________________________Milli Kitabxana________________________
13
Digər tərəfdən, "Xanlar"ı "Vaqif"lə və bütünlükdə Vurğunla birləşdirən əsas tel
burada Xanlar deyil, bəlkə doktor Söhbətdir. Şairin əbədi-əzəli əxlaq, vicdan idealı
və mövqeyi burada məhz onun simasında öz davamını və inkişafnı tapır:
Yoxdur məslində nə ölüm, nə qan,
Vicdan düzəkləcək həyatı, vicdan!..
"Xanlar"ın bir fəlsəfi-ideya dramı kimi ən güclü cəhəti - Söhbətlə, ən zəif
cəhəti - Şaumyanla, Koba ilə, Vanya ilə bağlı cəhətlərdir. Onların adları kimi,
özleri də əsərdə yad səslər, xarici notlardır.
"Vaqif"də Vidadi Tanrıya üsyan etdiyi kimi, "Xanlar"da da Söhbət Vətənə
xitab və etirafını bildirir:
Ə
gər gec tapdınsa haqqın yolunu,
Bağışla, ey Vətən, şair oğlunu!
Vidadi nahaqqa üsyan və etiraz kimi, bir anlığa Tanrıdan "üz döndərməkdə" nə
qədər haqlı idisə -Söhbət də mənəvi-milli dəyərlərdən üz çevirməkdə, bolşevik qan
və sinif təliminə iman gətirməkdə bir o qədər haqlı idi.
Lakin şair özü kommunist dünyagörüşü üçün "bağışla, vətən" etirafı ilə xalqa
xitab etməyib. Bu, doğru da olmazdı. Kommunizmin ideologiyasının mədhi altında
öz ənənəvi-milli fəlsəfi kredosunu Vurğun alt qatda həmişə qoruyub saxlayırdı.
Eyni sözləri " nsan" dramı və Şahbaz obrazı barədə demək olar. " nsan"da
Hürmüz-Əhrimən, xeyir-şər, Odisseya, Faust, Hamlet sualı və fəlsəfəsi ilə bağlı
ə
bədi düşüncə davam edir. Əql (Şahbaz), Qılınc ( slam), Əxlaq (Səhər) üçlüyü
hətta Şərq irfan və təsəvvüf idealını yada salır.
" nsan" haqqında ədəbi tənqidin səhifələrində "Qalib gələcəkmi cahanda
kamal?" - sualını primitiv sayıb, Şahbazı isə fəlsəfə maraqlısı sayanlar da, onu XX
yüzilliyin Habili, Fauslu. Hamleti hesab edənlər də olub. Şübhəsiz, həqiqələ
ikincilər daha yaxın olub.
Ə
sər - müharibədən otuz il sonranın təsviri ilə bitir - beynəlmiləl, ideal
"Qardaşlıq şəhəri"nin! Otuz yox, altmış il keçib, amma şair xəyalının utopik şəhər
axtardığı eyni ərazidə, coğrafi məkanda bu gün biz məhz "qardaşlıq şəhərinə"
parodiya olan "işğal şəhərlərini" görürük. Elə bu gerçəklik özü "Qalib gələcəkmi
cahanda kamal?" sualına həyatın özündəki bir cavabdır.
"Fərhad və Şirin" (1941) dramatik poeması isə Səməd Vurğun sənətinin şəksiz
uğurları sırasına daxildir. 1941-1945-ci illər müharibəsinin ən ağır, dramatik bir
çağında şair sanki həm məzmun, həm də tarixcə zamandan uzaq
________________________Milli Kitabxana________________________
14
bir keçmişə müraciət edir, lakin müasir və aktual, romantik və vətənpərvər bir əsər
yaradır. Şərq şerinin klassik eşq dastanına müəllif yeni məna verir və bu zaman
süni, zahiri, modern ifratlardan təmamilə yan keçə bilir.
Səməd Vurğun məhəbbət süjetinin əxlaqi mahiyyətini ön plana çəkərək, müasir
bir sosial-vətənpərvərlik istiqaməti aşılayır. Fərhad - qudrətli daşyonan-memardır.
Vətənə, xalqa məhəbbəti yolunda çapa bilməyəcəyi qaya və dağ yoxdur. Eyni
qayaları Fərhad külüngü, Azər baba isə müdrikliyi ilə fəth edə bilir və bu iki
silahın hər ikisi torpağın, Vətənin ağır günündə xalqa eyni dərəcədə lazım olur.
Səməd Vurğun Şirin naminə eşq rəqabətinin də mənasına yeni sosial çalar artırır.
Ş
irini sevən Xosrov qanlı bir fateh, müstəbid və tirandır. Fərhadın qoruduğu qala
isə Vətənin namusunu yad əllərdən və nəfəsdən qoruyan bir məhəbbədir. Vətən
qızı Şirinin də məhəbbətində ikilik yoxdur. Onun Xosrova və Fərhada münasibəti
tərəddüdsüz olaraq yeganə meyarda -xalqa, torpağa məhəbbətlə müəyyənləşir.
Nizamidə qəhrəman - Şirin aşiqi Xosrov, Vurğunda qəhrəman - Fərhad aşiqi
Ş
irindir.
Məhəbbətdə də şah olmaq istəyən Xosrov məğlub, eşqinə qul olmağa hazır
Fərhad qalib gəlir.
Eşq və hakimiyyət problemi, hakimiyyət əlində əsil sənət problemi (Şapur),
mənəvi yoxsa fiziki güc qarşıdurması mövzusu - bunlar müxtəlif fəlsəfə idi. Dövr
üçün dağ yaran Fərhadla qala tikən Fərhad arasında fərq də mənalı idi.
* * *
Ömrünün son illərində şairi əbədi insani problemlər, həyatın və taleyin fəlsəfi
və tragik məqamları düşündürür. O, ömrün amansızcasına tez ötüb keçdiyini hiss
edir, lakin həyat eşqini, fəlsəfi nikbinliyini yenə də itirmir. Əksinə, əsl bir dirilik
aşiqi və Faust təmkini ilə bir daha və ucadan bildirir ki, "heç yerə, heç yana mən
tələsmirəm".
Görkəmli ədiblərdən biri deyir ki, ölüm sənətkar həyatına əlyazmasının son
səhifəsi kimi daxil olmalıdır. "Gödəkçə", "Şair, nə tez qocaldın sən?". "Yada sal
məni", "Mən tələsmirəm" hələ təzə başlanan yeni bir əlyazmasının sonu yox, ilk
səhifələri idi. Yeni sosial, mənəvi əxlaqi mühitlə birlikdə yenidən doğulan Səməd
Vurğunun ilk proqram şeirləri idi. Səməd Vurğunun yenidənı doğumu ilə ölümü
eyni vaxta düşmüşdü - bəlkə də bu, Azərbaycanda milli poeziyanın tarixində böyük
təbii ədalətsizlik və faciə ifədə edən ən dramatik məqamlardan biridir.
Lakin bütövlükdə Səməd Vurğun fenomeni poeziyanın ölümə qalib gəldiyinə,
ə
bədi yaşadığına nümunə kimi daha mənalı və nikbin bir həqiqətin ifadəsidir.
________________________Milli Kitabxana________________________
15
* * *
Bu gün müasir, azad, suveren Azərbaycanda milli idealın, ideoloji və mənəvi
həyatın bütün sahələrində qlobal siyasətin baş xəttinə çevrildiyi bir dövrdə
Vurğunun poeziyası öz tarixi vətəndaşlıq missiyasını bir daha, yenidən təkrar edə
bilir. Məhz əxlaq və mənəviyyat saxtalığına, mənəvi ətalətə qarşı bədii mübarizədə
həmişə cəngavər və sərkərdə şairin mübariz poeziyası, onun xalqa və Vətənə,
ictimai ədalət və humanizm ideallarına romantik və fədakar bir sədaqətlə xidmət
edən siqlətli, monumental qəhrəmanları bu gün də müasir ideoloji döyüşlərdə
bizimlə bir sırada addımlaya və vuruşa bilirlər.
Səməd Vurğun Vətən və poeziya sözlərini həmişə bir yerdə, sinonim kimi
işlətmiş, bir sənətkar və ictimai xadim kimi bu təlimin cəngavər carçısı, əsgəri və
sərkərdəsi olmuşdur. Odur ki, bu gün "Vurğun" sözünün özünü də "Vətən" və
"poeziya" sözlərinə qaynayıb-qarışmış şəkildə görürük. Onları da bir-birindən
ayırmaq qeyri-mümkündür. Nə üçün? Çünki, yenə də şairin öz sualı ilə cavab
vermək olar: "Ayrılarmı könül candan!"
Yaşar Qarayev
Bakı, 2002-ci il
Dostları ilə paylaş: |