Microsoft Word S?f?rli N?rgiz docx



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix21.10.2017
ölçüsü0,75 Mb.
#6373
1   2   3   4   5   6   7   8   9   ...   27

 

dinamikası,  onun    torpaqların    ekoloji    mühitinə    göstərdiyi    mənfi    təsirlər    və  



mühafizə  tədbirləri  araşdırılır. 

Işin    strukturu    və    həcmi.  Dissertasiya    işi    giriş,  üç    fəsil,  nəticə    və  

təkliflər, ədəbiyyat  siyahısından  ibarətdir. 

Giriş  hissəsində  mövzunun  aktuallığı  və  tədqiqat  obyektinin  seçilməsi  

ə

saslandırılır, tədqiqatın  məqsəd  və  vəzifələri, obyekti  və  predmeti  müəyyən  



edilir, işin  elmi  yeniliyi  və  praktiki  əhəmiyyəti  göstərilir. 

Birinci  fəsildə  Naxçıvan  MR-in  dağlıq  zonasının  təbii  ekoloji  şəraiti, 

ə

razinin  coğrafi  mövqeyi, relyef  və  geoloji  quruluşu, iqlim  xüsusiyyətləri  və  



Naxçıvan  MR-in  əsas  torpaq  tipləri  nəzərdən  keçirilir. 

Ikinci    fəsildə    Naxçıvan    MR-ın    dağlıq    zonasında    eroziya    prosesinin  

inkişafı  və  onun  yaratdığı  ekoloji  nəticələr, eroziyanın  yamacların  meylliyinə, 

bitki  örtüyünə, rayonlaşmaya  təsiri  araşdırılır. 

Üçüncü    fəsildə    Naxçıvanın    ümumi    ekoloji    vəziyyəti,  eroziyanın  

qarşısının    alınması    və    mühafizə    tədbirləri,ekoloji    şəraitin    yaxşılaşdırılması  

təhlil  edilir. 

Dissertasiya  işi  82  səhifədən, 3 cədvəldən  ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 


 

I  Fəsil. Naxçıvan  MR-in  dağlıq  zonasının  təbii ekoloji  şəraiti. 

§1.1.  Ərazinin   coğrafi  mövqeyi. 

Naxçıvan  Muxtar  Respublikası  Cənubi  Qafqazın  bir  hissəsini  tutmaqla  

Azərbaycan  Respublikasının  tərkibinə  daxildir.Muxtar  Respublikanın  ərazisini 

təşkil  edən  dağlar  Kiçik  Qafqazın  dağ  silsiləsinin  hissələridir.Ərazi  orta  Araz 

dağlar  arası  çökəkliyin  cənub-şərq  hissəsi  qurtaracağını  tutmaqla,38

o

51



- 39


o

47



 

ş

imal  enlik  dairəsi  və 44



o

46



-46

o

10



’ 

şə

rq uzunluq dairəsində yerləşir [22]. 



Naxçıvan  Muxtar  Respublikası  Kiçik  Qafqazın  cənub-qərb  hissəsində, 

Araz    çayının    sol    sahəsində,  şimal    en    dairəsi    ilə    cənub    uzunluğu    arasında  

yerləşir. 

Muxtar    Respublika    şimaldan    və    şimal-şərqdən    189    km    məsafədə  

Ermənistan  Respublikası  ilə, cənubdan  və  cənub-qərbdən  isə  163 km  məsafədə  

ranla, 11 km  məsafədə  isə  Türkiyə  ilə  həmsərhəddir. 

Ə

razi    relyefinin    əsas    hissəsini    dağlıq    zona,  çox    az    bir    hissəsini  



çökəkliklər    təşkil    edir.  Bu    sahə    okean    səviyyəsindən    1000    metrdən    3900  

metrə  qədər  uzanır. 

 

Düzənliklə    orta    dağlıq    arasında    yerləşən    alçaq    dağlıq    ərazi    Muxtar  



Respublikanın    mərkəz    hissəsində    geniş    sahə    tutur.  Orta    dağlıq    qurşaqda  

relyefin  hündürlüyü  1200-1300  m-dən  2000-3000  metrə  qədər  ucalır  [4]. 

Naxçıvan    Muxtar   Respublikasının    ərazisində    üstünlük   təşkil    edən    iki  

oroqrafik  vahid  vardır. Onlardan  biri  və  ən  əsası  Zəngəzur  silsiləsi, digəri  isə  

Dərələyaz    silsiləsidir.  Orta    hündürlüyü    3200    m-ə    çatan    Zəngəzur    silsiləsi  

Kiçik  Qafqazın  bütün  silsilələrindən  yüksəkdir. Onun  ən  hündür  zirvəsi  olan  

Qapıcıq (3906  m)  eyni  zamanda  Kiçik  Qafqazın  Azərbaycan  ərazisində  ən  

yüksək    zirvəsidir.  Zəngəzur    silsiləsi    həm    də    Kiçik    Qafqazın    Böyük  

silsilələrindən    biri    olub    Muxtar    Respublika    ilə    Ermənistan    arasında    təbii  

sərhəd  təşkil  edir. 

Dərələyaz    silsiləsi    Naxçıvan    MR-ın    şimal-şərq    hissəsində    yerləşir    və  

Ermənistan  ilə  Muxtar  Respublika  arasındakı  sərhəd  boyunca  uzanır. 




 

Naxçıvan  MR  kəskin  kontinental  iqlimi  ilə  Azərbaycanın  digər  fiziki  



coğrafi  vilayətlərindən  fərqlənir. Ərazidə  iqlimi   yaradan  əsas  amillər  günəş  

radiasiyasının    bolluğu,  atmosfer    dövranının    mürəkkəbliyi,  relyefin    isə    xeyli  

müxtəlif  olması  ilə  səciyyələnir. 

 

Naxçıvan  Muxtar  Respublikasının  şimal-şərqindən  sərhəd  xətti  Sədərək 



düzənliyindən  keçərək  Ermənistan  Respublikası  ilə  Vardenis  dağ  silsiləsinin 

cənub  şərq  qolu  və  yüksəkliyi  3000 m-dən  az  olan  Dərələyəz  silsiləsi  ilə 

ə

hatə  olunur.Dərələyəzdən    cənuba,Zəngəzur    silsiləsindən    isə  qərbə    ayrılan 



qollar  orta  Araz  çökəkliyinə  tərəf  uzanır.Orta  Araz  çökəkliyi kiçik  Qafqazda  

ə

n  böyük  çökəklikdir.Bu  çökəkliyin  bir  hissəsi   ran  və  Türkiyə,sol  sahildə  



yerləşən  hissəsi  isə  Ermənistan  və  Naxçıvan  ərazisidir. 

 

Qeyd  etmək lazımdır ki, muxtar  respublika  ərazisinin  ümumi  sahəsi  5,2 



min  km

2

 olub ki,buda  Azərbaycan  Respublikasının  ümumi  ərazisinin  6,0%-dən  



biraz  çoxunu  təşkil  edir.  Naxçıvan  Muxtar  Respublikasının  tərkibinə  Sədərək, 

Şə

rur,  Babək,  Kəngərli,  Şahbuz,  Culfa,  Ordubad    rayonlıarı    daxildir.Ərazidə  



suvarma  əkinçiliyi  geniş  inkişaf  etmişdir.Dağlıq  bölgələrdə  hissə-hissə  dəmyə  

ə

kinçiliyinə  rast  gəlinir.Əkinə  yararlı  sahələrin  80%-ni  respublikada  suvarılan  



sahələr  təşkil  edir. 

 

Muxtar    Respublikanın    geoloji-geomorfoloji,  hidrotermik    şəraitinin  



müxtəlifliyi,iqlim  ünsürlərinin, bitki  kəmiyyətlərinin  qeyri  bərabər  paylanması, 

relyefin  və  torpaq  əmələ  gətirən  süxurların  müxtəlifliyi  nəticəsində  burada  

yayılmış  torpaq  tipləri  şaquli  zonallıq  qanununa uyğun  formalaşmışdır.Belə  ki, 

yüksək    dağlıq    zonadan    dağətəyi    zonaya    doğru    dağ-çəmən,  dağ-meşə    və  

bozqır (yarım  səhra) qurşaqlarda  torpaq  tipləri  və  yarım  tipləri  yayılmışdır [6]. 

Azərbaycan    Respublikasının    tərkibinə    daxil    olan    Naxçıvan    Muxtar 

Respublikası    dağlıq    ölkə    olub,  Kiçik    Qafqazın    cənub-qərbində    yerləşir. 

Naxcıvan MR-in  sərhəd  xəttinin  ümumi  uzunluğu  398  kilometrə  bərabərdir. 

 Muxtar    Respublika    cənubdan    və    qərbdən    ran    və    Türkiyə    ilə  

həmsərhəddir. Onunla   ran  arasındakı  sərhəd  xəttinin  uzunluğu 163 kilometrə  




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə