Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   ...   27

13 

 

qardaş    Türkiyə    ilə    geniş    və    hərtərəfli    əlaqə    saxlayır.  Bu    körpüiki    qardaş  



xalqın    ümidlərini    doğrultmuş,  Naxçıvan    MR    özünün    iqtisadi    sosial  

ehtiyaclarını  bu  körpü  vasitəsilə, türk  xalqının  qardaşlıq  köməyilə  ödəyir. Bu 

körpüdən  hər gün  yüzlərlə  yük  maşınları, onlarla  minik  maşınları, avtobuslar  o 

tərəfə  və  bu  tərəfə  kecir. 

Culfa    və    Şahtaxtıda    Araz    üzərindəki    körpülər    vasitəsilə    ran  

slamRespublikası    ilə    əlaqə    saxlanılır.    ran    dövləti    ərazisindən  

keçməklə,Culfa-Bakı  şosse  yolu  ilə  yük  maşınları  hərəkət  edir. Bundan başqa,  

həftədə iki  dəfə  Culfa-Təbriz  minik  qatarı  hərəkət  edir. 

Naxçıvan  MR  əhalisinin  respublikamızın  paytaxtı  olan  Bakı  şəhərinə, 

oradan    da      Azərbaycanın    digər    şəhər    və    rayonlarına    yeganə    çıxış    yolu 

Naxçıvan    təyyarə    limanıdır.  Bu    təyyarə    meydançasından    Naxçıvan-Bakı, 

Naxçıvan-Moskva, Naxçıvan-Samara  xətləri  üzrə  TU-154  sərnişin  təyyarələri 

işləyir. 

 

§1.2. Ərazinin  relyefi  və  geoloji  quruluşu. 



 

Kiçik  Qafqazın  cənub-qərb  qurtaracağında  yerləşən  və  tipik  dağlıq  ölkə  

olan  Naxçıvan    MR-in    relyefi    başlıca    olaraq    düzənlik    və    dağlıq    hissədən  

ibarətdir.    Onun    dəniz    səviyyəsindən    orta    yüksəkliyi  1400  metrə  bərabərdir. 

Muxtar  Respublika  ərazisinin  mütləq  yüksəkliyinin  amplituda  fərqi 600 metrlə 

(Kotam    yaxınlığında  Arazın  vadisi)  3906  metr    (Qapıcıq  zirvəsi)  arasında  

tərəddüd    edir.  Ərazinin    üçdə    bir    hissəsini    təşkil    edən    və      Muxtar  

Respublikanın    ən    alçaq    sahəsi      hesab    edilən    Arazboyu    düzənliyin    orta  

yüksəkliyi 800 metrə   yaxındır. Ərazinin üçdə  iki  hissəsi  dəniz  səviyyəsindən 

1000 metr  yüksəklikdə  yerləşməklə, 20 faizinin  mütləq  yüksəkliyi 2000 metrdən  

artıqdır.  N. .Şelepnevin    hesablamasına    əsasən    Naxçıvan    MR    səthini  

yüksəkliyinə  görə  aşağıdakı  qaydada  bölmək mümkündür. 

 



14 

 

Mütləq  yüksəkliyi (m-lə)  Sahə   (km



2

-lə ) 


Faizlə 

600-1000 

1720 

32,9 


1000-1500 

1600 


30,5 

1500-2000 

1028 

19,5 


2000-2500 

500 


9,5 

2500-3000 

320 

6,1 


3000  m-dən  artıq 

80 


1,5 

 

Naxçıvan  MR  ərazisinin  relyefi  öz  quruluşuna  görə maili düzənliklərdən, 



alçaq, orta və yüksək dağlıq qurşaqdan ibarətdir. Maili  düzənliklər  öyrəndiyimiz  

ə

razinin  ən  alçaq  hissəsi  olan  Arazboyunu  əhatə  edərək  şimal-qərbdən  cənub-



şə

rqə  doğru  dar  bir  zolaq  şəklində  uzanır. Bu  sahənin  ən  geniş  yeri  şimal  

qərbdə  20  kilometr, ən  dar  yeri  isə  cənub-şərqdə  4-5  kilometrdir. Arazboyunu  

tutan   sahənin yüksəkliyi  600  metrlə  1200 metr  mütləq  yüksəkliklər  arasında  

tərəddüd    edir.  Arazboyu    sahə    başlıca    olaraq    Sədərək,  Şərur,  Böyükdüz, 

Naxçıvan  və  Culfa-Ordubad  maili  düzənliklərindən  ibarətdir  ki, bunlar  da  öz  

növbəsində  eyni  adlı  tektonik  çökmələrə  müvafiqdir. Göstərilən  düzənliklərin  

ş

imal-şərq   hissəsi   şiddətli   parçalanmaya    məruz   qalmış,  maili   düzənliklər isə 



dördüncü    dövrdə    yeni    tektonik    hərəkətlər    nəticəsində    qalxmışdır.  Arazyanı  

sahə  relyefini  formalaşmasında  başlıca rol oynayan  Araz  çayı  və  onun  Muxtar 

Respublika  daxilindəki  sol  qollarıdır. Bu  qolların  terrasları  Şərur  və  Naxçıvan 

maili  düzənliklərində  daha  yaxşı  inkişaf  etmişdir. 

