Microsoft Word Qisar-kitab doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə18/44
tarix30.10.2018
ölçüsü0,81 Mb.
#76444
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 
75

Gizlincə  qəlblərə nüfuz edən və asta-asta qulaqlara ovsun 
oxuyan düşməndən çəkinin. 

Günahlardan peşman olmaq istiğfardır. 

Günah edən zaman tövbə ilə onun məhvinə tələs. 

Günah etməmək tövbənin qəbul olunmasını istəməkdən daha 
asandır. 

Gərək sənin xislətin vüqar olsun. Çünki kimin sərtlik və 
qabalığı çox olsa, xar və zəlil olar. 

Gözəlliyin zəkatı ismətdir. 

Gələcək camaat üçün bir gün «Quran»dan bir şey ortada olmaz, 
məgər rəsmiyyəti qalar. İslamdan bir şey qalmaz, məgər adı 
qalar. Məscidlər o zaman bina cəhətdən gözəl olar, ibadət 
cəhətdən isə viran. Onları bina və abad edən ibadət əhli olmaz. 

Günah etməyi asan və kiçik bilmək ən böyük günahdır. 

Günah ilə qabağa gedən zəfər çalmaz. 

Günah etməmək tövbə etməkdən asandır. 

Gözəllik insanın geyimində deyil, elm və ədəbindədir. 

Günahların ən pisi odur  ki, onu asan sanasan. 

Günahdan pəhriz etmək sərvətdir. 

Gülərüzlülük və xoşxasiyyətlilik dostluğun torudur. 

Görmək təkcə göz ilə deyil, bəzən gözlər öz sahibini aldadır. 

Gözlərini naməhrəmdən çəkməyən peşmançılıq çəkər. 

Gecənin odun daşıyanı ol, amma sel aparan çör-çöp olma. 


 
76
 H– 
 

Hər kəsin sevdiyi şey, onun dilinin əzbəri olar.  

Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin 
təbiəti və yaxşı insanların xasiyyətidir. 

Hər azğınlıq üçün bir səbəb və hər əhdi pozmaq üçün bir şübhə 
var. 

Hər kim adətlərinə tabe olsa, (yüksək) məqamlara nail olmaz. 

Hər işi görmək mümkündür, yalnız adətləri dəyişməkdən başqa. 

Hər insanın sözlərindən onun ağlının səviyyəsini bilmək olar. 

Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır. 

Hər kim nadan olsa öz nəfsinə aldanar və bu günü dünənindən 
daha pis olar. 

Hər kim özünü Allahın haramlarından saxlasa, Allahın bəxşişi 
ona tərəf tələsər. 

Hər kim övladı ölmüş anaya təsəlli verərsə, Allah ərşindən 
başda heç bir kölgənin olmayacağı gün ona öz ərşinin 
kölgəsində yer verəcək. 

Həqiqətən Bərzəx aləmində  Həsinə adında bir şəhər var. 
Məndən həmin  şəhərdə  nə olmasını soruşmaq istəmirsiniz? 
Dedilər: Ey Əmirəl-möminin, o, şəhərdə  nə var?  Buyurdu: 
«Beyətlərini pozanların əlləri». 

Hakimlərin bəlası pis rəftardır. 

Hakimiyyətin bəlası öyünməkdir. 

Heybət və böyüklüyün bəlası zarafatdır. 

(Hədis və  hər hansı sözü) Nəql etməyin bəlası yalan nəql 
etməkdir.  


 
77

Hər kim özünü kəramətli bilsə  nəfsani istəkləri nəzərində 
alçalar. 

Hər suala cavab verən şəxs ağılsızdır. 

Həqiqətən, sizin canlarınızın qiyməti (dəyəri) cənnətdən başqa 
bir şey deyil: onu cənnətdən başqa heç nəyə satmayın. 

Həqiqətən, hər bir sakit, vüqarlı və xoş xasiyyətli mömin cənnət 
əhlidir. 

Həmişə çalışqan, zəhmətkəş və hazır olun. 

Hər cümə günü öz ailə üzvlərinizlə bir az təzə meyvə nübar 
edin ki, cümənin gəlməsindən sevinsinlər. 

Hər dərdin bir dərmanı var. 

Heç bir şey,dil qədər uzunmüddətli həbsə layiq deyil. 

Həqiqətən  ən üstün din Allah yolunda dostluq və düşmənçilik 
etməkdir. 

Hər insan öz oxşarına tərəf meyl edər. 

Heç vaxt bədgümanlıq sənə qalib gəlməsin. Çünki bu səninçün 
heç kəslə dostluq etməyə yer qoymaz. 

Həqiqətən, pak və müqəddəs Allah dünyanı ondan sonra üçün 
yaradıb. Dünya əhlini onda imtahana çəkir ki, kimin ən yaxşı 
əməl sahibi olduğu məlum olsun. Biz dünya üçün yaradılmamış 
və orada çalışmağa əmr olunmamışıq. 

Həqiqətən, sizin dünyanızın mənim nəzərimdə  çəyirtkənin 
ağzında əzilən bir ağac yarpağı qədər dəyəri yoxdur. Əlinin puç 
olan nemətlərlə nə işi?! 

Həqiqətən, dünya və axirət iki barışmaz düşmən və bir-birindən 
ayrı iki yoldur. Beləliklə kim dünyanı sevib onunla dostluq 
edərsə, axirətə nifrət edib ona düşmən olar. Dünya və axirət 
şərqlə  qərb kimidir. Kim onların arasında yol gedərsə  hər nə 
qədər birinə yaxınlaşarsa bir o qədər o birindən uzaqlaşar. 


 
78
Dünya və axirət bir kişinin iki arvadı kimidir. (yəni hər nə qədər 
birinə  tərəf meyl etsə, bir o qədər o biri arvadın ona nifrəti 
artacaq). 

Heç bir düşməni aşağı tutma, aciz olsa belə. 

Hər kim öyrəndiyi  şey barədə çox düşünsə, öz biliyini 
gücləndirər və başa düşmədiklərini anlayar. 

Heç bir bilik düşünmək qədər deyil. 

Hikmətdən qeyri şey barədə düşünmək quş beyinlikdir. 

Hər kimə yaxşılıq etsən onun ağası olarsan. Hər kimə ehtiyac 
əlini uzatsan onun əsiri olarsan. Hər kəsdən ehtiyacsız olsan 
onunla həmtay olarsan. 

Hər kəsə ehtiyacın olsa, onun yanında xar olarsan. 

Hər bir şeyin müddəti və sonu vardır. 

Heç bir şey şəhərləri ədalət qədər abad etməz. 

Hər şey ağla möhtacdır ağıl isə ədəbə. 

Hövsələsiz (və tünd xasiyyət) olanın rəftarlığı pis olar. 

Hər bir insan etdiyini görəcək və əməlinin əvəzini alacaqdır. 

Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün deyildir. 

Həqiqətən, yeniyetmənin qəlbi xam torpaq kimidir. Ora hər nə 
atılsa qəbul edər. 

Həqiqətən, ağıllı insanlar dünyanın artığını  dərk edərlər, o ki 
qalmış olsun günahları! Halbuki, dünyanı  dərk etmək ləyaqət, 
günahları tərk etmək isə vacibdir. 

Haqq ən güclü dayaqdır. 

Hər kəs haqqından qeyri bir izzət axtararsa zillətə düşər və kim 
haqda inadkarlıq edərsə xar olar. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə