Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   ...   27

10 

 

bərabər    olub,  hər    iki    dövlət    arasında    təbii    sərhəd    təşkil    edən    Araz    çayı 



boyunca  uzanır.  Ondan  şimal-qərbə  doğru  Türkiyə  ilə  Naxçıvan  MR  arasında   

olan 11 kilometrlik   sərhəd   xətti   də    Araz   boyunca   uzanır.  Muxtar  respublika 

ş

imaldan    və    şimal    şərqdən  224  kilometr    məsafədə    Ermənistan    ilə 



həmsərhəddir.  Naxcıvan    MR    ilə    Ermənistan    respublikasının    sərhəd    xətti  

demək    olar    ki,    Dərələyəz    və    Zəngəzur    dağlarının    suayrıcı    boyunca    kecir. 

1920-ci    ildə    qədim    Azərbaycan    torpağı    olan    Zəngəzur    mahalının    Sovet   

imperiyası    tərəfindən    Ermənistana    verilməsi    nəticəsində    44-45    km    eninə  

malik    olan    zolaq    Araza    doğru    uzanaraq    Naxçıvan    Muxtar    Respublikasını  

Azərbaycan  Respublikasının   qalan   ərazilərindən  ayırmışdır.  

Naxçıvan    Respublikasının    ranla    indiki    sərhəddi    hələ    1828-ci    ildə 

Türkmənçay  müqaviləsinin  şərtlərinə  müvafiq  olaraq  müəyyənləşdirilmişdir. 

Türkiyə  ilə  kiçik  sahədəki  sərhəd  isə  RSFSR  ilə  Türkiyə  arasındakı  1921-ci  

il    martın    16-da    bağlanmış    Moskva    müqaviləsinə    və    bir    tərəfdən    Türkiyə, 

digər  tərəfdə  isə  RSFSR-in  iştirakı  ilə  Azərbaycan  Respublikası, Ermənistan  

Respublikası      və  Gürcüstan    Respublikası    arasında    13    oktyabr    1921-ci    ildə    

bağlanmış   Kars  muqaviləsinə  əsasən  müəyyən  olunmuşdur. 

Naxçıvan    Muxtar    Respublikası    şimal-qərbdən    cənub-şərqə    doğru    158   

kilometr    məsafədə    uzanır    və    ərazisinin    forması    düzgün    olmayan  

rombuxatırladır. Onun  şimaldan  cənuba  ən  geniş  yeri  75  kilometrə  bərabərdir. 

Respublikanın  şimalda  ən  ucqar  nöqtəsi  Saraybulaq  sıra  dağlarınınŞərur  

rayonu    ərazisinə    daxil    olan    qolu    üzərindəki    Kömürlü    dağdır.  Zəngəzursıra  

dağlarının    Soyuq    dağdan    başlayaraq    sıldırım    yamacla    alçalıb    Arazın    sol 

sahilində  600  metrə  catdığı  yerdə  yerləşən  Zerəni  dəmir  yol  dayanacağı  isə  

respublika  ərazisinin  ən  cənub  nöqtəsidir. Muxtar  Respublika  ilə  Ermənistan  

respublikası  arasındakı  sərhəd  xətti  də  məhz   buradan  başlayır. 

Muxtar    Respublikanın    qərbdən    ən    ucqar    nöqtəsi    Sədərək  

qəsəbəsindənqərbdə, Araz  yaxınlığında  yerləşən  kecmiş  Urmiya  kəndi, şərqdə  

isə Zəngəzur  dağlarının  cənub  qollarından  olan  Zerəni  dağının  zirvəsidir. 



11 

 

Hazırda  Muxtar Respublika  inzibati  cəhətdən yeddi  rayona  bölünmüşdür:  



Şə

rur,  Sədərək,  Babək,  Şahbuz,  Culfa,  Ordubad    və    Kəngərli.  Muxtar  

Respublikanın  paytaxtı  Naxçıvan  şəhəri r espublika  tabeliyində  olan  şəhərdir. 

Hal-hazırda Naxçıvan MR-in  ümumi  sahəsi  5363  km

2

- dir. 


Halbuki, 1929-cu  ilədək  onun  sahəsi   5988  km

 olmuşdur. Həmin   ilin 



fevral  ayının  18-də  Zaqafqaziya  M K-nin  qərarı  ilə  protokol (N3)  Naxçıvan 

MR-in    razılığı,  Türkiyə    Respublikasının    xəbəri    olmadan      Şərur    rayonunun 

Xacik,  Koradiz,  Ordubad    rayonunda    Karcevan,    indiki    Şahbuz    rayonunun  

Oğbun,  Sultanbəy,  Ağxac,  Ses,  Almalı,  tqıran    kəndləri    625  km

2

    ərazisi    ilə 



birlikdə    Ermənistan    SSR-ə  verildi.  Bu    isə    həm    Moskva,  həm  də    Kars 

müqavilələrinin    şərtlərinin    və    beynəlxalq    hüquq    normalarının    kobudcasına  

pozulması    idi.  Hal-hazırda    Naxçıvan    MR    ərazisinin    rayonlar    üzrə  

bölgüsüaşağıdakı  kimidir: 

Şə

rur  rayonu 



1165  km

Ordubad  rayonu 



972 km

2

 



Culfa  rayonu 

1250 km


2

 

Babək  rayonu 



995 km

2

 



Ş

ahbuz  rayonu 

815 km

2

 



Sədərək  rayonu 

151 km


2

 

Naxçıvan  şəhəri 



15 km

2

 



 Kəngərli  rayonu 

682  km


 

2015-ci  ilin  yanvarına  olan  mə’lumata  gorə  Naxçıvan  Muxtar 



respublikasında  439800  nəfər  əhali  yaşayır. Muxtar  Respublikada  əhalinin  orta  

sıxlığı    80    nəfərdir.  Əhalinin    əsas    hissəsi    Arazboyu    düzənlik    sahəsindəvə  




12 

 

dağlıq  sahələrin  çay  vadilərində  yaşayır. Əhalinin  98  faizə  qədəri  bu yerlərin  



qədim  sakinləri  olan  Azərbaycan  türkləridir. 

Naxçıvan  Muxtar    respublikasının  paytaxtı  Azərbaycanın  qədim 

şə

hərlərindən    biri    olan,  inşa    edilməsi    e.ə.  II    minilliyə    aid    edilən  



Naxçıvandır.O,    respublikamızın    paytaxtı    Bakı  şəhərindən    535  km    məsafədə  

yerləşir.      Ermənistanın    Azərbaycan    Respublikasına    silahlı    təcavuzunə    qədər  

Naxçıvan  Muxtar    Respublikası    qonşu    respublikalarla,  həmçinin    Azərbaycanın  

qonşu rayonları  ilə  və  Bakı  şəhəri  ilə  Araz  çayı  boyunca  uzanan dəmir  yolu 

vasitəsilə  əlaqədə  idi. 

1941  -ci    ildə    istifadəyə    verilmiş    Bakı-Culfa    dəmir    yolu    xətti 

Zaqafqaziya    dəmir    yolu    həlqəsini    tamamlamaqla,      Naxçıvandan    Bakıyadək 

olan  yolu  demək  olar  ki, iki  dəfə  (600 km-ə qədər)  qısaltmışdır.  1988-ci  ildən 

başlayaraq    erməni    ekstremistlərinin    Azərbaycana    qarşı    apardıqları    müharibə 

nəticəsində  onun  ərazisinin  iyirmi  faizini, o cümlədən  dəmiryolunun  kecdiyi 

Zəngilan,  Cəbrayıl  və  Füzuli    rayonlarını    işğal    etdiyindən    dəmiryol    hərəkəti 

dayanmış,  Muxtar    Respublika    blokadaya    alınmışdır.  Dəmir  yolunun 

Ermənistanın  Mehri    rayonu    ərazisindən    kecən    hissəsi    ermənilər    tərəfindən 

dağıdılmış  və  yararsız  hala  salınmışdır. Halbuki,  vaxtı ilə  bu  yolla  daşınan 

yükün    85    faizi    ermənilərə    məxsus  idi.  ndi    isə    nakəs  və    namərd    qonşular 

beynəlxalq  aləmdə  şivən  qoparırlar  ki,  Azərbaycan  onları  blokadaya  almış, 

dəmir   yolunun  hərəkətini  dayandırmış   və  onların  təchizatını, başqa   yerlərlə 

ə

laqəsini    pozmuşdur.  Ermənistanın    təcavüzünə    qədər    Naxçıvan    şəhərini 



Azərbaycanın    və    Ermənistanın    başqa    şəhər    və    rayonları    ilə    əlaqələndirən 

mühüm    şosse    yolları    Arazboyu    düzənlikdən    keçən    Naxcıvan  -Yerevan, 

Biçənək    aşırımından  keçən  Naxçıvan-Görüs,  Şuşa-Yevlax-Bakı,  Şərur  

Arazdəyən-Yeğeknadzor-Cermuk,  Cəhriçay    boyunca    Martiros    aşırımından  

keçən  Naxçıvan- keçmiş  Əzizbəyov  şosse  yolları  idi. Bu  yollar  Ermənistanın 

şə

rqi  ilə  qərbi  arasında  əlaqələr  yaratmaqda  da  mühüm  rol  oynayırdı. 



Ermənistan  tərəfindən  tam  blokadaya  alinmiş  Naxçıvan  MR  Türkiyəilə  

sərhəd  təşkil  edən  Araz  çayı  üzərində  qurulmuş  “Ümid  körpüsü"  vasitəsilə  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə