Microsoft Word Rovs?n-dissertasiya doc


Poliqonlar standartlara cavab vermir



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   31   32   33   34   35   36   37   38   39

82 

 

 



       Poliqonlar standartlara cavab vermir. 

       Ekoloji tədqiqatlarda göstərilir ki, tullantı suları ilə birlikdə su hövzələrinə neft 

məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, 

fenol və müxtəlif ağır metallar atılır.  

      Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də 

bərk tullantıların idarə olunması ilə bağlıdır. Rəsmi fəaliyyət göstərən poliqonlar 

ekoloji norma və standartlara cavab vermir. Çeşidlənmə aparılmadığından təhlükəli 

və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.  

Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli 

tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük 

ekoloji problemlər yaradan amillərdəndir.  

      Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərindən 

biridir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin 

sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaz təmizləyici və 

toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən 

atmosferə atılan zərərli maddələrin miqdarının artması havanın çirkləndirməklə 

ə

traf mühit və insanların sağlamlığı üçün də ciddi təhlükə yaradır.  



       Araşdırmalara görə, respublika üzrə 2008-ci ildə atmosferə 875,1 min ton 

zərərli maddələr atılıb ki, bunun da 344,2 min tonu sənayenin, 530,9 min tonu isə 

avtonəqliyyatın payına düşür. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 

373,3 min tonu avtonəqliyyatın, 271,9 min tonu isə stasionar mənbələrin payına 

düşür.  

       Abşeron yarımadasında ümumi sahəsi 3325 ha olan 200-dən artıq göl 

mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin 

ə

traf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, 



səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, 

buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə 

atılmasından, yaşayış məntəqələrinə, müəssisələrə, yollar və digər kommunikasiya 

xətlərinə xələl yetirilməsindən ibarətdir.  

      Daha çox çirklənməyə məruz qalmış göllər Böyük Şor, Bülbülə, Qırmızıgöl, 

Hacı Həsən və Çuxurdərə gölləridir. Böyük Şor Abşeron yarımadasının ən böyük 

gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir.  lk 

dövrlərində göl əsasən yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab 

axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni-1,5-2,0 km, dərinliyi 4-

8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi - 15,2 min m3 təşkil edir. 

Bu günə qədər gölün qurudulmuş ərazisi - 15 ha qədərdir.  

        Ən cox cirklənmiş ərazilə 

        Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv maddələrin, ağır 

metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə 

çoxalıb, dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Yaşayış 

massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı 

sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.  

Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, 

Binəqədi, Sabunçu, Suraxanı, Xəzər və Səbail rayonlarının ərazilərindədir.  




83 

 

 



Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi sahəsi 

50 km2, sahil xəttinini uzunluğu 20 km, ora axıdılan çirkab suların gündəlik 

miqdarı - 937,0 min m3 təşkil edir ki, bunun da 750 min m3 məişət çirkab 

sularının payına düşür.  

       Buxtanın çirklənməsi, öz növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin 

azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.  Sumqayıt Səthi Aktiv 

Maddələr Zavodunda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı 

texnologiyası fiziki və mənəvi cəhətdən köhnəldiyindən ərazinin civə və xlor kimi 

çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarır.  

      Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ gəlmiş 

tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür) hələ də bu 

ə

razidə qalmaqdadır. Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış 



radioaktiv tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunsa da, bu 

tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən 

mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına 

gətirib çıxarır.  

       Bundan başqa, neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 

142300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanır.  Bu arada 

mətbuatda gedən məlumatlara görə, Dövlət Neft Şirkəti neftin qiyməti 

sabitləşənədək iri ekoloji layihələrin icrasını dayandıracaq.  

       Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın ekoloji siyasətinə öz 

təsirini göstərib. Dövlət Neft Şirkətinin ekologiya məsələləri üzrə vitse-prezidenti 

Rəfiqə Hüseynzadə bildirib ki, dünya bazarında neftin ucuzlaşması şirkətin 

gəlirlərinin azalmasına səbəb olub. Buna görə də ekologiya ilə bağlı bəzi layihələr 

təxirə salınıb. Neft şirkətinin ekologiya idarəsinin rəisi Azər Əliyev mətbuata 

açıqlamasında bildirib ki, Abşeronda 3200 hektardan çox ərazi neftlə çirklənib və 

artıq onların təxminən 10 faizində təmizləmə işləri aparılıb: “Hər hektar üçün 

təmizlənməyə orta hesabla 100-200 min dollar tələb olunur. Neft şirkəti özü etdiyi 

üçün bu işlər ucuz başa gəlir”. Neftlə çirklənmiş ərazilərin kütləvi təmizlənməsi 

Dünya Bankının 3 layihəyə 164 milyon dollar krediti hesabına aparılacaq. Qeyd 

edək ki, təmizlənmiş ərazilərdə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə 

tutulur.  

      Abşeron yarımadasında və ümumilikdə Respublikada ekoloji vəziyyətin 

yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 

sentyabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında ekoloji vəziyyətin 

yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq 

olunub. Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bu tədbirlər 

planının xüsusi əhəmiyyəti var.  

     Hökumətin müşavirəsində prezident  lham Əliyev 2010-cu ili “Ekologiya ili” 

elan etdi. Müşahidələr və tədqiqatlar göstərir ki, 4 illik tədbirlər planının icrası 

uğurla həyata keçirilməsə də, ekoloji problemlər dərindən öyrənilib. 2015-ci ildə 

ekoloji problemlərin həlli baxımından ETSN-nin və digər dövlət qurumlarının 

üzərinə ağır yük düşür.  



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə