Microsoft Word multikulturalizme giris docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#6997
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

zamanlar  bu  iki  dil,  Ġslam  aləmində  ərəbcə  və  farsca  kimi,  Qərb  aləmində  ortaq 
elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı». 
Şə
rq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb 
mədəniyyətinə tərk etməsinin səbəbini ġərqdə fəzilətin hökmdara, Qərbdə isə 
qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi 
mənalandırdığı mədəniyyət amilinin mütəlif tərəflərinin (ailə, dövlət, hökumət, 
din, təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir. 
«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox 
ə
dəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta 
dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və 
fars mənbələrindən alınmıĢ olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna 
müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?» 
Bu  səbəblər  sırasında,  Ağaoğlunun  yazılarında  da  gördüyümüz  kimi,  islam 
cəmiyyətlərinindurğunluğu,  idarəçilərin  və  üləmanın  insani  qüsur  və  ya 
yetərsizliyindən  qaynaqlanan  problemlər,  cəhalət  və  təəssüb,  qadının  ictimai 
həyatda passiv iştirakı, zehni və elmi düşüncəyə qapalılıq, qədərçilik, despotizm və 
s. göstərilməkdədir 
slam aləminin tənəzzülünü dinin təməllərinə bağlamaması, ona bir sıra yönlərdən 
haqq  qazandırmaqdadır.  Bu  mövzudakı  təhlillərində  o,  islam  dininin  mövcud 
vəziyyətini  xristianlığın  vaxtilə  yaşadığı  analoji  proseslə  müqayisəli  şəkildə 
araşdırır  və  tənəzzülün  dinin  mahiyyətindən  qaynaqlanmadığına  dair  analitik 
mühakimələr yürüdür 
Müəllifə  görə, “millətçilik  özü-özlüyündə  hörmətə  layiq,  hətta  möhtəşəm  bir 
hadisədir,  çünki  o,  xalqların  həyatında  bir  zərurətdir.  Mən  hətta  düşünürəm  ki, 
bəşəriyyətin  təkamülü  tarixində  millətçilik  dindən  sonra  insan  ruhunun  ikinci 
böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də 
olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və 
məhz  onun  sayəsində  hələ  bir  çoxları  uyğun  çıxış  yolu  tapacaq...  Həqiqi,  dürüst, 
sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı 
üzərində  hər  hansı  zülmü  də  rədd  etməlidir”. Amma  hakim  millətçilik  bu  zaman 
Rusiyada azlıqlara qarşı nifrət püskürür, onları assimilə etməyə çalışırdı. Məsələn, 
“Novoye  vremya”  jurnalının  yazarı  Menşikov  erməniləri,  bolqarları,  serbləri  və 
başqa  azlıqları  dilindən  imtinaya  məcbur  etmədiyi,  onlara  zorla  slamı  qəbul 
etdirmədiyi,  başqa  sözlə,  assimilə  etmədiyi  üçün  Osmanlını  “axmaq”  adlandırır. 
Ə
hməd  bəy  Ağayev  rusiyasayağı  bu  tip  millətçiliyi,  müasir  terminlə  ifadə  etmiş 
olsaq, şovinizmi rədd edir. 


Avropa ölkələrindən  öyrənməyin  vacib  olduğunu  deyir,  Avropa  tarixində 
millətçiliyin oynadığı müsbət quruculuq rolundan bəhs edir və göstərir: “... cümlə 
millətlərin  ən  parlaq  mərhələləri  haman  “millətçilik”  deyilən  dövrələridir!  Əlan 
ümum  dünyanı  heyrətdə  qoyan,  ümumdünyaya  hökmfərma  olan,  o  moşəşe 
(parlaq), o müqtədir, öz ülum, sənayesi ilə övci-əlayə (yüksəklərə) çatmış Fransanı, 
ngiltərəni,  Almaniyanı,  taliyanı  bu  əzəmətə,  bu  həşəmətə  çıxaran  haman 
millətçilik,  haman  nasyonalizm  dövrəsi  oldu!”.  Əhməd  bəy  başqa  məsələlərlə 
yanaşı,  hər  millətçiliyin  müsbət  olmadığı  fikrində  də  israr  edir.  Rusiyada 
Pruşkeviçin  millətçiliyi  ilə  Turgenevin  millətçiliyi  arasında  böyük  fərq  olduğunu 
izah  edir.  Elə  buradaca  o,  öz  millətinin  eyiblərini,  başqa  millətlərin  müsbət 
keyfiyyətlərini  gizlətməyi  xəyanət  sayır:  “Həqiqi  millətçi  millətini  tənqid 
etməkdən,  millətinin  eyyubatını  (eyiblərini),  qüsuratını  görkəzməkdən,  millətinin 
azarlarını, dərdlərini arıyıb da açıq-açığa deməkdən nəinki çəkinmiyorlar, bəlkə bir 
an böylə qafil olmuyorlar.Və həmçinin həqiqi millətçilər qeyri millətlərin arasında 
olan  gözəl  sifətləri,  gözəl  adətləri,  gözəl  binaları  öz  milləti  üçün  imtisal  edüb 
(örnək  bilib),  millətini  bu  gunə  şeyləri  əxz  etməyə  təhrik  və  təşviq  etməkdən 
çəkinmiyorlar”.  Əhməd  bəy  Ağayev.  Millət  və  millətçilik.  – Tərəqqi, 22  yanvar 
1909, № 16, s. 2. 
SLAMA GÖRƏ VƏ  SLAM YYƏTDƏ QADIN” əsərində Ə. Ağaoğlu  yazırdı: 
Quranın  tekisti  slamın  peyğəmbəri,  onu  ilk  dəfə  Xristosun  təlimi  ilə  tanış  etmiş 
sabinləri  necə  də  nəcib  minnətdarlıq  hissləri  ilə  xatırlayır.  sanın  iztirabları 
haqqında,  Onun  mövludu,  Məryəm,  “ lahi  ruh”un  anası  haqqında  bəhs  olunan 
yerlər elə dərin həyəcan, şəfqət və ehtiram ifadə edir, o qədər ülvi və əzəmətlidir 
ki, buna Quranın üslubunda nadir hallarda rast gəlmək olar.  
Müsəlmanlar  arasında  Məryəm  bəzi  xristian  sektalarda  olduğundan  daha 
hörmətlidir. O, Allahın seçdiyi günahsız, saf bir qızdır; Məhəmməd ona qarşı dərin 
ehtiram hissləri bəsləyir; öz qızı Fatimə haqqında o deyir: “ lahi ruhun anası olan 
Məryəmdən sonra Fatimə ikinci qadındır”. O,  sanın təlimini özünəməxsus tərzdə 
dərk  etmişdi  və  Məhəmmədin  yaratdığı  din,  onun  təbirincə,  sanın  dininin  təhrif 
olunmasına qarşı etirazın təzahürü idi; Quranda tez-tez təkrar olunur: “Mən  sanın 
təliminin  həqiqətlərini  bərpa  etmək  üçün  gəlmişəm”s56  Mübariz  Süleymanlı 
Ə
HMƏD  AĞAOĞLUNUN  “ SLAMA  GÖRƏ  VƏ  SLAM YYƏTDƏ  QADIN” 
Ə
SƏR NƏ ELM -TƏNQ D  YANAŞMALAR. Bakı, 2008, 148 s. 
Ə
dəbiyyat 
 
1.
  Дандамаев М.А., Луконин В.Г. Культура и экономика древнего Ирана. 
М
.,1980, с. 312-318 
2.
  Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002, s. 8-28  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə