Microsoft Word S?M?D vurgun doc



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix01.07.2018
ölçüsü2,81 Mb.
#52660
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

________________________Milli Kitabxana________________________ 
81 
 
SON SÖZ 
 
Sən ey mədən torpağından qüvvət alıb gülən diyar,  
gid ərlər meydanısan, qəhrəmanlar yuvasısan.  
Səndə sönməz bir əməlin göylər qədər mənası var.  
Sən inqilab ocağısan, əməkçilər obasısan. 
 
Qarlı dağlar şahid durur keçirdiyin dövranlara,  
Çox zamanlar zülm elinin bir kölgəsi sayılmısan.  
Dənizlər dalğalandiqca, səs düşdükcə ormanlara,  
Xoş baxışlı bir günəşin gülüşündən ayrılmısan... 
 
Ancaq unutma bir şeyi, unutma ki, bu dünyada  
Ehtiyatsız bir gözəli qara yellər tez soldurar.  
Burjua qanlı bir dəniz, sən ortalıqda bir ada,  
O dalğalar zaman-zaman sənə coşar, səni vurar. 
 
Gözəl ölkəm! Sən gözəlsən, gözəlsən öz əməlinlə.  
Zəncirlərdən azad olan bir dünyanı yapasısan.  
Bu da mənim son sözümdür, dinlə məni, bir az dinlə:  
Sən bu sağlam şüurunla qoca Şərqin qapısısan. 
 
1929 
  


________________________Milli Kitabxana________________________ 
82 
 
DOSTLAR XƏBƏR  
 
Bir xəbər almışam dostlar əlindən:  
Əğ
yarın başına dünya dar olub.  
Gedibdir əlindan hər ixtiyarı,  
Pozulub şövkəti tarımar olub. 
 
Mən demişdim ona: eşit, ey insan!  
Qalmayacaq sənə sürdüyün dövran.  
Bilir Azərbaycan, bilir Dağıstan,  
Dərdim el içində bir şüar olub. 
 
Arif ol, ey Vurğun, uyma şöhrətə,  
Alışdır özünü barı möhnətə;  
Bir bax tarixlərə, bax təbiətə  
Ağ günlərin sonu ahu-zar olub. 
 
Artıq bu sözlərin nə mənası var?  
Başımda bir köhnə qəm havası var.  
Onun Vurğun kimi mübtəlası var,  
Bir baxın ki, gedib kimə yar olub?.. 
 
1929, 16 sentyabr 
  


________________________Milli Kitabxana________________________ 
83 
 
ÖLÜMÜN MƏHKƏMƏS  
 
Soyuq bir qış axşamında süzərək kainatı,  
O, mənalı baxışlarla tərk elədi həyatı...  
Acımadan gəncliyinə parlaq əməllərinə,  
Həyatmı qurban verdi öz qatil əllərinə.  
Sayğısız bu yaramazlıq, ömrün bu iyrəncliyi  
Gələcək günlər eşqinə düşündürdü gəncliyi; 
 
B i r i n c i  s ə s 
 
O bizim kəndliydi, ta çocuqluqdan  
Birlikdə çalışar, əkin əkərdik;  
Yaşıl yamaclarda, dağlar başında  
Bir deyib, bir gülüb ləzzət çəkərdik. 
 
Uğursuz bir gündə acı bir külək  
Dağları, daşları bir yerə qatdı;  
O soyuq ruzgardan xəstələnərək,  
Yazıq il yanından ziyadə yatdı. 
 
O gündən bəridir təbiətində,  
Doğrusu, düşkünlük ağırlıq vardı;  
Seyrək eşitdiyim hər söhbətində  
Ölüm düşünərdi, ölmək arardı. 
 
 k i n c i  s ə s 
 
O çox mütəfəkkir, çox xəyalpərvər,  
Həyata, hər şeyə biganə idi.  
Görüb düyduğumu söyləsəm əgər,  
Bəlkə bir sayğısız divanə idi.  
Ömründə bir dəfə gülməzdi üzü,  
Çünki dumanlıydı düşüncələri.  
O bir qarşılardı gecə-günduzü  
Dadlı xəyallara uyandan bəri ... 
 
  


________________________Milli Kitabxana________________________ 
84 
 
Ü ç ü n c ü  s ə s 
 
Ə
srin geniş addımları sürət tapandan bəri  
Çoxlarına çətin gəlir mübarizə günləri;  
Axan sellər qarşısında aciz, miskin qalırlar.  
Sonra sonsuz bir heçlikdən dönüb "ilham" alırlar. 
 
Həyatı bir kölgə kimi, röya kimi duyanlar,  
Çətinlikdən çəkinib də hər xəyala uyanlar  
Yeniliklər dünyasına yummaq istər gözünü,  
Anlamaz ki, bu gedişlə o aldadır özünü ... 
 
1929 
  


________________________Milli Kitabxana________________________ 
85 
 
ÇÖRƏK DOSTU 
 
      Bir az yeyər, içər keyfi durular, 
açılar rəngi,  
Sonra sərməst olub, qızar gözləri. 
Onun sözləri  
O qədər mənalı olur ki, inan, 
Hər duyan insan  
Fəxr edər bəşərin bu övladilə,  
O da insanlığın böyük adilə, 
Bizi alqışlar, 
nitqlər başlar: 
" çək bu bakalı o sağlığa ki,  
Xəyalı yüksəkdir, qəlbi ləkəsiz,  
Ə
yilməz bir kəsə qalsa əkməksiz
*
".  
Yazıq üzülüncə meyxanalardan  
Büsbütün dəyişər, dönər ahəngi, 
açılmaz rəngi... 
Təəccüb gəlməsin sizlərə bu iş,  
Onu danışdıran meyxana imiş. 
 
[1929
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
*
 
Çörəksiz 
 


________________________Milli Kitabxana________________________ 
86 
 
VƏTƏN HƏSRƏT  
 
Elindən, günündən ayrılan könül,  
Arabir vaxt tapıb ağlasın gərək.  
Ə
ziz kimsələri qırılmış kimi,  
Yas tutub qaralar bağlasın gərək. 
 
Demirəm incidib üzsün özünü,  
Ə
l üzüb dünyadan yumsun gözünü.  
Nə qədər olsa da Vətən sözünü,  
Duysun ürəyində, anlasın gərək. 
 
Bir şikəstə neyəm, bir qırıq kaman,  
Görmədim bir bəla-həsrətdən yaman,  
Vurğun ellər deyib ağlar hər zaman,  
Onun qaydasıdır, ağlasın gərək. 
 
1929 
  


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə