Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə13/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   9   10   11   12   13   14   15   16   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
30 
 
 
da rasional idrakın dialektikası fonunda differensiyasının məntiqi təhlilləri 
əsas kimi götürülür.   
     
   
                                                                
                                                   
 
 
 
 
 
 
 
 
Problemə rasional idrakla yanaşsaq, hər bir yanaşmanın özünəməxsus təd-
qiqat sahəsi və məntiqi coğrafiya elmi istiqamətində izahı vardır.   
Tarixən bəşəriyyətin nəzəri ideya dəyərlərinin ilk məntiq nəzəriyyəsi Aris-
totelin məntiqi hesab edilir. Aristotelinin binar (binar-ikili deməkdir) məntiqi 
elmi dəyərlərinin ilkin və üzünmüddətli praktiki əhəmiyyət kəsb etmişdir. 
Təhlillər göstərir ki, bu məntiq - öz məzmununa görə  xətti nəzəri baxışların  
dialektikasını özündə birləşdirməklə elmlər sistemində yeni nəzəri-metodoloji 
və praktiki formalarının meydana gəlməsinə səbəb olmuşdur. Aristotelin binar 
məntiqi anlayışların kəmiyyət dərəcəsinə toxunmadan, onların yalnız bir key-
fiyyət halını qəbul etməsi ilə fərqlənir.  
Ümumi olaraq Aristotel məntiqi ilə Lütfi Zadə məntiqi arasında bir sıra kəs-
kin fərqə baxmayaraq hər iki məntiq nəzəriyyəsi həqiqətdir. Deməli, dünya ey-
ni zamanda həm xətti, həm də qeyri-xəttidir. Xətti dünyanın qanunauyğunluq-
ları klassik rasionallıqda, qeyri-xətti dünyanın qanunauyğunluqları isə qeyri-
klassik rasionallıqda öyrənilir.  
Məsələn, qeyri-səlis məntiq nəzəriyyəsinə görə, coğrafi mühit anlayışı qu-
ruluşca amorf olmayıb, müxtəlif funksiyalara görə təsnif edilə bilər. Məlumdur 
ki, eyni bir anlayış həm müxtəlif məna çalarlarına, həm də müxtəlif şiddətlən-
dirmə  dərəcələrinə malik ola bilər. Beynəlxalq Coğrafiya  İttifaqı qeyri-səlis 
məntiq gerçəkliyi önəmində çağrılan konqreslərində müzakirə edilən və dia-
lektik ideyaya söykənən coğrafiya elmi tədqiqat mövzularına konstruktiv ya-
naşılır:                                        
 
 
Coğrafiya elminin aparatında dialektik sintez əlaqələrinin differensiyası 
Funksional strukturlarının coğrafi obyektlərinin ritmik inkişafının differensiyası 
Coğrafi  obyektlərinin ərazi təşkili və dayanıqlı inkişafının differensiyası 
Rasional coğrafi idrakın dialektikası fonunda  differensiyası 


Dialektik coğrafiya
 
 
 
31
 
 
İDEYA 
▼ 
Ərazi: coğrafiya elminin tədqiqat obyektidir 
▼ 
Coğrafiya və tədbiqi elmlər 
▼ 
Texnologiya və coğrafiya 
▼ 
İnvestisiya-innovasiya və cöğrafiya 
▼ 
Qloballaşma  mühiti və coğrafiya və s
 
L.Zadə  məntiqinin ideyalarına söykənən “coğrafi məkan modeli”, “isteh-
salın dayanıqlı modeli”, “coğrafi informasiya modeli” və s. modellərinin tədbi-
qi xarakter alması nəticəsində yeni coğrafiya elmi dialektik təlimə çevrilmiş-
dir. Müasir coğrafiya elminin qeyri-səlis məntiq nəzəriyyəsinin tədbiqi önə-
mində rasional “ideal” modellərinin elmi-praktikası hər bir ölkənin (regionun) 
inkişafı üçün  strateji mahiyyət daşıya bilər.  
Rasional “ideal” modellər – dayanıqlı inkişafın funksional anatomiyasını 
yaradır, onun qeyri-xətti təffəkürü fonunda coğrafiya elminin dialektik mövqe-
yinin optimallıq səviyyəsini aktivləşdirir. Bu önəmdə coğrafi tədqiqat obyek-
tinin gerçəkliyi xəttinin funksinallığında alınan nəticələr reallığa çevrilir.  
 
L.Zadə 1921-ci ildə Bakı  şəhərində anadan olmuş-
dur. Hazirda L.Zadə Soff Computing mərkəzinin rəhbə-
ridir. L.Zadə fundamental elmi nəzəriyyələr təklif etmiş-
dir. ABŞ-ın Berkli şəhərində Zadə adına  İnformasiya 
Texnologiyası    İnsitutu yaradılmışdır. L.Zadənin elmdə 
Z-çevirmə kimi tanınan tədqiqat işi diskret və  rəqəmli 
idarəetmə informasiya və kommunikasiya sistemlərinin 
yaradılmasının  əsasını qoymuş funtamental elmi-prak-
tiki nəzəriyyədir. 
L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi elmi-praktiki əhəmiyyətinə görə 
dünya  şöhrətinə malikdir. Elmdə bu nəzəriyyə  təbiətdə  və  cəmiyyətdə gedən 
proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaratdı. 
Alimin Soft Computinq nəzəriyyəsi qeyri-səlis məntiq, süni neyron şəbəkələri, 
genetik alqoritlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarma paradiqmilərinin 
intellektual kombinasiyalarını özündə əks etdirərək yeni texnologiyaların əsa-


  Ağazeynal A. Qurbanzadə 
 
32 
 
 
   Ölçmənin  əsasən üç tendenaiyası möv-
cuddur. 
sını təşkil edir. Onun təəsürat nəzəriyyəsi dəqiq ölçmə aparmadan ətraf aləm 
haqqında tez və dolğun informasiya almaq üsullarını verir. 
 
Müasir coğrafiya elmi tədqiqatların fəlsəfəsində L.Zadə məntiqinin reallıq-
larına söykənməsi daha çox praktiki effekt yarada bilər. Xüsusən, qloballaşan 
coğrafi mühitin yaratığı reallıqlarının kompleksliyi hər bir ölkənin dayanıqlı 
və şaxələnmiş struktur sahələrinin optimallığının səviyyə göstəricilərinin təyi-
nində L.Zadə  məntiqi faydalıdır.  Şaxələnmiş istehsal modellərinin qurulması 
və onların gerçəkliyi qeyri-səlis məntiq nəzəriyyəsində daha çox sərbəstlik 
nümayiş etdirir.  
 
 
Coğrafiya elmi idrakın empirik-nəzəri kodları 
 
Coğrafiya elmi idrakın ən ümumi nəzəri-praktiki fəaliyyətinin formalaşma-
sında empirik-nəzəri kodları dinamikdir,o cümlədən həssaslıdır. Məsələ onun-
la ölşülür ki,coğrafiya elminin ümumi qanunauyğunluqları dialektik məntiqə 
söykənir və bu məntiqin nəticəsi isə coğrafi tədqiqatların nəzəri-metodoloji 
fəaliyyətininin əsasında formula edilir.  
Coğrafiya elminin idrakın em-
pirik-nəzəri kodların  funksiyasın-
da ölçmə - mühüm metodoloji və 
praktiki əhəmiyyət kəsb edir.
35
 Coğrafiya elmi biliyinin formalaşmasında ölç-
mə haqqında təsəvvürlərin yaranması tarixi bir funksional texnoloji prosesinin 
nəticəsidir. 
Birincisi - Pifaqor konsepsiyası hesab edilir. Pifaqor konsepsiyasına əsasən 
qədim  dövrlərdə (e.ə. VI-V əsrlər)  suvarma sistemlərin yaradılmasında, şəhər 
memarlığında və s. riyazi üsullarla ölçmə proseslərini inkişaf etdirmişlərÖlç-
mə haqqında ilkin mənbələr qədim misirlilərin memarlıqda istifadə etdikləri 
modulyarın nəzəri baxışlarından götürülmüşdür. Sonrakı dövrlərdə bu nəzəri 
baxışlar Pifaqor məkətinin nümayəndəlri tərəfindən inkişaf etdirilmişdir. 
İkinci ölçmə tendensiyası – ölçmə metodunun məntiqi konsepsiyası adlanır. 
Bu  qədim dövrdən XIX əsrin sonlarına qədərki mərhələni əhatə edir.  
Üçünçü ölçmə tendensiyası isə XIX əsrin sonundən başlayaraq müasir döv-
rə qədəri əhatə edən zaman kəsiyinin texnoloji funksiyalarını özündə birləşdi-
                                                            
35
 “Ölçmə” verilmiş kəmiyyətin müqayisə vahidi kimi qəbul edilmiş kəmiyyətlə fiziki ekspe-
riment yolu  ilə müqayisədən ibarət idrak prosesidir. Coğrafiya elminin dialektikasının bü-
tün inkişaf  mərhələlərində əsas kodlarından biri də ölçmənin əsaslandırılması hesab edilir. 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə