Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə4/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   2   3   4   5   6   7   8   9   ...   39

 

 



        lkin dövrlərdə qala kimi salınmış şəhər bu gün təbii sərvətlərin, xüsusilə  

quruda və dənizdə olan neft-qaz ehtiyatlarının istismarı və emalı əsasında inkişaf 

edir. XIX əsrin 70-ci illərindən neftin sənaye üsulu ilə hasilatı, XX əsrin 20-30-cu 

illərindəki sənayeləşmə dövründə və sonrakı illərdə burada güclü neft 

maşınqayirması, elm, tədris müəssisələrinin yaradılması, kənardan gətirilən 

xammalların  emal edilməsi üçün yeni istehsal obyektlərinin tikilməsi şəhərin 

büyüyüb-inkişaf etməsində xüsusi rol oynamışdır. Respublikada əhəmiyyətli sosial 

infrastruktur obyektləri, dövləti idarəetmə orqanları, xarici ölkələrin və şirkətlərin 

numayəndəlikləri burada cəmlənir. 

       Azərbaycanın Xəzər dənizi hövzəsində olan ölkələrlə dəniz əlaqələri, 

dünyanın əksər ölkələri ilə hava əlaqələri Bakı nəqliyyat qovşağı vasitəsilə həyata 

keçirilir. Respublika daxilində olan dəmir və avtomobil yolu əlaqələri də bu 

nəqliyyat qovşağı vasitəsilə mümkün olur. 

       Şəhərdə 1967-ci ildən metro fəaliyyət föstərir. Bakının ətrafındakı Binə 

qəsəbəsində yerləşən beynəlxalq təyyarə limanı Azərbaycanın xarici ölkələrlə hava 

nəqliyyatı əlaqələrini təmin edir. 



       Sumqayıt – Bakıdan 35 km aralıda yerləşir.Şəhərin əhalisinin sayı 

325.237min (2013-cü ilin məlumatı) nəfərdir. Bakı kimi iri sənaye mərkəzinə 

yaxınlıq onun inkşafına kömək edir. Sumqayıta 1949-cu ildə şəhər statusu 

verilmişdir. Sumqayıt Bakıda istehsal müəssisələrinin həddən artıq 

təmərgüzləşməsinin qarşısını alır, paytaxtın neftqayırma zavodlarından alınan 

xammalları tam emal etməklə regionda kimya və neft-kimya kompleksini 

formalaşdırır. Sumqayıtda neft sənayesinə xidmər edən boru-prokat zavodu, 

alüminium zavodu, yüngül və yeyinti sənayesi müəssisələri, həmçinin sosial 

infrastruktur obyektləri vardır. 

         qtisadi rayona daxil olan Abşeron rayonun mərkəzi Xırdalan şəhər tipli 

qəsəbəsi,  Xızı rayonunun mərkəzi eyni adlı şəhər tipli qəsəbədir. Xızı rayonunun 

yaradılması ilə (1990-cı il) burada Altıağac, Giləzi, Şurabad kimi məntəqələrə 

şə

hər tipli qəsəbə statusu verilmişdir. Abşeron yarımadasının təbii-iqtisadi 



zonasında olan şəhər yaşayış məntəqələri cədvəl 2-də verilmişdir. 

 

Abşeron yarımadasının təbii-iqtisadi zonasında olan şəhər yaşayış 



məntəqələri 

                                                                                                

                                                                                                        Cədvəl 2. 

qtisadi r-nlar, 

məntəqələr 

Ə

halisi 



min nəfər 

Status 


aldığı tarix 

Abşeron 

Bakı 


Sumqayıt 

Xırdalan 

Xızı  

 

2mln354 



325,237 

94,6 


14,3 

 

 



VIII əsr 

1949 


1936 

1990 


 

 



10 

 

 



       Xırdalan qəsəbəsi çox güclü sosial-iqtisadi potensiala malikdir və inzibati-

idarəetmə funksiyası yerinə yetirir. Ona görə də bu qəsəbəyə şəhər statusu 

verilməsi zəruridir. Həmin sıraya iqtisadi rayonda olan Binəqədi, Lökbatan, 

Qobustan, Sahil, Hövsan qəsəbələrini də əlavə etmək olar. Onlara şəhər statusu 

verməklə Bakının sosial-iqtisadi cəhətdən yüklənməsinin, burada istehsalın ərazi 

cəhətdən təmərgüzləşmənin qarşısı alınar, qəsəbələrin inkişafı üçün isə əlverişli 

şə

rait yaranmış olar. Faktiki olaraq Bakının mərkəzində olan Əhmədli şəhər tipli 



qəsəbələr sırasından çıxarılmalı və ona mikrarayon statusu verilməlidir. 

 

       1.2. Abşeron yarımadasının iqlim ehtiyatları. 

        qlimi əsasən mülayim isti və quru subtropikdir.  l ərzindəki günəşli zamanın 

həcmi 2200-2400 saatdır. Ən soyuq ayın orta temperaturu qışın sərtliyi ərazi üçün 

yumşaq (0; -5ºC), çox yumşaq (2.5-0ºC) və həddən çox yumşaq (5-2.5ºC) şəraitdə 

keçir. Ölkənin ən az yağıntılı (200-400 mm) və ən küləkli ərazilərindəndir.  sti 

dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir.  yun-

sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5-25 gün ətrafında tərəddüd edir. 

Küləyin orta illik sürəti 4-6 m/san və daha yüksək olur. Ərazi yüksək külək enerjisi 

potensialına malikdir. Güclü küləkli günlərin sayına görə respublika üzrə birincilik 

bu ərazilərdədir: il ərzində sürəti 21 m/san-ə qədər olan küləkli günlərin sayı

 

Ş



übanıda

 227 gün, Butada 140 gün, Sumqayıtda 95 gün, Maştağada 40 

gün, Pirallahıda adasında 37 gün, Bakıda 35 gün təşkil edir.  

        Bu baxımdan yüksək alternativ enerji - külək elektrik enerjisi potensialına 

malikdir. Iqlim kontinentallıüı mülayim və orta kontinentallıq intervalında 

səciyyələnir.  l ərzində şaxtasız dövrün davamiyyəti 250 gün və daha çox, havanın 

temperaturunun 0ºC-dən aşağı olan günlərin sayı isə Abşeronda 10-20 gün təşkil 

edir.  l ərzində qar örtüyü olan günlərin sayı 10 və daha az olur. Ərazinin bioiqlim 

potensialı çox aşağı və aşağı göstəricilərə malikdir. 

        Ərazi rəngarəng landşaft müxtəlifliyinə malikdir. Ərazidə səhra, yarımsəhra, 

bozqır və dağ-çəmən landşaftları vardır. Samur-Abşeron və Abşeron kanallarının 

bir hissəsi, Ceyranbatan su anbarı, Masazır vəMirzaladı və s. şor gölləri bu ərazidə 

yerləşir. Yüksək kurort-rekreasiya potensialına (dənizkənarı iqlim kurortları, 

balneoloji kurortlar, dənizkənarı iqlim müalicə və rekreasiya yerləri) malikdir. 

         qlimi, əsasən, mülayim isti və quru subtropikdir.ən soyuq ayın orta 

temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; -5ºC), çox yumşaq 

(2.5-0ºC) və həddən çox yumşaq (5-2.5ºC) şəraitdə keçir. Ölkəmizin ən az yağıntılı 

(200-400 mm) və ən küləkli ərazilərindəndir.  sti dövrlərdəki (aprel-oktyabr) 

mümkün buxarlanma 1000 mm tərtibindədir.  yun – sentyabr aylarında quraqlıq 

keçən günlərin sayı 5-25 gün ətrafında tərəddüd edir. Küləyin orta illik sürəti 4-6 

m/san və daha yüksək olur.Güclü küləkli günlərin sayına görə respublika üzrə 

birincilik bu ərazilərdədir: il ərzində sürəti 21 m/san-ə qədər olan küləkli günlərin 

sayı Şübanıda 227 gün, Butada 140 gün, Sumqayıtda 95 gün, Maştağada 40 gün, 

Pirallahı adasında 37 gün, Bakıda 35 gün təşkil edir.  

       Bu baxımdan yüksək alternativ enerji - külək elektrik enerjisi potensialına 

malikdir. Iqlim kontinentallıüı mülayim və orta kontinen- tallıq intervalında 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə