Microsoft Word Rovs?n-dissertasiya doc



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix18.04.2018
ölçüsü0,9 Mb.
#39285
1   ...   31   32   33   34   35   36   37   38   39

80 

 

 



idarəçiliyi” layihəsinin məqsədi isə bərk məişət tullantılarının yığılması və 

utilizəsinin davamlı, sistemli təşkili üçün aparılan islahata yardım etmək məqsədi 

daşıyır. Həcmi 41,5 milyon ABŞ dolları təşkil edən bu layihə 5 il müddətinə həyata 

keçiriləcək. 

        Qeyd edək ki, zavodun tikintisi ilə paralel olaraq, “Təmiz Şəhər” ASC 

tərəfindən Balaxanı poliqonunun ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə, 

həmin ərazidə artıq bir sıra mühüm işlər görülüb.  lkin vəzifə kimi şəhəri tüstüyə 

qərq edən poliqon ərazisindəki yanğınların qarşısı tamamilə alınıb. 

Zərərsizləşdirmək üçün poliqona gətirilən bəzi tullantı növlərinə də 

məhdudiyyətlər qoyulub. Əraziyə daxil olan bütün tullantı daşıyan maşın və 

şə

xslərin qeydiyyatı aparılıb, qəbul olunan tullantıların qeydiyyat sisteminin tətbiqi 



həyata keçirilib.  

         Bununla yanaşı, ərazi sahəsinin hamarlanması və torpaqlanması, daxili 

yolların çəkilişi və bərpası, tullantıların yeni qəbuletmə meydançasının qurulması, 

xüsusi çeşidləmə sahəsinin yaradılması, mühafizə sisteminin qurulması, işçilərin 

bütün lazımi iş şəraiti və təhlükəsizlik təlimatlarının tələblərinə uyğun geyim və 

ləvazimatlarla təchizi, səyyar ofis binasının quraşdırılması işləri görülüb.  

       Yuxarıda adıçəkilən layihələrin icrası ilə yanaşı tullantıların idarə edilməsi 

sistemini daha da təkmilləşdirmək və kompleks həllinə nail olmaq üçün “Təmiz 

Şə

hər” ASC tərəfindən bir çox planlar da mövcuddur. Bunlardan biri təkrar emala 



yararlı materialların ümumi tullantı kütləsindən ayrılması və çeşidlənməsidir. Eyni 

zamanda bu prosesin iqtisadi və ekoloji səmərəliliyinin artırılması məqsədi ilə artıq 

illik 200 min ton gücə malik pilot yarım-avtomatik çeşidləmə xəttinin qurulması 

üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına da başlanılıb. Yaxın zamanda 

bu xətdə  istismara verildi.  

      Qeyd edək ki, çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı 

olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır. Bu da 

tullantıların ümumi həcmini azaltmaqla bərabər, ucuz xammal bazarının 

formalaşmasına da səbəb olacaq. Həmçinin ölkədə təkrar emal qurulması üçün də 

zəmin yaradılacaq, enerjiyə qənaət olunacaq və ən önəmlisi ətraf mühitə mənfi 

təsir azalacaq. Misal üçün deyə bilərik ki, çeşidləmə zamanı təkrar emala yararlı 

xammal ümumi kütlədən ayrılır, daha sonra yerdə qalan tullantılar yandırılmaq 

üçün zavoda göndərilir. Yanma nəticəsində tullantının kütləsi 3, həcmi 10 dəfə 

azalır. Həmçinin alüminiumun təkrar emalı nəticəsində 95 faiz enerji sərfiyyatının 

qarşısı alınır. Plastikin təkrar emalı zamanı isə 66 faiz enerji və neft məhsulu 

sərfiyyatına qənaət olunur. Bundan başqa 1 ton təkrar emal olunan kağız məhsulu 

sayəsində 17 ağacın kəsilməsinin qarşısı alınır. 

        Tullantıların idarə edilməsi üçün “Təmiz Şəhər” ASC tərəfindən həyata 

keçirilən layihələrdən biri də Balaxanı poliqonundan uzaqda yaşayan ərazi 

vahidlərində əmələ gələn bərk məişət tullantılarının daşınması, logistikasının 

təkmilləşdirilməsi məqsədi ilə yükləmə-boşaltma stansiyalarının qurulmasıdır. 

Bunun nəticəsində tullantıların toplanması və daşınması sahəsində xidmət 

səviyyəsi yüksəlməklə yanaşı, şəhərdə mövcud tıxac problemi qismən həll edilib, 

nəqliyyat xərcləri azalıb, yanacağa qənaət olunub, ətraf mühitə atılan zərərli 




81 

 

 



qazların miqdarı azaldılıb. Digər bir layihə Balaxanı polqionunda yuma və 

dezinfeksiya məntəqələrinin qurulması başa çatıb. Bu yuma və dezinfeksiya 

məntəqələrinin  nəticəsində isə infeksion xəstəliklərin yayılmasının qarşısı alınır.  

         Belə ki, hazırda Bakı bərk məişət tullantılarının yandırılması zavoduna 

tullantı maşınları vasitəsilə gündəlik min tonlarla tullantı daşınır. Yüklərini 

boşaldaraq, poliqonu tərk edən maşınlar sonradan demək olar ki, paytaxtımızın hər 

br küçəsini, hər bir həyətini dolaşır. Bu isə ölkə ərazisində infeksion xəstəliklərin 

yayılmasına şərait yaradır. Yuma və dezinfeksiya məntəqələr xəstəliklərin qarşısını 

almaqla yanaşı, şəhərin təmizliyini təmin edəcək, ekoloji tarazlığın qorunmasına 

səbəb olacaq. 

      Ümumiyyətlə, “Təmiz Şəhər” ASC tərəfindən yuxarıda qeyd olunan bütün 

tədbirlərin həyata keçirilməsi nəticəsində məişət tullantıları problemi əsasən həll 

olunub, Bakı və Abşeronda ekoloji vəziyyət daha da yaxşılaşıb, zərərli tullantılar 

səbəbindən içməli suya, ətraf mühitə və vətəndaşların sağlamlığına təhlükə törədən 

amillər aradan qaldırılıb. 

 

         3.5. Abşeron yarımadasında  tullantı poliqonları və onların ərazidə 



ekoloji vəziyyətinin tənzimlənməsində rolu. 

        Yarımadada olan 5 poliqonun ümumi sahəsi- 232,5 ha-dır. Poliqonların 

ə

raziləri hasara alınıb, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək 



basdırılıb. Paytaxtın atmosferinin çirklənməsilə bağlı problem tamamilə həll 

olunub. Bu barədə məlumat verən ekologiya və təbii sərvətlər naziri Hüseyn 

Bağırov bildirib ki, Bakının atmosferinə ciddi mənfi təsir göstərən iki faktor var. 

Birincisi, Bakının neft sahələrilə əhatə olunması, ikincisi isə Balaxanı tullantı 

poliqonudur. H.Bağırov zavodların ətraf mühitə təsirinin qiymətləndirilməsi 

sənədinin də nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, artıq ictimai 

təşkilatlarla müzakirə aparılıb.  

       Qeyd edək ki, ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-inin 

cəmləşdiyi Abşeron yarımadası ekoloji problemlərin məngənəsində çırpınır. 

Yarımadanın başlıca problemlərindən biri torpaqların çirklənməsilə bağlıdır. 

Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının 

ümumi sahəsi - 33 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10,6 

min ha təşkil edir.  

      Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri 

zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay 

sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və 

gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə 

toplanmasından ibarətdir.  

       Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyətilə əlaqədardır. Bakı 

şə

həri ərazisində il ərzində təqribən 560 mln m3 həcmində tullantı suları 



formalaşır. Bu suların 164 mln m3 bioloji, 23 mln m3 mexaniki təmizləmədən 

keçdiyi halda, 373 mln m3 tullantı suları təmizlənmədən dənizə və daxili su 

hövzələrinə axıdılır.  

        



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə