Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə35/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   31   32   33   34   35   36   37   38   39

76 

 

 



yolu və dəniz nəqliyyatı vasitəsilə gecə-gündüz Rusiyaya daşınırdı. Neft 

mədənlərində mazut göllərindən keçmək belə mümkün deyildi.  

       Burada isə qeyd etdiyimiz kimi, vəziyyət dözülməz idi. Mazut və buruq 

sularından əmələ gələn xırda göllər ətrafa üfunət yayırdı. Ağcaqanadların və qara 

milçəklərin, taxtabiti və siçovulların əlindən tərpənmək mümkun deyildi.  

1941-ci ildə Böyük Vətən müharibəsi başlandı. Faşist Almaniyası SSR -yə hücum 

etdi.  

     Neft əvvəlki illərdən qat-qat artıq çıxarılır, emal olunaraq cəbhəyə göndərilirdi. 



Bu illərdə Abşeron torpağı, Bakının ekologiyası, dəniz sahili o qədər çirklənmişdi 

ki, bura cəhənnəmi xatırladırdı. Muharibə illərində və sonrakı illərdə Bakı 

şə

hərində kükurd, cox zəhərli DDT, sulfat turşusu, HCl və s. istehsal edən kimya 



zavodları tikilib istifadəyə verildi.  

          1960-cı ilin əvvəllərində SSR  höküməti ölkədə kimya sənayesini inkişaf 

etdirmək üçün qərar qəbul etdi. Sumqayıtda superfosfat, HCL və sulfat turşusu 

istehsal edən zavodlar tikilib istifadəyə verildi. Sumqayıt yaşayış üçün cox 

təhlükəli bir şəhərə çevrildi. Şəhərin nəinki içərisindən, hətta yanından avtomobillə 

keçmək belə mümkün deyildi. Bəzən küləkli günlərdə həmin zavodların zəhərli 

maddələrinin tüstüsü və iyi Bakının mikrorayonlarına da gəlib çatırdı. 1960-cı 

illərin sonlarına yaxın Bakıda və Sumqayıtda yeni şüşə zavodları tikildi.  

         Bakıdakı neftayırma zavodları genişləndirilməyə başlandı. Zəhərli qazların 

iyindən insanlar hətta Bakının mərkəzində də gecələr yata bilmirdilər. Dənizə 

axıdılan kimyəvi tullantıları ləpələr sahilə atır, hətta şəhərin ən böyük istirahət yeri 

olan Dənizkənarı parkda ürəkbulandıran, könülküsdürən mənzərə yaradırdı.     

Bakının ekologiyası, insanların sağlamlığı, əslində yaddan çıxmışdı. Bakı Şəhər 

Partiya Komitəsi və Şəhər Sovetinin  craiyyə Komitəsi gözdən pərdə asmaq üçün  

bir necə qərar qəbul etsə də, həmin qərarlar kağız üzərində qalırdı.  

          1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın plenumunda Heydər Əlirza 

oğlu Əliyev birinci katib seçildi. O gündən başlayaraq respublikamızda, eləcə də 

onun paytaxtı Bakı şəhərində həyat qaynamağa başladı. Bakıda insanların həyat 

şə

raiti tamam dəyişdi. Paytaxtın yaşıllaşdırılması haqqında hökümət səviyyəsində 



qərarlar qəbul edildi. Şəhərin abadlaşdırılmasına və yenidən qurulmasına 

başlanıldı. O vaxta qədər Bakıda əhalinin xeyli hissəsi zirzəmilərdə yaşayırdı. 

Onlar birinci olaraq yeni salınan mikrorayonlardakı evlərə köçürüldü. Yeni yaşayış 

massivlərinin bünövrəsi qoyuldu. Əhmədli yaylasında müasir tələblərə cavab verən 

çoxmərtəbəli evlər tikildi. Şəhərin hər yerində — Razində, 8-ci Kilometr yaşayış 

massivində, Əhmədli qəsəbəsində, Şıx çimərliyinin yaxınlığında və 

mikrorayonların ərazisində yaşıllıqlar salındı.  

         Böyük öndərimiz şəxsən yaşıllıq salınan sahələrə gəlir, bu işlərə bilavasitə 

özü nəzarət edirdi. Hamının ən gozəl istirahət güşəsi olan Dənizkənarı bulvar 

yenidən qurulmağa başlandı. Sahilə qədər gəlib çatmış çirkab xüsusi gəmilər 

vasitəsilə təmizləndi. Dənizkənarı bulvar dənizin içərisinə doğru 50-70 metrə qədər 

genişləndirildi. Burada və şəhərin digər yerlərindəki və xiyabanlarda şam, zeytun, 

küknar ağacları, dekorativ ağaclar və gül kolları əkildi. Uşaqlar üçün karusellər, 

sürüşkənlər, yelləncəklər qoyuldu. 




77 

 

 



          Şəhərdə hamı oz evinin qarşısında azı, 2 ağac əkib böyütməyə çalışırdı. 

Hisli, yararsız avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat növü olan 

trolleybuslarla əvəz edildi. Bakı dəmir yolu vağzalı müasir tələblərə cavab verən 

səviyyədə quruldu. Sərnişin qatarları üçün yeni vaqonlar alındı. Metronun 

stansiyaları çoxaldıldı. Metro üçün yeni vaqonlar gətirildi.  

         Bakının tarixi abidələri hökümət səviyyəsində qorunmağa başlandı. Şəhərin 

mərkəzi hissəsində 10-12 mərtəbəli mehmanxanalar tikildi (“Bakı”, “Azərbaycan”, 

“Abşeron” və s.). Ağır dizel yanacağı ilə işləyən yük maşınlarının şəhərin içərisinə 

daxil olmasına qadağalar qoyuldu. Fəhlələrin çalışdığı fabrik və zavodların 

həyətlərində yaşıllaşdırma işləri həyata keçirildi. Ekoloji cəhətdən çox səmərəli 

olan dəzgahlar alındı. Neftayırma və kimya zavodlarında yeni texnologiyalar tətbiq 

olundu. Bu zavodlarda insan həyatı üçün çox təhlükəli olan qazların tutulması və 

yandırılmasının yeni texnologiyası işlənib hazırlandı.  

         Bakı şəhər sakinlərinin yaşayışı həm sosial-iqtisadi, həm də ekoloji cəhətdən 

yaxşılaşdı. Bakıya gələn xarici turistlərin sayı gündən-günə artdı. O illərdə 

Azərbaycanda, onun paytaxtı Bakı şəhərində gedən quruculuq işlərinə hamı heyran 

qalırdı. Gecəni-gündüzə qatan, ömrünü Azərbaycan xalqına bəxş edən ümummilli 

liderimiz Heydər Əliyev buna hamıdan çox sevinirdi.  

         Ulu öndər Heydər Əliyevin tükənməz enerjisini, təşkilatçılıq və idarəetmə 

qabiliyyətini Moskvadan diqqətlə izləyirdilər. 1982-ci ilin payızında onu 

Moskvaya — SSR  Nazirlər Soveti sədrinin birinci müavini və MK Siyasi 

Bürosunun üzvü vəzifəsinə apardılar. Bu vəzifədə də O, Azərbaycan üçün çox 

böyük işlər gördü. Azərbaycan müstəqillik qazanandan sonra qədirbilən xalqımız 

onu yenə də özünə rəhbər seçdi. Ulu öndər ikinci dəfə Azərbaycanda fəaliyyətə 

başlayan zaman Bakıda vaxtilə onun qurub-yaratdığı səliqə-sahmandan əsər-əlamət 

qalmamışdı. Şəhərin mərkəzində çadırdan və həsirdən düzəldilmiş kababxanalar, 

çayxanalar açılmış, parklarda və Dənizkənarı bulvarda qoyun-quzu otarırdılar. 

Şə

hərin lap mərkəzində — Dəmir yolu vağzalının qarşısında, Cəfər Cabbarlı 



meydanında gecə-gündüz kolxoz bazarı fəaliyyət göstərirdi. Şəhərdə zibil əlindən 

tərpənmək mümkün deyildi.  

       Böyük ondər Bakının korlanmış ekologiyasını bərpa etdi. Dənizkənarı bulvar 

yenidən quruldu. Funikulyorun və Yaşıl Teatrın yenidən qurulmasına sərəncam 

verildi. Bakıda, eləcə də Abşeronda yeni-yeni yaşıllıqlar salındı. Zığ massivində 

zeytun bağı genişləndirildi, parklar, bağlar salındı. Yeni nazirlik — Ekologiya və 

Təbii Sərvətlər Nazirliyi yaradıldı.  

       Böyük öndərdən sonra onun yarımçıq qalan işlərini möhtərəm Prezidentimiz 

cənab  lham Əliyev bütün sahələrdə layiqincə başa çatdırdı. Bakının gözəlləşməsi, 

dünya standartları səviyyəsinə qaldırılması onun daim diqqət mərkəzindədir. 

Şə

hərimizin ekologiyasına mənfi təsir göstərən avtomobil tıxaclarının qarşısını 



almaq üçün və piyadaların rahatlığı və təhlükəsizliyini təmin etməkdən ötrü yeraltı 

keçidlər və yerüstü körpü yolları çəkilmişdir. Yeni avtovağzal kompleksində tikinti 

işləri başa çatdı. Bakı-Salyan yolunun Bayıl-Bibiheybət hissəsi təzədən geniş 

şə

kildə qurulmuşdur. Dövlət başçısı Bibiheybət buxtasının ekoloji tələblərə cavab 



verən səviyyədə qurulmasına göstəriş və tövsiyələrini vermişdir.  


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə