Microsoft Word son dialektik corafiya docx



Yüklə 93,55 Kb.
Pdf görüntüsü
səhifə11/90
tarix29.10.2017
ölçüsü93,55 Kb.
#7408
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

  Ağazeynal A. Qurbanzadə 
 
26 
 
 
Coğrafiya elminin təhlillərinin miqyasında  paradiqma  formalarının önəmə 
gətirilməsi və ümumi inkişaf prosesində praktikası bir çox ölkələrdə (Böyük 
Britaniya, Şimali Avropa ölkələrində və s.) mühüm əhəmiyyət kəsb etmişdir. 
Xüsusi ilə  sənayenin inkişafı ilə  əlaqədar baş verən dəyişikliklər nəticəsində 
Avropa və Şimali Amerika ölkələrində dayanıqlı inkişafının təminatında  para-
diqma məsələlərinin önəmə gətirilməsi faydalı hesab edilmişdir.
29
      
                                                                                                             
  
       
 
 
 
Elmi araşdırmalarında mühüm əhəmiyyət kəsb edən paradiqma anlayışı  
(modeli) daha geniş mənada, yeni məzmunda fərqlənir. Aktuallığı ilə seçilən 
tədqiqatlarının əksəriyyəti demək olar ki, T.Kunun paradiqma aparatının  təs-
nifatına uyğun elmi araşdırılmalarına üstünlük verilir. T.Kunun elmi paradiq-
ma təsnifat aparatının əsas məqsədi = nəzəri-metodoloji istiqamətli ideyaları-
nın praktiki həllindən ibarət olmasıdır. Burada simvolik ümumiləşdirmə model 
faktoru ilə dayanıqlı strateji proqramlarının həllinə nail olunması problemlə-
rinin reallqları nəzərdə tutulur. T.Kunun elmi paradiqma aparatının nəticələri 
sonrakı tədqiqatçılar tərəfəfindən yeni məzmunda öz ifadəsini tapmışdır. 
Ümumiləşdirilmiş  nəticələrinin rasional idrak formalarına uyğun olaraq 
coğrafiya elmin tədqiqatlarının önəmində aşağıdakı təklif etdiyimiz pradiqma 
kodlarının (PK) reallqlarının  ifadəsində özünü göstərir:     
                          PK             R + G  +   D                              
= tədqiqatın rasional ideyaları və metodları (elmin miqyası və onun davam-    
       lı inkişaf yolları); 
G = coğrafiya elminin qanunauyğunluqları, yeni məzmunda tədqiqat aparatın  
       yaradılması və inkişafı; 
D  =  coğrafi elmi tədqiqatın  struktur fonunda   əsaslandırılması. 
Coğrafiya elmi-tədqiqatın metodları (R) davamlı inkişafa nail olmağın 
mümkünlüyünü artırır. Bu mümkünlük ilk növbədə coğrafiya elminin təd-
qiqatının aparatında (G) rasional qanunauyğunluqlar önəmə gətirir və praktiki 
mövqeyinin artırılmasında iştirak edir. Coğrafiya elmi tədqiqatının struktur 
fonunda (D) ərazi istehsal tsikllərin potensial imkanları formalaşır ki, bu da 
ölkənin (regionun) kompleks inkişafına səbəb olur. 
                                                            
29
 
В.Л. Бабурин .  Эволюционная  география. М., 2006. 
   T. Kun: (ABŞ) 
 “Paradiqma” = anlayışını elmə ilk dəfə olaraq (1962-ci il-
də) təklif etmişdir. Paradiqma anlayışı sonrakı tədqiqatçılar 
tərəfindən geniş istifadə olunmuşdur. 


Dialektik coğrafiya
 
 
 
27
 
 
Elmi paradiqma mənbələrində tarixən baş verən radikal dəyişikliklərinin 
müəyyən edilməsinə uyğun olaraq coğrafiya elmində də bir sıra sıçrayışlar baş 
vermişdir. 
İlkin sıçrayış mənbə kimi antik dövrün fəlsəfəsinə uyğun coğrafi təfəkkürün 
meydana gəlməsini göstərmək olar. Bunun əhəmiyyəti ondan ibarətdir ki, elmi 
idrakla dünyanın dərkinin və nəzəri formalarından istifadə edilməsinə meyil-
lərin meydana gəlməsidir. Məsələn, Aristitel məntiqində “kateqoriya-anla-
yışlar” elmi aparatı əsaslandırılmışdır. Onun təklif etdiyi biliklərin elmliyi nor-
malarına dair ideyaları bütün elmlər miqyasında, o cümlədən coğrafiya el-
mində də rasional elmi istiqamət kimi istifadə edilmişdir. 
Coğrafiya elm tarixində ikinci sıçrayış Böyük Coğrafi kəsflər dövründən 
sonra baş verən dəyişikliklərini hesab etmək olar. Bu dövrdə dünyanın coğrafi-
yasının yeniləşməsində aydın nəzərə çarpan əlamət olsa da, həmin dövrdə  
elmdə baş verən dəyişkənliklərin konstruktiv mahiyyəti tam açılmamışdır. 
XIX-XX əsrin qovşağında coğrafiya elminin üçünçü sıçrayış dövrü başlan-
mışdır. Bu sıçrayışda başverən əsaslı dəyişkənliklər coğrafiya elmin müxtəlif 
sahələrini özündə birləşdirdi. Sistem-struktur nəzəri baxışlar meydana gəlməsi 
ilə coğrafi tədqiqatlarının xarakteri yeni məzmuna çevrildi; klassik elm ideya-
ları və metodları dəyişilərək mürəkkəb sistemlərinin vəhdəti fəlsəfi-coğrafi is-
tiqamətli araşdırmalar ilə əvəz olundu. 
Coğrafiya elminin yüksəliş  səviyyəsi prizmasında dördüncü sıçrayışı XX 
əsrin sonundan başlayaraq elmi tədqiqatlarda  coğrafi innovasiya sistemlərinin 
virtual inkişafa doğru dəyişiklərinin meydana gəlməsidir. Bu dövrdən başlaya-
raq coğrafiya elmin tədqiqat obyektlərinin proqnozlaşdırılması, elmi axtarışla-
rının mərkəsində duran insan coğrafiyasının dəyərlərinin  şəhr edilməsi və s. 
məsələlərinin  əsaslandırılması elmi-praktiki əhəmiyyət daşımışdır.. 
Tarixi-sistem tsikllər nəzəri baxışlarına dair N.D.Kondratyevin
30
 araşdırma-
ları coğrafiya elmi tarixinin öyrənilməsi cəhətdən faydalı konsepsiya sayılır. 
“Kontrateyev tsiklləri” ifadəsi ilə elmə daxil edilən bu konsepsiya iqtisadiyyat 
və eləcə də coğrafiya elmində metodoloji əsas kimi istifadə edilir.  
 
                
 
    
    
 
                                                            
30
 
Koндратьев Н.Д. Проблемы экономической динамики. М.,1989. 
  N.D.Kondratyev:  
 Tarixi-iqtisadi tsikllər konsepsiyasının inkişaf edirilməsin-
də xidmətləri elm aləmində qəbul olunmuşdur. O, Avropa 
ölkələrinin tarixi - iqtisadi tsiklli inkişafında 100-150  ildə-
ki dəyişikliklərini təhlil etmişdir.
 


Yüklə 93,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə