
münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll
edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını
araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı
ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə
və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin
barışıq sazişinin təsdiq edilməsi barədə
qərardad
çıxarır.Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin
məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta
bilər.
İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli
prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa,
hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin
icrasının təmin edilməsi barədə qərardad qəbul edir”.
Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş
«dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə
əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək
mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə
hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə
əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia
ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar
borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi,
habelə digər xərclərin məcmusu başa düşülməlidir.
Dostları ilə paylaş: |