Arazboyu    sahə    respublika    daxilində    əsas    akkumlyasiya    sahəsidir.  

Müxtəlif  denudasion  proseslər  nəticəsində  dağlıq  hissədə  hazırlanmış  aşınma 

materialları    çaylar    və    vaxtaşırı    sellər    vasitəsilə    axıdılıbAraz    çökəkliyinə  

doldurulur.  Bu    düzənliklərdə    Şərqi    Arpa,  Naxçıvan,Əlincə,  Gilan,  Vənənd, 

Ə

ylis,  Ordubad    və    başqa    çayların    gətirmə    konuslarıgeniş  sahəni  əhatə  edir. 




15 

 

Duzənliklər  Araz  cayı  boyunca  əsasən    allüvial,  dağlara  doğru    isə    allüvial-



prolüvial  və  prolüvial  çöküntülərindən  təşkil  olunmuşdur. 

Çay    terrasları    yüksəkliklərinin    Araza    doğru    azalması    və    onun  

hazırkıçöküntüləri    altında    batması    Arazboyu    düzənliyin    hazırda    enməyə  

mə’ruz  qalmasına    əsas    dəlildir.  Oliqosen    dövründən    başlamış      bu    vaxtadək   

davam edən  cökmə  hər  yerdə  bir  olmamışdır. Diferensial  gedən  yeni  tektonik 

hərəktlər    respublikanın    qərb    hissəsinə    nisbətən    şərqində    daha    sürətlə    baş 

vermişdir.  Nəticədə    respublika    ərazisinin      şərq    hissəsində    (xüsusilə    alçaq 

dağlıq  qurşaqda) çay  şəbəkəsi  bir  neçə  yerdə  (Biləv, Əylis, Duylun, Calxanqala 

və  s.)    dəyişərək    yenidən    qurumuş    və    dərin    dərələr    relyefdə    indiyədək 

saxlanmışdır. 

Arazboyu  düzənlikdən  şimala  doğru  alçaq  dağlıq  sahə  başlanır. Busahə  

Azərbaycan  daxilində  öz  morfoloji  quruluşu  ilə  fərqlənir. Qaraçoban,Tənənəm, 

Tazıucan, Duzdağ, Cəhriqaşı və i.a.  maili  düzənlikləri  buraya  daxildir. Onların  

səthi    meylli    və    zəif    parçalandığı    halda,  yamacları    ariddenudasion    proseslər  

nəticəsində    çox    şiddətli    parçalanmışdır.  Ərazidə    monoklinal    relyef  üstünlük 

təşkil  edir. Həmin  maili  düzənliklər  sementləşmiş  konqlomerat  və çay daşları  

ilə  örtüldüyündən  onların  altındakı  gilli  süxurlar  şiddətli  yuyulma  və aşınma  

proseslərindən  qorunmuşdur. 

Arazyanı    sahənin    şimal    sərhəddi    boyunca    olan    relyef    cənub-

şə

rqdənşimal-qərbə    doğru    şiddətli    parçalanmışdır.  Monoklinal    relyef    yeni  



tektonik  hərəkətlər    nəticəsində    müxtəlif    sahələrdə    müxtəlif      dərəcədə   

deformasiyaya  uğramışdır.  qlimin    və    süxurların    tərkibinin    müxtəlifliyi  

nəticəsində  respublikanın    şərq    və    qərb    yarısında    inkişaf    etmiş    monoklinal  

relyefin parçalanma  miqyası  eyni  deyildir. Təkcə  bunu  qeyd  etmək  kifayətdir  

ki, respublikanın  şərq  yarısında  inkişaf  etmiş  monoklinal  relyefin bünövrəsini 

təşkil  edən  süxurlar  ekzogen  proseslərin  dağıdıcı  fəaliyyətinə  daha  asan məruz   

qalır.  Ona    gorə    də  xarakterizə    olunan    relyefin    yamaclarında,  ən    çox  

yamacların  ətəklərində  külli  miqdarda  qalın  dellüvial  çöküntülərin  toplanması 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə