Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   31   32   33   34   35   36   37   38   39

78 

 

 



       2006-cı il iyulun 3-də Prezident  lham Əliyevin sədrliyi ilə keçirilən 

ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş 

müşavirədən sonra Azərbaycanda, onun paytaxtı Bakı şəhərində ekoloji vəziyyəti 

beynəlxalq səviyyəyə çatdırmaq üçün xüsusi tədbirlər planı hazırlandı və bu 

planlar əlaqədar təşkilatlar tərəfindən əzmlə həyata keçirildi.  ndi hamı bilir ki, 

onun həyatı üçün ən vacib məsələ yaşadığı şəhərin ekologiyasının qorunmasıdır 

        Ölkə əhalisinin təqribən 40 faizi, sənaye potensialının isə 70 faizi Abşeron 

yarımadasında cəmləşdiyindən respublikamızda həlli vacib olan ekoloji 

problemlərin əksər hissəsi adıçəkilən ərazinin payına düşüb. Bu ekoloji 

problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı, qazma işləri 

zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, lay sularının idarə 

olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin, gölməçələrin əmələ 

gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması kimi 

hallardır.  

       Bununla yanaşı, yarımadadakı kanalizasiya sistemlərinin vəziyyəti də ciddi 

narahatçılıq doğurur. Beləki, Bakı şəhəri ərazisində tullantı suları ilə birlikdə, neft 

məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, 

fenol və müxtəlif ağır metallar heç bir təmizlənmə işi aparılmadan dənizə, su 

hövzələrinə axıdılır. Bu isə Xəzər dənzinin həddən artıq çirklənməsi ilə müşayiət 

olunur.  

      Atmosfer havasının çirklənməsi də regionda əsas ekoloji problem kimi özünü 

göstərməkdədir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat 

vasitələrinin sayının artması, poliqonlarda tullantıların yandırılması səbəbindən 

havaya atılan zərərli maddələrin miqdarının çoxalması atmosfer havasını 

çirkləndirir ki, bu da ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə 

yaradır. Lakin sadalananlar ekoloji problemlərin heç də hamısı deyil. 

         Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemi bərk 

tullantıların idarə olunması ilə bağlıdır. Qeyd edək ki, aparılmış son 

inventarizasiya nəticəsində hazırda yarımadada sahəsi 100 kv.m.-dən çox olan 138 

qeyri-qanuni tullantı sahəsi, o cümlədən 3 qanuni məişət tullantıları poliqonu 

fəaliyyət göstərir. Ancaq təəssüf doğuracaq haldır ki, qeyri-qanuni zibilliklərdən, 

eləcə də rəsmi fəaliyyət göstərən 3 poliqondan heç də hamısı ekoloji norma və 

standartlara tam cavab vermir. Buna da səbəb onların əksəriyyətində ərazilərin 

hasara alınmaması, nəzarətin təşkil olunmaması, tullantılar boşaldılandan sonra 

torpaq qatı ilə örtülərək basdırılmaması kimi hallardır. Bundan başqa, tullantıların 

daşındığı ərazilərin çoxunda çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra 

sənaye tullantıları da məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir ki, bu da 

öz növbəsində ekologiyamızın çirklənməsinə mənfi təsirini göstərir. 

           Məhz yuxarıda sadalanan çatışmazlıqların aradan qaldırılması, ekoloji 

vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 

lham Əliyev 6 avqust 2008-ci il tarixində “Bakı şəhərində məişət tullantıları ilə 

bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb. Həmin 

sərəncamda qərara alınıb ki, Bakı şəhərində məişət tullantılarının yığılması, 

daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara 




79 

 

 



cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada 

həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin 

gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi 

məqsədi ilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti yaradılsın.  

       Abşeron yarımadasındakı mövcud ekoloji problemlərin planlı surətdə həll 

edilməsi üçün ölkə başçısı tərəfindən 28 sentyabr 2006-cı il tarixində “Azərbaycan 

Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər 

üçün Kompleks Tədbirlər Planı” da təsdiq olunub. Bakı və Abşeron yarımadasının 

ekoloji durumunun sağlamlaşdırılmasına yönəlmiş bu tədbirlər planınında ətraf 

mühitin mövcud vəziyyətinin bərpasını nəzərdə tutan bütün əsas fəaliyyət 

istiqamətləri öz əksini tapıb. Kompleks Tədbirlər Planında təsdiq olunmuş 

vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, 

yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da önə çəkilib. Ona görə də 12 

mart 2009-cu ildə dövlət qeydiyyatına alınan “Təmiz Şəhər” ASC məhz bu 

məsələlərin həlli istiqamətində geniş fəaliyyətə başlayıb. 

         lk növbədə “Təmiz Şəhər” ASC tərəfindən Bərk Məişət Tullantılarının 

Yandırılması Zavodunun inşası və Bərk Məişət Tullantılarının Vahid  darəçiliyinin 

təşkil edilməsi kimi iki mühüm layihənin reallaşdırılması istiqamətində işlər 

görülüb. Tullantıların yandırılması zavodunun tikilməsi üçün podratçı şirkətin 

seçilməsi ilə bağlı  qtisadi  nkişaf Nazirliyi tərəfindən açıq tender keçirilib. 

Tenderin qalibi olan Fransanın “CN M” S.A. şirkəti ilə aparılan danışıqların 

yekunu olaraq, 15 dekabr 2008-ci il tarixdə “Bakı şəhərində bərk məişət 

tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikintisi, istismarı və 

texniki xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb. 346 milyon avroya 

başa gələcək bu zavod üçün Balaxanı qəsəbəsində 20 hektar ərazi ayrılıb.  

       20 illik istismarı nəzərdə tutulan və illik gücü 500 min ton təşkil edəcək 

Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunda hər biri 250 min ton 

olan 2 xətt, eyni zamanda elektrik enerjisini istehsal edən turbin quraşdırılacaq.19 

dekabr 2012-ci ildə

 

Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması 



zavodu istifadəyə verilmişdir. Prezident  lham Əliyev zavodun açılış mərasimində 

iştirak etmişdir.  

       Bununla da Qafqaz regionunda yeganə olan zibilyandırma zavodunda 

tullantıların yandırılması prosesi nəticəsində əldə ediləcək elektrik enerjisinin 

miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaqdır. Ətraf mühitin 

çoxsəviyyəli mühafizəsi mexanizminə malik olan bu zavod Avropa Birliyinin və 

Azərbaycanın ətraf mühitin qorunmasına dair qoyduqları ən ciddi tələblərə uyğun 

şə

kildə işləyir.    Belə ki, yanma məhsulu olan qaz tüstüsü xüsusi filtrlərlə tutularaq 



ə

traf mühiti çirkləndirməyəcək. Daha ağır və zərərsiz olan dib külü isə yol inşası 

üçün nəzərdə tutulmuş tikinti materiallarından istifadə olunub.  

         Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən 

təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldilir. 

 Dünya Bankı ilə Azərbaycan Respublikası Hökumətinin birgə həyata keçirdiyi 

“Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində “Təmiz Şəhər” ASC 

tərəfindən reallaşdırılması nəzərdə tutulan “Bərk məişət tullantılarının kompleks 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə